Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ-la qarşı-qarşıya gəlmək istəmirik” - Ərdoğan

“Biz Suriyada ABŞ-la qarşı-qarşıya gəlməyi arzulamırıq”...

"Yeni Sabah" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan ABŞ-a yol düşməzdən əvvəl Ankarada Atatürk hava limanında Suriyada təhlükəsizlik zonasının yaradılması ilə bağlı məsələdən danışarkən bildirib.

Suriya ilə sərhədboyu bütün hazırlıq işlərini tamamlamışıq. ABŞ məlum strateji ortağımızdır. NATO-da birlikdəyik. Bütün hallarda uzun illərdir ABŞ-la strateji ortaqlığımızı davam etdiririk. Biz yenə də müttəfiqik. ABŞ-la qarşı-qarşıya gəlmə kimi bir arzumuz da yoxdur. Ancaq ABŞ-ın da dəvət edilmədiyi bir yerdə hazırda terror qruplaşmasını dəsətkləməsini görməzliyə vura da bilmərik. Başqa sözlə, ABŞ-ın terrorçu PKK/YPG-PYD qruplaşmasını açıq-aşkar dəstəkləməsi ortalıqdadır. ABŞ prezidenti Donald Trampla görüşdə bu məsələni müzakirə edəcəyik.

Fəratın şərqində biz hücum edən, bölgəmizdə narahatlıq yaradan bu terror qruplaşmasından buraları təmizləyəcəyik. Təmizləməyi başa çatdıracağıq. Hazırda bölgədə İŞİD yox dərəcəindədir. İndi Suriya Demokratik Qüvvələri adlı bir uydurma qrup ortaya çıxarıblar. Əslində bu aldadıcıdır. Onun da YPG və PYD-dən heç bir fərqi yoxdur. Buna terror qruplaşmalarının çadırı da deyə bilərik”, - deyə Türkiyə prezidenti vurğulayıb.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan ABŞ-a təhülkəsizlik zonasının yaradılması ilə bağlı iki həftə vaxt verib.

Qeyd edək ki, sentyabrın 17-də BMT Baş Assambleyasının 74-cü sessiyası balşayıb. Sentyabrın 24-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu toplantıda beynəlxalq sülh və təhlükəsizliyə dair təməl məsələlərlə bağlı çıxış edəcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar