Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ kəşfiyyatı: “Rusiya Trampın, Çin isə Co Baydenin prezident olmasını istəyir”

Rusiya, Çin və İran ABŞ prezidentliyi uğrunda seçkilərin nəticələrinə təsir göstərərək siyasi prosesə müdaxilə etmək istəyirlər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu bəyanat ABŞ Milli Əks-kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin rəhbəri Uilyam Evanina tərəfindən “Seçkilərlə bağlı amerikan xalqına yönəlik təhdidlər haqqında yeni məlumatlar” adlı hesabatında səsləndirilib.

Cənab Evanina xarici ölkələrin səsvermənin nəticələrini dəyişmək üçün “gizli və açıq təsir vasitələrinin” hamısından istifadə etdiyini bildirib.

Əks-kəşfiyyat rəhbərinin sözlərinə görə, Rusiya Donald Trampın ikinci müddətə Ağ Evdə qalmasını arzulayır, Çin, əksinə, buna mane olmaq istəyir. İran isə bütövlükdə ABŞ-ın demokratik institutlarına və şəxsən prezidentin özünə inamı zədələmək üçün çalışır.

Direktor Evanina adı çəkilən ölkələrin bu məqsədlə ABŞ-ın seçki infrastrukturunu pozmaq, səsvermə prosesinə müdaxilə etmək, vacib informasiyaları ələ keçirmək və səsvermənin nəticələrinin etibarlılığını şübhə altına almağa cəhd göstərəcəklərini vurğulayıb.

“The New York Times” qəzeti əks-kəşfiyyatdakı qaynaqlarına istinadən bu məsələdə ən çox Rusiyanın rəsmi Vaşinqton üçün ciddi təhlükə yaratdığını xəbər edib. Sənəddə Kremlin özünə düşmən hesab etdiyi ABŞ siyasətçilərini, xüsusilə Co Bayden və onun komandasını hədəf götürdüyü qeyd olunub.

pia.az 


Etiket: Uilyam Evanin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar