Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ kəşfiyyatı Putinin nüvə mühərrikli “Burevestnik" raketinin başına gələnləri açıqladı

ABŞ kəşfiyyatı Rusiyanın yeni supersilahlarından biri-nüvə mühərriki ilə təchiz edilən, qeyri-məhdud uçuş məsafəsinə malik olan qanadlı “Burevestnik” raketinin sınaqlarının uğursuz keçdiyini bildirib...

Virtualaz.org xəbər verir ki, CNBC telekanalı kəşfiyyatın həmin raketlə bağlı məruzəsinə çıxış əldə edib. Orada deyilir ki, 2017-ci ildən bəri raketin dalbadal sınaqları keçirilsə də hamısı uğursuz olub. Raketin azı beş dəfə sınaqdan keçirildiyi, onların heç birinin uğurlu olmadığı vurğulanır.

Sınaqlar 2017-ci ilin noyabrından 2018-ci ilin fevralına qədər aparılıb. Daha bir sınaq isə 2019-cu ildə keçirilib. Bütün hallarda raket qəzaya uğrayıb.

Mənbə bildirir ki, raketin ən uzunmüddətli uçuşu cəmi 2 dəqiqə çəkib, bu müddət ərzində “Burevestnik” 35 kilometrə yaxın məsafə qət edib. Ən qısa uçuş isə cəmi 4 saniyə çəkib, raket təxminən 2 kilometr uçduqdan sonra qəzaya uğrayıb. Bütün qəzaların səbəbi ondadır ki, raketi start mühərriki ilə işə salandan sonra havada onun əsas mühərrikini-mini nüvə reaktorunu işə salmaq mümkün olmayıb.

Bununla belə ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya “Burevestnik” raketi üzərində işi sürətləndirib və bu layihəyə kifayət qədər maliyyə vəsaiti ayırır. Məqsəd uzağı 2025-ci ilə qədər raketi hazır eləmək və silahlanmaya daxil etməkdir.

Xatırladaq ki, 2019-cu il avqustun 8-də Severodvinsk şəhəri ətrafındakı poliqonda müəmalı partlayış baş verib. Həmin partlayışda iki hərbçi və “Rosatom”un beş mütəxəssisi həlak olub. Rusiya Müdafiə Nazirliyi partlayışın “maye yanacaqla işləyən raket mühərrikinin sınaqları zamanı” baş verdiyini açıqlayıb. Lakin ABŞ kəşfiyyatı partlayışın “Burevestnik” raketinin nüvə mühərrikinin sınaqları zamanı baş verdiyini bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar