Bazar ertəsi, 14 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

ABŞ-la Rusiya arasında nüvə müharibəsi: 90 milyon adam ölür, ya şikəst olur...

ABŞ və Rusiya arasında nüvə müharibəsi 90 milyondan çox adamı ya öldürər, ya da şikəst edər. Bunu tədqiqatçıların yaratdığı yeni simulyasiya üzə çıxarıb...

Bu haqda “The Independent” qəzeti yazır.

Bu iki ölkə silahlara nəzarətə dəstəkdən əl çəkməyə başladığından belə bir ssenari son iki ildə “dramatik” şəkildə daha mümkün görünməyə başlayıb. Prinston Universitetinin alimləri belə bir qənaətə gəliblər.

Universitetin Elm və Qlobal Təhlükəsizlik proqramının (SGS) apardığı tədqiqatın nəticəsi olan simulyasiya göstərib ki, nüvə müharibəsinin elə ilk saatlarında 34 milyon adam öldürülər, 57 milyon nəfər yaralanar. Digər mənfi nəticələrdən və uzunmüddətli problemlərdən dolayı xəstələnənlər isə buraya daxil deyil.

Prinston alimlərinin iddiasına görə, Rusiya-NATO arasında adi müharibənin qızışması Avropanın nüvə silahları ilə yandırılıb kül olmasıyla sonuclanar.

ABŞ-NATO irəliləməsini dayandırmaq ümidiylə Rusiya Kalininqrad şəhəri yaxınlığındakı bazadan xəbərdaredici nüvə atəşi açır. NATO isə buna taktiki nüvə zərbəsi ilə cavab verir”, – alimlər deyirlər.

“İlk addım atılan kimi döyüş artıq Avropada taktiki nüvə müharibəsinə keçib. Rusiya NATO bazalarını və irəliləyən əsgərlərini vurmaq üçün təyyarələr və yaxınmənzilli raketlərlə 300 nüvə başlığı göndərir. NATO isə cavabında təyyarə ilə 180-ə yaxın nüvə başlığı ilə cavab verir”, – məqalədə deyilir.

Bundan sonra tərəflər hərbi nüvə qüvvələrinə yüzlərlə zərbələr endirirlər. Daha sonra Vaşinqton və Moskva yaşayış mərkəzlərini hədəfə almağa başlayır.

SGS iddia edir ki, video “qüvvələrin real mövqeyi, hədəflər və ölü sayına əsaslanır”. Videoda ilk nüvə partlayışının Polşada, Almaniya və Çexiya ilə sərhəddə baş verdiyi görünür.

“The Independent” həm ABŞ Müdafiə Departamenti, həm də Rusiyanın Böyük Britaniyadakı səfirliyindən şərh almağa çalışır.

Tədqiqatçı Sam Dudin qəzetə deyib ki, SGS-nin hazırladığı ssenarinin baş vermə ehtimalı azdır, çünki 1950-ci ildən ABŞ Rusiyayla adi silahlarla birbaşa müharibədən qaçmaq siyasəti yürüdüb. “Moskva NATO ilə müharibə istəmir”, -o vurğulayıb. (Virtualaz.org)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: ABŞ Rusiya

Şərh yazın.

loading...

Ən çox oxunanalar