Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Texas ştatında fövqəladə vəziyyət rejimi elan olunub

ABŞ-ın Texas ştatının bir sıra bölgələrində “Hanna” qasırğası səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq edilib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Qreq Ebbottun saytında dərc olunan açıqlamada deyilir.

Məlumata görə, Texasın cənubundakı sahil bölgələrində qasırğa, leysan yağışlar və daşqınlar gözlənilir. Yerli əhalinin həyatı üçün təhlükənin olduğu bildirilir.

Fövqəladə vəziyyət rejimi ştatın sahilyanı 254 dairəsindən 32-də tətbiq olunub. Bu tədbir yerli hakimiyyət orqanlarına bəzi əlavə fondlar əldə etmək və fəlakətdən sonra daha çox mənbələrdən istifadə etmək imkanı verir. Bu, xüsusilə ABŞ Milli Qvardiyasının xilasetmə və bərpa işlərinə cəlb edilməsini mümkün edir.

Bölgədəki enerji təchizatı üçün cavabdeh olan “American Electric Power” şirkətinin saytının verdiyi məlumata görə, hazırda təxminən 60 000 istehlakçı elektrik enerjisindən məhrum olub. Vəziyyət Texas ştatının yeni növ koronavirus infeksiyasının sürətlə yayıldığı ştatlar sırasında olması ilə daha da çətinləşib.

pia.az 


Etiket: ABŞ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar