Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Talibanla sülh sazişi havadan asılı qalıb - Müharibə davam edir...

ABŞ və Taliban arasında fevralın 29-da imzalanan sülh sazişi Əfqanıstana sülh gətirməyib...

“Mecra” qəzeti, Türkiyə, 27 aprel 2020-ci il

Fevralın 29-da ABŞTaliban arasında imzalanan sülh sazişi hücumlara, terrora və qarşıdurmalara son qoymaq üçün yetərli olmayıb. Saziş imzalanandan bəri bütün ölkədə Taliban militanlarının həyata keçirdiyi 2804 silahlı və bombalı hücumlarda təxminən 240 təhlükəsizlik əməkdaşı ölüb, 300-dən çox təhlükəsizlik əməksaşı yaralanıb. Sülh sazişi imzalandıqdan sonra baş verən hücumlarda ölən və yaralanan mülki şəxslərin sayının 789 olduğu açıqlanıb. Təhlükəsizlik qüvvələri də Taliban hücumlarına cavab olaraq, əks-hücumlar həyata keçirib və bu hücumların nəticəsində də 2737 Taliban əsgəri yaralanıb və həlak olub.

Taliban döyüşçüləri bu müddət ərzində tez-tez hərbi və polis bölmələrini hədəf alıblar və qanlı əməliyyatlar keçiriblər.

Taliban, həmçinin hökumətin Ramazan ayında atəşkəs elan edilməsi təklifini də rədd edib.

Sülh sazişindən bəri Taliban üzvləri gündəlik orta hesabla 50 hücum həyata keçiriblər. Əvvəlki hücumlar barədə rəsmi açıqlama verən Taliban, sülh müqaviləsindən sonra etdiyi hücumlar barədə heç nə deməyib.

Taliban mülki şəxsləri öldürmədiyini deyir

Taliban hücumların nəticəsində mülki insanların ölüm faktlarını inkar edir. Lakin mülki şəxslərin Ramazanın ilk günündə də öldüyü məlumdur.


Bir çox sivilin öldüyü Əfqanıstanda Ramazanın ilk gününü qarşılayan bir satıcı.

Əfqanıstan Milli Təhlükəsizlik Şurası fevralın 29-dan bəri Taliban üzvlərinin həyata keçirdiyi hücumlarda həyatını itirən və yaralanan mülki şəxslərin sayının 789 olduğunu açıqlayıb. Həm yol kənarına yerləşdirilən bombalar, həm də Talibanla təhlükəsizlik qüvvələri arasındakı çatışmalar mülki insanların ölümünə səbəb olur. Taliban isə sivil şəxslərin ölümünü rədd edərkən, həm də bu itkilərin əfqan və ABŞ qüvvələrinin hava zərbələri nəticəsində törədildiyini iddia edir.

ABŞ-la imzalanan sülh müqaviləsini qeyd etmək üçün keçirilən bir tədbirdə iştirak edən Taliban əsgərləri və yerli vətəndaşlar.

Əfqanıstan Milli Təhlükəsizlik Şurasının verdiyi məlumata görə, təhlükəsizlik qüvvələrinin Taliban hücumlarına cavab olaraq təşkil etdiyi hücumlarda həyatını itirən və yaralanan Taliban yaraqlılarının sayı 2737 olub. Həyatını itirən əsgərlər arasında arasında Talibanın bölgə rəhbərlərinin də olduğu bildirilir.

Ötən həftə qanlı şəkildə başa çatdı

Son bir həftə ərzində Taliban tərəfindən törədilən silahlı və bombalı hücumlarda 34 mülki şəxs ölüb, 61 təhlükəsizlik işçisi və 62 mülki şəxs yaralanıb.


Taliban üzvlərinin qaldığı həbsxana qarşısında keşik çəkən əfqan təhlükəsizlik qüvvələri.

Son bir həftə ərzində Taliban hücumlarına cavab məqsədilə keçirilmiş hücumlarda 309 hərbçi öldürülüb və 210 hərbçi yaralanıb. Hərbçilərin aprelin 20-də ölkənin şimal-şərqindəki Tahar əyalətinin Xoca-i Qar bölgəsindəki hərbi stansiyaya təşkil etdiyi hücumda 17 təhlükəsizlik əsgəri ölüb və bu hücum həftənin ən qanlı əməliyyatı olaraq qeydə alınıb.

İkinci qanlı hücum isə aprelin 24-də Badqis əyalətində baş verib və hərbçilərin keçirdiyi silahlı hücumu nəticəsində 13 kənd mühafizəçisi həyatını itirib.

Taliban ilə girov mübadiləsi

“Əfqanıstanda sülh əldə edilməsi barədə saziş” fevralın 29-da Qətərin paytaxtı Dohada, ABŞTaliban arasında danışıqların keçirildiyi mərasimdə imzalanıb.

ABŞTaliban arasında girovların dəyişdirilməsini tələb edən bu razılaşmaya: “Taliban kimi tanınan və ABŞ tərəfindən dövlət olaraq tanınmayan Əfqanıstan İslam Əmirliklərinin üzvü olan 5000-dən çox məhbus və qarşı tərəfdən də 1000-dən çox məhkum əfqanlar arasında siyasi dialoq başlayanadək, yəni 10 mart 2020-ci il tarixinə qədər sərbəst buraxılacaq”, deyə bir maddə də daxil edilib.


Əfqanıstan hökuməti tərəfindən 11 aprel 2020-ci ildə sərbəst buraxılan Taliban üzvləri.

Lakin sərbəst buraxılan bu məhkumların ABŞ-la əldə olunan girov mübadiləsi sazişi ilə heç bir əlaqəsi yoxdur.

Mübadilə martın 10-da, yəni tərəflər arasında danışıqlar başlayan zaman baş tutmalı idi, lakin Kabildəki siyasi anlaşmazlıqlar bu prosesin ləngiməsinə səbəb olub.

Məhbus mübadiləsi üçün 3 nəfərdən ibarət bir Taliban heyəti aprelin 1-də paytaxt Kabilə gəlmişdi.

İndiyə qədər əfqan həbsxanalarında saxlanılan 550 Taliban üzvü və Taliban tərəfindən tutulan 60 girov sərbəst buraxılıb.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar