Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın səhiyyə sistemi: “Ölsən, bundan yaxşıdır”...

Bir cəmiyyəti tanımağın ən rahat yolu dövlətin çətin vəziyyətdə qalmış vətəndaşları ilə necə rəftar etdiyinə baxmaqdır...

Tunca Arslan

“Aydınlık” qəzeti, Türkiyə, 3 aprel 2020-ci il

ABŞ səhiyyə sisteminin aşağı və orta siniflər üçün çürümüş olması və pulsuz insanların müalicə ala bilməməsi koronavirus günlərində ortaya çıxıb. Pandemiya dünyanı bürüdüyü üçün ən sadə sınağa görə də 4-5 min dollar tələb edildiyi qeyd olunur. Nəticədə, bahalı siyasətlər səhiyyə xidmətindən istifadəni işçi sinfi üçün bir əzaba və getdikcə artan işgəncəyə çevirib və üstəlik, sığortası olmayan insanlar da adam yerinə qoyulmurlar.

Xatırlayırsınızsa, “Joker” filmində də hər şey kasıblara pulsuz dərman verən sağlamlıq proqramının ləğv edilməsi ilə başlayır və sonra da dağılmış bir imperiyanın mənzərələri ilə davam edir.

Hələ də dünyanın ən məşhur və nüfuzlu sənədli film istehsalçılarından olan Maykl Morun 2008-ci ildə çəkdiyu “Xəstə” (Sicko) filmi ABŞ səhiyyə siyasətinin sırf qazanc üçün işlədiyini izah edən çox yaxşı bir filmdir. ABŞ-ın silah sənayesini “Sevimli silahım” ilə, ABŞ-ın dünya polisliyi cəhdlərini “İndi haranı işğal edək?” filmi ilə, 11 sentyabr həqiqətlərini “Fahrenheit 9/11” ilə, işsizlik fəlakətini isə “Kapitalizm: Bir Sevgi Hekayəsi” adlı filmi ilə ifşa edən Mor “Xəstə” filmində insanları “ölsəm, bundan yaxşıdır” deməyə vadar edən bu dəhşətli mexanizmi ortaya qoyub.

Fəlakət və rəzalət

Mor sığortası olmayan 50 milyon amerikalıdan hər il 18 min insanın sadəcə olaraq ən kiçik tibbi sığortası olmadığı üçün öldüyündən bəhs etmir və işin bu tərəfinin onsuz da fəlakət olduğunu bildirir. Buna görə də, Mor yerdə qalan, yəni tibbi sığortası olan 250 milyon amerikalının problemlərini bizə izah edir. Medalyonun bir üzü fəlakət, digər üzü rəzalətdir.

Sığorta sistemi qısaca belə işləyir: Şirkət müntəzəm olaraq pul ödədiyi halda, müalicə almaq, əməliyyat olunmaq üçün gələn xəstələri nə qədər çox rədd etsə, o qədər də mənfəət əldə edir. Həmçinin, xərçəng xəstəsinə “sən xərçəng deyilsən, əməliyyata ehtiyacın yoxdur”, deyən şirkət həkimi də puldan qənaət etdiyinə və mənfəəti artırdığına görə ona da əlavə pul verilir. “Tibbi sığorta sahəsində çalışan insanlardan yüzlərlə məktub almağa başladım. Hər şeyi görmüşdülər və artıq yorulublar, özlərinə nifrət etməyə başlayıblar”, deyən Mor əlavə edir: “Tibbi sığorta şirkətləri qaniçəndirlər və sözün əsl mənasında qan tökürlər. Tibbi sığorta sahəsində vicdan yoxdur”.

Kubanın comərdliyi

Xəstədən ən çox imtina edən həkimlərin varlandığı, “Bizim üçün pul xərcləməmək səhiyyə xidmətindən imtina etmək deməkdir. Gələn pulların getməməsi üçün çalışsanız, bu şirkətin qazancı olar”, deyən həkimlərin karyeralarında tezliklə yüksəldiyi bu qeyri-insani dünyanın içində Maykl Mor şahidlərdən, bu duruma cavabdeh olanlardan və qurbanlardan maraqlı müsahibələr alır.

Xüsusilə vurğulamaq istərdim ki, pulsuz sosial sağlamlıq siyasətlərinin “biz də Sovet kimi ola bilərik” paranoyası ilə necə zəiflədildiyini və Konqres üzvlərinin qanuni tənzimləmələrə görə necə satın alındığını göstərən “Xəstə” filminin ən xoş hissələrində ABŞ Kanada, İngiltərə və Fransa kimi ölkələrlə müqayisə edilib. Filmin sonunda, ABŞ-da sığortalı olmalarına baxmayaraq, müalicələri rədd edilən bir qrup xəstə ilə birgə Kubaya (həkim və material təmin etməkdə ən səxavətli ölkəyə) gedən Morun bu sərgüzəşti də ayrıca bir sənədli filmdə çəkiləcək qədər maraqlı və təsirlidir.

Amerikalılar üçün film bitdikdən sonra da davam edən əsas sual budur: “Biz xəstəxana xərclərini ödəyə bilmədiyi üçün vətəndaşlarını zibil kimi səkiyə atan bir dövlətə mi çevrilmişik?”

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar