Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın vitse-prezidentini öldürmək istəyiblər

Bəs ABŞ-ın ikinci şəxsini kim və niyə öldürmək istəyirdi...

Bu arada təkcə Belarusda yox, prezident Aleksandr Lukaşenkonun bildirdiyi kimi, onu və uşaqlarını öldürmək planını hazırlayan ABŞ-da da dövlət rəhbərlərindən birini öldürmək istəyən şəxs tutulub.Florida ştatında yerli sakin vitse-prezident Kamala Harrisi öldürmək istədiyinə görə Federal Təhqiqatlar Bürosu tərəfindən saxlanılıb.

Məlumata görə, 39 yaşlı tibb bacısı Nivian Peti Fleps həbsxanada olan ərinə bir neçə video göndərib və orada vitse-prezidenti “şüurlu şəkildə, bilərəkdən öldürməklə” hədələyib. Hətta o, sui-qəsdin tarixini də deyib. Qadın vitse-prezidenti son prezident seçkilərinin “saxtalaşdırılmasına” görə öldürmək istədiyini bildirib. Bundan əlavə, qaradərili tibb bacısı Kamala Harrisin də qaradərili olduğuna şübhə edirmiş.

Qadın ərinə əlisilahlı bir neçə fotosunu da göndərib. Həmin fotolarda o, hədəfi nişan alır. Bundan başqa Felps gizli silah daşımaq lisenziyası almaq üçün ərizə də verib. Hakim 3 uşaq anası Felpsi cəmiyyət üçün təhlükəli hesab edərək barəsində həbs qətimkan tədbiri seçib. Günahını etiraf edərsə onu 5 ilə qədər həbs gözləyir. Vəkili isə bildirir ki, video qadının əri ilə özəl söhbətinə aid idi və indiki halda real ölüm təhdidindən söhbət gedə bilməz.

Felpsin 20 ildir işlədiyi tibb mərkəzindən isə bildiriblər ki, bu hadisədən sonra onu işdən azad edəcəklər. Felpsin əri Cozef 1996-cı ildə törətdiyi silahlı soyğunda və ərzaq mağazasının sahibini öldürməkdə təqsirli bilinərək uzunmüddətli həbsə məhkum edilib.

Vitse-prezident Kamala Harrisin anası yamaykalı, atası hindistanlıdır.(virtualaz.org)

pia.az 


Etiket: Kamala Harris


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar