Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Kongresindən Ermənistana zərbə - Sənəd

Amerika Erməni Assambleyası Azərbaycan əleyhinə bir neçə kongrenmen vasitəsilə siyasi-iqtisadi və hərbi yardımı qadağan edən qətnaməsi, özlərinin əleyhinə işlədi. Nəticədə, ABŞ Kongrensi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən akt qəbul edib.

Bir neçə gün bundan əvvəl, daşnakların sifarişi ilə bu qətnamənin hazırlanması, birbaşa ABŞ -ın üçün siyasetinə zərbə vura bilərdi. Bu qətnamənin qəbul edilməyəcəyi və bunun Vaşinqtonun maraqlarına ziddir olduğunu bir neçə gün əvvəl qeyd etmişdim.

ABŞ Kongresində senatorlar yaxşı bilir ki, Ermənistan Tovuzda Rusiyanın təhriki ilə hərbi təcavüzə əl atıb. Burada əsas plan Qərb dəhlizini və ABŞ-ın dəstək verdiyi neft-qaz kəmərlərini nəzarət etməkdir. Ona görə də ABŞ Konqresi bu kimi, qətnaməni qəbul etsəydi, Rusiyanın geosiyasi maraqlarını təmin etməklə, regional siyasətinə zərbə vurmuş olardı.

Məhz Erməni daşnaklarının bu hərəkətinə qarşı, ABŞ tərəfi Azərbaycan və digər post-sovet ölkələrinin ərazi bütövlüyünü tanımaqla RusiyaErmənistana yerini göstərdi. Fikir versək görərik ki, Ermənistan ABŞ -ın regionda dəstək verdiyi enerji və nəqliyyat layihələrinə hücum edir, Vaşinqtondan üstəlikdə dəstək almaq istəyir. Bu, Ermənistanın nə qədər ölkəmizə düşmənçilik nümayiş etdirməsinin təzahürüdür, həmçinin saxtakarlıqların birdaha sübutudur.
Vaşinqton bundan sonra, Cənubi Qafqaz siyasətində Azərbaycana xüsusi dəstək verəcək. Ermənistanın və Gürcüstanın Rusiyanın maraqlarını regionda təmin etdiyinin fərqindədir. Bu ölkədə inqilabın heç də demokratik olmadığının daha da Rusiyadan asılılığa gətirdiyi üçün Vaşinqton Qarabağ məsələsində Azərbaycana xüsusi dəstək verə bilər. Məhz Ermənistan Baş naziri Nikol Paşinyanın Vaşinqtona iki ildən artıq keçməsinə baxmayaraq, dəvət edilməməsi, bu ölkənin işğalçı və ABŞ-ın maraqlarına qarşı olduğundan irəli gəlir. Bu, o deməkdir ki, ABŞ Ermənistanda inqilabı demokratiyanın qələbəsi kimi qəbul etmir.

Fotolar

pia.az


Etiket: ABŞ Ermənistan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar