Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-İran qarşıdurması dünya və Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər? – İqtisadçıdan şərh

Süleymaninin öldürülməsindən sonra yaranan siyasi gərginlik və kataklizmlər dünya iqtisadiyyatında yeni böhranın yaranmasına yol aça bilərmi və 2020-ci ildə bir sıra dövlətlərin müharibə iqtisadiyyatına keçidi gözləniləndirmi?..

İqtisadçı-ekspert: “Təbii ki, belə bir siyasi gərginlik dünya iqtisadiyyatına öz mənfi təsirini göstərir. Belə bir siyasi gərginliyin olması dünya iqtisadiyyatının normal inkişafını baltalayır”.

“Əgər İran, İraq ərazilərində gərginlik davam edəcəksə, Yaxın Şərqdə cidd müharibələrin olma ehtimalı artdıqca dünya neftinin az qala 40 faizindən çoxunu verən həmin regionda bir müharibənin alovlanması neftin qiymətinə kəskin təsir edə bilər”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Süleymaninin öldürülməsindən sonra yaranmış gərginliyin dünya və Azərbaycan iqtisadiyyatına təsirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Süleymaninin öldürülməsi bütün dünyada siyasi ajiotaj yaradıb. Bu qətlin dünya iqtisadiyyatına hansı təsirləri ola bilər? Siyasi gərginlik və kataklizmlər dünya iqtisadiyyatında yeni böhranın yaranmasına yol aça bilərmi və 2020-ci ildə bir sıra dövlətlərin müharibə iqtisadiyyatına keçidi gözləninləndirmi? Bu suallar bu gün hər kəsin maraq dairəsindədir və bütün dünya Süleymaninin qisasının alınması üçün Tehranın hansı real addımlar atacağını gözləməkdədir.

Qeyd edək ki, İranın mövcud iqtisadi və hərbi qüdrətini nəzərə aldıqda, rəsmi Tehranın Amerika ilə açıq müharibəyə girəcəyi qeyri-real görünür. İranın intiqam cavabı regionda tabeliyində olan yaraqlılar vasitəsilə müxtəlif hücumlar təşkil etməkdən ibarət ola bilər. Xüsusilə də, İranın məsuliyyətdən yayınmaq üçün şiə yaraqlıları vasitəsilə deyil, daha çox Əfqanıstanda Taliban qüvvələri kimi, sunni və ya sələfi etiqada malik qruplaşmalar vasitəsilə ABŞ-a qarşı qisas əməliyyatını həyata keçirəcəyi daha məntiqli görünür. Eyni zamanda İran artıq nüvə sazişindən çıxacağını bəyan edib və yaxın günlərdə İran parlamentinin bunu rəsmiləşdirilməsi gözlənilir.

İranın ən effektli addımlarında biri isə Hörmüz boğazını bağlaması ola bilər ki, bu da neftin kəskin bahalaşmasına səbəb ola bilər. Qeyd edək ki, Hörmüz boğazı vasitəsi ilə dünyada hasil edilən neftin 25-30%-i daşınır və İran tərəfindən belə bir addımın atılması müharibə səbəbi ola bilər.

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “İranla ABŞ arasında da məhz belə hibrid müharibələrinin olması ehtimalı çox güclüdür. İraq, Suriya, Yəmən, Livan ərazisində qarşılıqlı hücumların olması ehtimalı çox yüksəkdir”.

Son zamanlar dünya iqtisadiyyatında baş verən proseslərin iqtisadi səbəblərdən deyil, məhz siyasi, geosiyasi, hərbi gərginliklərdən qaynaqlandığını vurğulayan iqtisadçı-ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, dünyada son zamanların ən qarışıq dövrünü yaşadığımızı deyə bilərik. Çünki həm hərbi, həm siyasi zəmində müxtəlif mübarizələrin şahidiyik:

“Bu tipli hadisələrdə ilk reaksiyalar kəskin olur və indi də belə oldu. Neftin kəskin bahalaşması baş verdi. Əgər İran, İraq ərazilərində gərginlik davam edəcəksə, Yaxın Şərqdə cidd müharibələrin olma ehtimalı artdıqca, dünya neftinin az qala 40 faizindən çoxunu verən həmin regionda bir müharibənin alovlanması neftin qiymətinə kəskin təsir edə bilər. Necə ki, ilkin reaksiya belə oldu. Keçən ilin aprel ayından bəri ilk dəfə olaraq neftin qiymətinin 70 dollar civarına qalxdığını gördük. Amma dünəndən başlayaraq müəyyən korreksiya baş verir və dünya iqtisadiyyatında da müəyyən sakitləşmələr müşahidə olunur. Neftin qiyməti də 2 dollar aşağı düşdü.

Yaxın Şərqdə hansı proseslərin olması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bir çox analitiklər İranla ABŞ-ın birbaşa toqquşma ehtimalının çox aşağı olduğunu qeyd edirlər. Mən də düşünürəm ki, İranla ABŞ arasında birbaşa müharibənin olması ehtimalı çox aşağıdır. Amma son 20 ildir ki, dünyada hibrid müharibələr fonemeni yaranıb. Yəni müxtəlif ölkələrin ərazisində müxtəlif silahlı qruplar şəklində bir çox ölkələrin dəstəklədiyi qeyri-formal silahlı qruplar tərəfindən hibrit müharibələr aparılır.

Düşünürəm ki, İranla ABŞ arasında da məhz belə hibrid müharibələrinin olması ehtimalı çox güclüdür. İraq, Suriya, Yəmən, Livan ərazisində qarşılıqlı hücumların olması ehtimalı çox yüksəkdir. Təbii ki, belə bir siyasi gərginlik dünya iqtisadiyyatına öz mənfi təsirini göstərir. Belə bir siyasi gərginliyin olması dünya iqtisadiyyatının normal inkişafını baltalayır.

Son zamanlar dünya iqtisadiyyatında baş verən proseslərin iqtisadi səbəblərdən deyil, məhz siyasi, geosiyasi, hərbi gərginliklərdən qaynaqlandığını söyləmək mümkündür. Yəni müxtəlif proseslərin əsas səbəbi iqtisadi parametrlər deyil. Dünyada son zamanların ən qarışıq dövrünü yaşadığımızı deyə bilərik. Çünki həm hərbi, həm siyasi zəmində müxtəlif mübarizələrin şahidiyik.

Natiq Cəfərli: “Bu ilin sonunda ABŞ-da baş tutacaq seçki nəticələrindən sonra dünyadakı prosseslərin hansı yöndə inkişaf etməsi ilə bağlı fikir yürütmək mümkün olacaq”.

Amma düşünmürəm ki, dünya böyük qlobal müharibələrə doğru gedir. Qlobal güclər də anlayırlar ki, Yaxın Şərqdə böyük qlobal müharibələrin olması ümumilikdə dünyada çox pis nəticələr doğura bilər. Buna görə də düşünürəm ki, bu il ərzində hərbi, siyasi, ticarət, iqtisadi gərginliklərinin artmasının şahidi olacağıq. Amma bir daha qeyd edim ki, İranla ABŞ arasında birbaşa dövlətlər səviyyəsində toqquşmanın, müharibənin olması ehtimalı çox aşağıdır. Düşünürəm ki, İran tərəfi də bunu anlayır.

Məlumdur ki, bu il ABŞ-da prezident seçkiləri olacaq. Trampın yenidən prezident seçiləcəyi isə sual altındadır. Çünki Trampın reytinqində ciddi problemlər var və ABŞ daxilində də maraqlı siyasi proseslər gedir. Buna görə də bu ilin payızında baş tutacaq seçkilərə qədər İran da danışıqların uzadılması və yaxud da ciddi qərarların alınması ilə bağlı atılan addımları gecikdirəcək. Yəni İran seçkilərin nəticələrin gözləyəcək.

Əgər seçkilərdə yenidən Tramp qalib gəlsə, bu zaman İran müxtəlif kanallarla danışıqlar masasına oturub məsələni həll etməyə çalışacaq. Çünki növbəti 4 ildə sanksiyalar altında yaşamağa İran iqtisadiyyatı dözməyə bilər. Onsuz da İran iqtisadiyyatında ciddi problemlər yaşanır.

Amma Demokratların namizədlərindən biri qalıb gəlsə, bu zaman İran-ABŞ münasibətlərində ciddi yumşalmaların şahidi ola bilərik. Necə ki, Obamanın prezidentliyinin son 2 ilində İranla münasibətlərdə xeyli irəliləyiş əldə edilmişdi və yeni nüvə sazişi imzalanmışdı. Buna görə də İran və dünya ABŞ-da keçiriləcək prezident seçkilərini gözləyəcək. Bu ilin sonunda baş tutacaq seçki nəticələrindən sonra dünyadakı proselərin hansı yöndə inkişaf etməsi ilə bağlı fikir yürütmək mümkün olacaq”.

Natiq Cəfərli: “İranla ABŞ arasında birbaşa müharibə olsa, bu Azərbaycan üçün çox təhlükəli nəticələr doğura bilər”.

Eyni zamanda iqtisadçı-ekspert İranda baş verən proseslərin qonşu olaraq Azərbaycana təsirləri barədə də fikirlərini deyib. Nəzərə alsaq ki, İranın bizim qonşumuzdur, gərgin siyasi şəraitin Azərbaycan iqtisadiyyatına təsirləri mümkündürmü sualımıza cavab olaraq Natiq Cəfərli bildirib ki, İranla ABŞ arasında müharibənin olması Azərbaycan üçün arzuolunmazdır və ölkəmiz üçün çox böyük təhlükələr törədə bilər:

“Əgər İranla ABŞ arasında birbaşa müharibə olsa, bu Azərbaycan üçün çox təhlükəli nəticələr doğura bilər. Yəni əgər müharibə olsa, İranda çoxlu sayda insanların müharibədən, ölümdən canın qurtarmaq üçün Azərbaycana gəlmə ehtimalı var. Yüz minlərlə qaçqının Azərbaycana gəlməsi Azərbaycan iqtisadiyyatında, ümumiyyətlə siyasi mənzərədə çox böyük gərginliklər yaradacaq.

Buna görə də İranla ABŞ arasında müharibənin olması Azərbaycan üçün arzuolunmazdır və ölkəmiz üçün çox böyük təhlükələr törədə bilər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar