Çərşənbə axşamı, 21 May 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

ABŞ konqresi Ankaraya qarşı qətnamə qəbul etdi

ABŞ Konqresi Türkiyəni Rusiyanın "S-400" zenit-raket komplekslərini almasından daşındırmaq üçün Ankaraya yeni təzyiqlər göstərməyə hazırlaşır

PİA.AZ oxu.az-a istinadən xəbər verir ki, Nümayəndələr Palatasından olan demokratlar və respublikaçı konqresmenlər Ankaranı Moskva ilə sövdələşmədən imtina etməyə çağırıb.

Qəbul olunmuş tövsiyə xarakterli qətnamədə, Nümayəndələr Palatasının üzvləri Rəcəb Tayyip Ərdoğanı ABŞ-Türkiyə tərəfdaşlığına və Türkiyənin NATO-dakı roluna ziyan vura biləcək hərbi əməkdaşlığa (Moskva ilə - red.) son qoymağa səsləyib.

Bundan əvvəl Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Türkiyənin Rusiya ilə əməkdaşlığı qurban verməyəcəyini və zenit-raket komplekslərinin ölkəyə gətirilməsini ertələmək fikrində olmadıqlarını bildirib.

pia.az

Etiket:

Şərh yazın.

loading...