Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ konqresmeni 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verib

20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı ABŞ Konqresində növbəti bəyanat verilib...

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, ABŞ Konqresinin nüfuzlu Xarici Məsələlər Komitəsinin üzvü Robert Aderholt faciə ilə bağlı bəyanatla çıxış edib.

Bəyanatda bildirilir ki, bu ay bizim dost və müttəfiqimiz Azərbaycan Respublikası “Qara Yanvar” hadisəsinin 30 illiyini qeyd edir. Diqqətə çatdırılır ki, bu hadisə, 20-ci əsr ərzində davam etmiş işğalın, yəni Azərbaycan üzərində Sovet idarəçiliyinin sonunun başlanğıcı kimi simvolizə olunur.

Bəyanatda həmçinin məlumat verilir ki, 19-20 yanvar 1990-cı il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində zorakılıq zamanı Sovet ordusu 100-dən çox Azərbaycanlı nümayişçini qətlə yetirmiş, 700 nəfər isə yaralanmışdır. Sovet hərbçilərinin zorakılığına baxmayaraq, Azərbaycan əhalisi dinc etirazını 1991-ci il 18 oktyabr tarixində SSRİ-dən müstəqilliyini elan edənə qədər davam etdirib.

Konqresmen Aderholt bəyanatında həmkarlarına səslənərək Azərbaycanda “Qara Yanvar” faciəsinin və azadlıq uğrunda canlarından keçmiş insanların xatirəsinin yad edilməsinə çağırıb, ABŞ-ın müttəfiq və tərəfdaşı Azərbaycanın yanında olduğunu xüsusi vurğulayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar