Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ kəşfiyyatının daha bir koronavirus xəbərdarlığı üzə çıxdı

ABŞ kəşfiyyatının əməkdaşları hələ ötən ilin noyabr ayında ölkə rəhbərliyini Çinin Uhan şəhərində koronavirusun yayılması və bunun alovlana biləcəyi ilə bağlı xəbərdarlıq ediblər...

“Report” xəbər verir ki, bunu öz mənbəyinə istinadən ABC telekanalı bildirib.

Mənbənin sözlərinə görə, Uhanda koronavirus alovlanmasına dair ətraflı məlumatlar Milli Səhiyyə Kəşfiyyatı Mərkəzinin (MSKM) hesabatında yer alıb.

Hesabat ələ keçirilmiş bilgi və peyk görüntülərinə əsaslanıb. Qeyd edilib ki, bu alovlanma ABŞ-ın Asiyadakı hərbi qüvvələrinə ciddi təhdid ola bilər.

Mənbənin bildirdiyinə görə, hesabatın müəllifləri bunun dəhşətli hadisələrə yol aça biləcəyi nəticəsinə gəliblər və bu barədə dəfələrlə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi, Pentaqonun Qərargah rəisləri Komitəsi və Ağ Ev məlumatlandırılıblar.

Telekanalın bilgisinə görə, bu mövzuda yüksək vəzifəli siyasətçilərin mütəmadi brifinqi dekabrda da keçib. Yanvardan başlayaraq ABŞ prezidenti Donald Tramp durumun inkişafı barədə gündəlik məlumat alıb.

Qeyd edək ki, ABŞ-da koronavirusdan ölənlərin sayı 13 minə çatır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 452 000-i ötüb. Bunların 309 743 nəfəri sağalıb, 83 567 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Qızıla yatırım etmək riskli hesab edilir - Video

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Ən çox oxunanalar