Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-la Rusiya arasında sualtı mübarizə - Tərəflər bir-birinə əzələ nümayiş etdirir

Xəbər verdiyimiz kimi, ötən gün ABŞ Hərbi Dəniz Qüvvələrinin Şimal Komandanlığı Alyaska sahillərinin yaxınlığında Rusiyanın sualtı qayıqlarının peyda olduğunu və amma onların ABŞ-in sahil sularından xeyli aralıda radara yaxalandığı bildirmişdi. Komandanlıq onu da qeyd etmişdi ki, Alyaska yaxınlığında suyun altında və üstündə hərəkət edən bütün cismlər Pentaqon tərəfindən izlənilir.

Komandanlığın məlumatında diqqət çəkən bir məlumat isə xüsusilə maraq doğururdu. Bildirilirdi ki, rus sualtısı dəniz səthinə çıxıb, amma ABŞ-dan yardım istəməyib. Buna baxmayaraq, ABŞ donanması ona yardım etməyə hazırdır.

ABŞ Hərbi Dəniz Qüvvələrinin bu bəyanatı təsadüfi sayılmır. Bəyanatın bir zahiri, bir də batini mənası vardı. Zahiri mənası ondan ibarətdir ki, sualtılar ancaq 3 halda dəniz səthinə çıxırlar: ya təmirə ehtiyacları olanda, ya epikaj heyətindən biri xəstələnəndə, ya da xidməti vəzifəsini başa vurub öz bazasına qayıdanda. Rus sualtısı isə xidməti fəaliyyəti zamanı, özü də mübahisəli məkanda dəniz səthinə çıxmışdı. Deməli, ya texniki nasazlığı, ya da ekipaj üzvlərindən birinin tibbi yardıma ehtiyacı vardı.



Maraqlıdır ki, Rusiya Müdafiə Nazirliyi bu sorğuya cavab verərək, sualtıların öz manevr xidməti yerinə yetirdiyini bəyan etmişdi. Dolayısıyla su üzünə çıxmağın da manevr əmrlərindən olduğunu təsdiqləmişdi. Bəs, Rusiya Hərbi Dəniz Qüvvələri niyə belə bir əmr vermişdi?

Zənnimizcə, bu sualın cavabı Pentaqonun sözügedən bəyanatının batini mətləbində yatır. Məsələ burasındadır ki, Pentaqon da əslində rus sualtısının ABŞ su sərhədlərinə yaxın ərazidə üzə çıxmasının səbəbini bilirdi. Sadəcə Rusiyaya “Kurs” sualtısında yaşanan faciəni xatırladıb onun hərbi texnikalarının hər an “qəzaya uğraya” biləcək keyfiyyətdə olduğunu xatırladırdı.

Növbəti sual yaranır: Rusiya özünün sualtısını ABŞ-a göstərməklə nə mesaj vermək istəyirdi?

Fikrimizcə, bu özünü nümayiş əslində ABŞ-ın bir müddət əvvəl Norveç sahillərində Rusiyaya verdiyi mesaja cavab idi.

Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin ən gizli atom sualtı qayığı "Sivulf" (USS Seavolf) bu yaxınlarda Norveç sahillərində peyda olmuşdu. Amerika KİV hesab edir ki, bu, Birləşmiş Ştatlarının Rusiyaya siqnalı idi.


“The Drive” veb saytının verilən məlumata görə, avqustun 25-də ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən nəşr olunan bir sıra fotoşəkillər ötən həftə Amerika atom sualtı qayığının Norveç sahillərində dəniz səthinə çıxdığını göstərirdi.

ABŞ Müdafiə Nazirliyi heç vaxt sualtılarının yerinə dair məlumatları açıqlamayıb və xüsusilə də "Sivulf" adlı məxfi “sualtısı” barədə məlumatları gizli saxlayıb. Bu çoxməqsədli atom sualtı qayığı əsasən kəşfiyyat fəaliyyəti və xüsusi vəzifələri yerinə yetirmək üçün istifadə olunur. Buna görə də Skandinaviya yarımadasında belə bir özününümayiş həddindən artıq nadir hal sayılır. Güman edilir ki, ABŞ regiondakı sualtı hərbi imkanları haqda Rusiyaya məlumat “sızdırmaq” istəyib”,-məlumatda belə deyilir.

Nəşr iddia edir ki, avqustun 21-də ABŞ Hərbi Dəniz Qüvvələri "Sivulf" atom sualtı qayığının tapşırıq yerinə yetirmək üçün Norveçə gəldiyini ilk dəfə bəyan edib: “Məlumatların belə açıqlanması artıq çox qeyri-adi deyil. Avqustun 25-də sualtı qayığın "qısa dayanacağının" fotoşəkili internetdə peyda olub. Bu və ya digər sualtıların fotoşəkilləri, demək olar ki, yalnız hərbi təlimlərdə iştirak etmədikdə və ya Vaşinqton ştatında Kitsap hərbi-dəniz bazasındakı limanında istirahətə çəkildikdə görülə bilər.

ABŞ-ın hərbi-dəniz qüvvələrinin inkişafını diqqətlə izləyən hərbi müxbiri Kris Kavas sosial şəbəkədə bildirib ki, ABŞ Hərbi Dəniz qüvvələri "dəniz canavarı" nın fotolarını son beş ildə ilk dəfə yayımlayıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı Qüvvələrinin baş zabiti və vitse-admiral Derril Kodl (Daryl Caudle) bəyanatla çıxış edərək, hadisəni yorumlayıb: “Bangordan ABŞ-ın 6-cı donanmasının yurisdiksiyasına hərəkət edən "Sivulf" Amerikanın sualtı Qüvvələrinin qlobal döyüş gücünü nümayiş etdirir. Əsgərlərimiz sualtı müharibədə dünyanın ən yaxşı qüvvələridir və donanmamızı gücləndirmək, yarışlarda və münaqişələrdə Birləşmiş qüvvələrin effektivliyini artırmaq üçün nəzərdə tutulmuş mükəmməl imkanlara malikdir".



ABŞ-ın altıncı donanmasının sualtı qayıqlarının 8-ci döyüş qrupunun komandanı, kontr-admiral Antoni Karullo (Anthony Carullo) isə qeyd edib ki, “Sivulf” sualtı qayığının Norveç sahillərinə gəlməsi ABŞ-ın onsuz da yüksək döyüş qabiliyyətini tamamlayır: “Və regionun bütün dənizlərində təhlükəsizliyin və müdafiənin təmin edilməsində dəyişməz öhdəliyimizi nümayiş etdirir".

“Bu sualtı qayığı müstəsna dərəcədə sakit və sürətlidir, yaxşı silahlarla, müasir sensorlar ilə təchiz olunub. Bu tip sualtı qayıqların şaquli start-up sistemləri olmasa da, onlar səkkiz torpedom aparatları ilə silahlanaraq torpedo yuvasından 50 ədəd silah yerləşdirə bilərlər", - deyə adı açıqlanmayan başqa bir hərbi ekspert bildirir.

Hərbi ekspertlər ABŞ-ın “Sivulf”-dan daha güclü və mükəmməl sualtı qayıqlarına malik olduğunu da gizlətməyiblər. Onların fikrincə, “Sivulf” kimi, "Konnektikut" (Connecticut) və "Cimmi Karter" (Jimmy Carter) layihəsinin sualtıları da ABŞ-ın dəniz qüvvələrinin əsas dayağı olaraq çoxməqsədli əməliyyatlar üçün nəzərdə tutulublar: “Soyuq müharibə başa çatdıqdan sonra, tikinti xərclərinin artması və büdcənin azaldılması ABŞ hərbi dəniz qüvvələrini bu layihənin 29 sualtı qayıqlarını qurmaq planından imtina etmək məcburiyyətində qoydu və üç sualtı qayığın tikintisi başa çatdıqdan sonra istehsal dayandı. Bu sualtı gəmilər indi xüsusi vəzifələri yerinə yetirmək üçün istifadə olunurlar”.

"Sivulf" sualtı qayığı əslində kəşfiyyat məlumatları toplamaq üçün əla platformadır və xüsusi vəzifələri yerinə yetirmək üçün müvafiq şəkildə təkmilləşdirilib. Hal-hazırda "Jimmy Carter"-nin təxminən 100 fut (30 metr) "Sivulf" layihəsinin digər iki sualtı qayığından daha uzun olduğu bilinir, çünki onun vasitəsilə çoxməqsədli platforma qurmaq tələb olunurdu.

"Sivulf" layihəsinin sualtıları xüsusi vəzifələri yerinə yetirmək üçün düzəldilmişdi. Onlar məlumdur ki, uzun müddət Arktikanın qalın buzları altında üzməyə qadirdirlər, bu da patrullaşdırma və müşahidə vəzifələrini yerinə yetirmək üçün onları ideal alətlər halına gətirir. ABŞ Hərbi Dəniz Qüvvələrinin "Virciniya" tipli yeni sualtı qayığı da mükəmməl sualtı qayığı kimi tanınır, lakin o, çoxməqsədli sualtı qayığı deyil və soyuq sularda döyüş aparmaq üçün nəzərdə tutlmayıb.



Bu baxımdan, "Sivulf" sualtısının Şimali Norveç sularında görünməsində təəccüblü bir şey yoxdur. Norveç sahili ilə Barens dənizindəki Medvejıy (Ayı) adası arasında olan boğaz, Rusiya sualtılarının ölkənin şimal-qərbindəki dəniz bazasından okeana çıxmaq üçün keçdiyi yoldur.

Görünən odur ki, ABŞ Hərbi Dəniz Qüvvələri bu regionda iştirakını bu cür qeyri-adi şəkildə bəyan edərək, informasiyanı qəsdən Rusiyaya da çatdırmaq istəyib. ABŞ-ın sualtı qayıqlarını yerləşdirməzdən əvvəl ABŞNATO rəsmiləri son illərdə Rusiyanın sualtı qayıqlarının Şimali Atlantika və ona bitişik sularda fəallığının aydın şəkildə artdığına görə xəbərdarlıqlar edirdilər.

Bundan başqa, bu ilin iyununda Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal donanması "Borey-A" sinfinə aid ilk atom sualtı qayığını rəsmi şəkildə silahlandırılıb. Məlumatlara görə, hər iki sualtı çox sakit işləyir, onları tapmaq və izləmək çətindir.

Eyni zamanda, elə həmin gün Norveç sahillərində su üzünə çıxan "Sivulf" ilə eyni saatlarda nüvə silahı daşımağa qadir olan 6 amerikan strateji bombardmançısı B-52H qısamüddətli dislokasiya məqsədilə Britaniya bazasına enmişdi. Ekspertlərin fikrincə, bu, Moskvaya ünvanlanmış daha bir siqnaldır.

Görünür, Moskva da ABŞ-a öz sualtılarını Alyaskaya göndərməklə cavab verib.
(Ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar