Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Konqresi 1,9 trilyon dollarlıq iqtisadi stimullaşdırma planını təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası fevralın 27-də pandemiya şəraitində milli iqtisadiyyat artımının təcili stimullaşdırılması tədbirləri barədə 1,9 trilyon dollarlıq qanun layihəsini təsdiq edib.

Nümayəndələr Palatasının iclası Amerika telekanalları tərəfindən canlı yayımlanıb. Qanun layihəsi praktiki olaraq minimal səs çoxluğu ilə qəbul olunub. Konqresmenlərin 219-u layihəni dəstəkləyib, 212-si isə onun əleyhinə səs verib.

ABŞ Prezidenti Cozef Baydenin proqramına əsaslanan sənəd bilavasitə pandemiya ilə mübarizə tədbirlərinə təxminən 400 milyard dolların ayrılmasını nəzərdə tutur. Həmçinin əhaliyə yardım məqsədilə 1 trilyon dollar yönəldiləcək, qalan vəsait isə iqtisadiyyatın stimullaşdırılmasına sərf olunacaq.

Demokratlar martın 14-nə qədər qanun layihəsini imzalaması üçün prezidentə göndərməyi planlaşdırır. Lakin sənədin Senatda xeyli prosedur çətinlikləri ilə qarşılaşacağı gözlənilir.

Qeyd edək ki, respublikaçılar stimullaşdırma paketinin həddən artıq şişirdildiyini hesab edirlər. Ağ ev isə öz növbəsində 1,9 trilyon dollar həcmindəki proqramın pandemiyanın səbəb olduğu miqyasa daha çox uyğun gəldiyi fikrindədir(azərtac).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar