Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın vitse-prezidenti və dövlət katibi Türkiyəyə gəlib - Yenilənib

ABŞ-ın vitse-prezidenti Maykl Pens və dövlət katibi Maykl Pompeo Türkiyəyə gəlib...

“Report” xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.

Qeyd edək ki, ABŞ rəsmiləri Türkiyə rəhbərliyi ilə Türkiyə hərbçilərinn Suriyada həyata keçirdiyi antiterror əməliyyatı ilə bağlı məsələni müzakirə edəcəklər.

***

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Maykl Pensi qəbul edəcək.

“Report” xəbər verir ki, məlumatı Türkiyə prezidentinin rəsmi saytı yayıb.

Maykl Pensin rəhbərlik etdiyi nümayəndə heyətinə dövlət katibi Maykl Pompeo və digər rəsmi şəxslər daxildir. Bu, M.Pensin ABŞ-ın vitse-prezident kimi Türkiyəyə ilk səfəridir.

Ağ evin numayəndə heyəti Türkiyə rəhbərliyi ilə Türkiyə ordusunun Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatını müzakirə etməyi planlaşdırır.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayen və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri isə oktyabrın 16-dan Ankarada səfərdədir. Amerikalı diplomatlar ötən gün Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar, Türkiyə Prezidenti Adminstarsiyasının sözçüsü İbrahim Kalınla görüşüb. Tərəflər Türkiyənin Suriyada keçirdiyi antiterror əməliyyatını müzakirə ediblər.

Oktyabrın 17-də isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri ilə görüşərək müzakirələr aparacaq. Yenə də əsas müzakirə mövzusu Türkiyənin Suriyada apardığı “Barış pınarı” antiterror əməliyyatıdır.

M.Pensin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya yola düşməmişdən əvvəl isə ABŞ Konqresinin Nümayəndələr Palatası Suriyada antiterror əməliyyatı apardığı üçün Türkiyəyə qarşı sanksiya layihəsini təsdiqləyib. Sənəddə Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket kompleksinə aid maddə də var. Sanksiya imzalandıqdan 15 gün sonra icra ediləcək. İcraya başladıqdan 30 gün sonra ABŞ-ın dövlət katibi, müdafiə naziri və Milli Kəşfiyyat İdarəsinin direktoru sanksiya tətbiq olunacaq şəxslərin siyahısını tərtib edəcəklər. Siyahının 60 gündən bir yenilənməsi nəzərdə tutulub. Sanksiya qüvvəyə mindikdən ən çoxu 120 gün ərzində dövlət katibi, Kəşfiyyat Xidməti, Maliyyə Nazirliyi birlikdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və ailə üzvlərinin var-dövlətinə, xaricdək bank hesablarına və məlum gəlirlərinə sanksiyaların tətbiqinə dair hesabatın hazırlanması tələb olunur.

Türkiyə “Barış pınarı” antiterror əməliyyatına son verdiyi halda və ya sanksiyaların tətbiqindən 3 il keçdikdən sonra bütün qadağalar aradan qaldırılacaq. ABŞ Prezidenti Donald Tramp 10 gün ərzində sanksiyanın qüvvəyə minməsi üçün sənədi ya imzalamalı, ya da veto qoymalıdır.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, terror dövlətinin qurulmasına mane, Suriyada əmin-amanlığın yaradılmasına, qaçqınların evlərinə dönməsinə nail olmaqdır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar