Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Qafqazdakı forpostu Gürcüstan yox, Azərbaycandır?

ABŞ bölgədəki strateji müttəfiqi kimi Azərbaycanın hərbi qüdrətini gücləndirmək üçün tədbirlər görür. Mərkəzi Asiyada təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış amerikalı müstəqil jurnalist Joşua Kuçerin "Eurasiaet" beynəlxalq nəşrində dərc olunmuş məqaləsi bu mövzuya həsr edilib

Müəllifin sözlərinə görə, ABŞ hər il müxtəlif dövlət kanalları vasitəsilə Azərbaycan Ordusuna getdikcə daha çox hərbi-texniki dəstək verir.

Xüsusilə, cari 2019-cu ildə Vaşinqton Xəzər dənizində təhlükəsizliyi gücləndirmək üçün ölkənin dəniz qüvvələrinə 100 milyon dollar məbləğində maliyyə dəstəyi nəzərdə tutur. Ancaq istisna edilmir ki, ABŞ Azərbaycanın hərbi dəniz donanmasının gücləndirilməsinə İrana təsir tədbirlərindən biri kimi baxır.

Pentaqonun Konqresə verdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyi 2018-ci maliyyə ilində rəsmi olaraq Azərbaycana 56.9 milyon dollar, 2019-cu ildə isə sərhəd və gömrük xidmətlərinin gücləndirilməsi üçün 42.9 milyon dollar təklif edib. Bütövlükdə isə, gələcəkdə daha çox kömək gözlənilir - həm əvvəllər göstərilənlərlə müqayisədə, həm də bölgənin digər ölkələrinə göstərilən yardımı üstələməsi baxımından.

Bununla belə, Pentaqon 2019-cu maliyyə ili üçün bütün büdcə məlumatlarını açıqlamadı.

"Ola bilsin ki, builki proqramın Azərbaycan üçün xərclədiyi real məbləğ 42,9 milyon dollardan çox, hətta ABŞ-ın bölgədəki ən sadiq və gözəçarpan tərəfdaşı olan Gürcüstana göstərilən yardımdan da artıq olacaq", - deyə Eurasianet SAM (ABŞ Beynəlxalq Siyasət Mərkəzi) analitiki Kristina Aravianın fərziyyəsini sitat gətirir.

Analitik qeyd edir ki, son iki ildə Azərbaycan bu proqram çərçivəsində "ABŞ-ın terrorizmlə mübarizədə əsas strateji tərəfdaşları olan Livan və İordaniyadan sonra” üçüncü ən böyük yardım alıcısıdır.

Düzdür, bu günə qədər bu maliyyə dəstəyinin ünvanına- Azərbaycana çatıb-çatmadığı məlum deyil. Ancaq analitikin dediyinə görə, hətta heç bir yardım göstərilməyibsə belə, ABŞ Müdafiə Nazirliyinin proqram barədə Konqresi xəbərdar etməsi "böyük əhəmiyyət kəsb edir".

Bununla belə, Kuçerin sözlərinə görə, hər iki tərəf hərbi yardım mövzusundan yayınmağı üstün tutur.

ABŞ-ın bu bölgədəki hərbi proqramları ilə bağlı son rəsmi siyasi açıqlamalarda nə Azərbaycan, nə də Xəzər dənizi qeyd edilmir, Azərbaycan Xarici İşlər Nazirliyi isə şərh istəyinə cavab verməməyi məqbul saydı.

ABŞ-ın Bakıdakı səfirliyinə gəlincə, o, yardım proqramı ilə bağlı Eurasiaet-in sorğusuna cavab olaraq qısa bir açıqlama ilə kifayətlənib: "Amerika Birləşmiş Ştatları müdafiə və təhlükəsizliyin gücləndirilməsi proqramlarında, o cümlədən sərhəd təhlükəsizliyini və kütləvi qırğın silahlarının yayılmamasını təmin etmək üçün könüllü tərəfdaş ölkələrlə əməkdaşlıq edir".

Bununla belə, nəşrin müəllifi iddia edir ki, Azərbaycan uzun illərdir ki, neft və qazla zəngin olan Xəzər dənizində dəniz və sahil qüvvələrinin yaradılması üçün ABŞ-dan müxtəlif yardımlar alır.

Xüsusi halda, "Xəzər qvardiyası" proqramı "beynəlxalq terrorizmlə müharibənin" ilk illərində Azərbaycanın xüsusi təyinatlı hərbi dəniz dəstəsini hazırlamağa kömək edib.

ABŞ həmçinin Azərbaycana, Qazaxıstana və Türkmənistana işlənmiş patrul katerləri verib.

Üstəlik, hazırkı yardım proqramındakı həcm göstəricisi ABŞ-ın əvvəl xərclədiklərindən xeyli artıqdır.

“Vaşinqtonun fikrincə, Xəzər dənizi strateji planda xüsusilə həssas bir amildir, çünki İranla həmsərhəddir. ABŞ uzun müddət Azərbaycana Xəzərdə güclü İran hərbi qüvvələrinə müqavimət göstərməsinə kömək etmək üçün işlər apardı", -deyə Kuçer vurğulayıb.

O, 2009-cu ildə İranAzərbaycan gəmiləri arasında insident baş verəndə Xəzərdə bu iki ölkənin münasibətlərində yaranan gərginliyi xatırladıb.

"Bu, ABŞ-ın Bakının dəniz təhlükəsizliyini gücləndirmək qərarında dönüş nöqtəsi oldu",- deyə analitik vurğulayıb.

“Baxmayaraq ki, Pentaqonun sənədlərində İran yeni yardımı əsaslandıran amil kimi göstərilmir, diqqətin bu xüsusi təhlükəyə yönəldiyini göstərən bir neçə element var. Xəzərin qapalı bir dəniz olması faktı potensial təhdid 

olunur. Qəbul edən agentliklər İranla sahilboyu sərhəddə Azərbaycan şəhəri olan Astaradakı sərhəd və gömrük nəzarəti məntəqələri kimi müəyyən edilib”, - deyə Eurasianet müəllifi yazır.

Nəşrin yazdığına görə, yeni yardım paketinin seçilməsi ilə bağlı diqqətçəkən bir məqam var: baxmayaraq ki, Donald Tramp 2017-ci ildə prezident olandan bəri ABŞİran arasındakı gərginlik artıb, Azərbaycan-İran münasibətləri nisbi sakitlik dövrünü yaşayır.

Mövcud maliyyələşdirmə "transmilli təhdidlərə qarşı" və "Azərbaycanın sabitliyini təşviq, sərhədlərinin təhlükəsizliyini təmin etmək, potensiallarını artırmaq üçün təhlükəsizlik qüvvələrini dəstəkləməyə, terror əməliyyatlarını müəyyənləşdirməyə və qarşısını almağa, həm də kütləvi silahlarınn yayılmasına qarşı mübarizəyə və böhranlara cavab verməyə yönəldilib".

ABŞ Müdafiə Nazirliyinin Konqresin Nümayəndələr Palatasının Xarici İşlər üzrə Komitəsinə göndərilən hesabatında deyilir ki, "pullar nəqliyyat vasitələri, o cümlədən 15 sürətli qayıq, sualtı hədəfləri aşkar etmək üçün 14 aşkaretmə sistemi, 25 pikap və 34 “vezdexod” üçün nəzərdə tutulur.

Azərbaycan üçün paketdə rabitə vasitələri, o cümlədən radio rabitə vasitələri, dəniz radarları və avtomatik identifikasiya sistemi (universal gəmi izləmə sistemi) üçün ötürücülər olmalıdır. Sualtı nəzarət üzrə təlim üçün də vəsait ayrılır. Bununla belə, yardıma ölümcül silah kimi təsnif edilə biləcək heç bir şey daxil deyil. ABŞ həmçinin iki il ərzində həmin avadanlıqları istismar edəcək, bundan sonra onların istismarı üçün məsuliyyəti Azərbaycan öz üzərinə götürəcək”,- deyə nəşr bildirir.

Kuçerin yazdıqlarını virtualaz.org üçün şərh edən azərbaycanlı hərbi ekspert Şair Ramaldanov vurğulayıb ki, ABŞ ilə hərbi əməkdaşlığın inkişafı ölkənin müdafiə qabiliyyətlərinin çoxvektorlu modernləşdirilməsinin ümumi strategiyasının bir hissəsidir.

"Amerikanın köməyi əsasən Sərhəd Xidmətinə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinə aiddir və hava qüvvələri, dəniz qüvvələri və digər bölmələr də daxil olmaqla onların potensialının inkişafı üçün çox işlər görülüb. Ölkənin Hərbi Dəniz Qüvvələrinin əsas vəzifəsi dövlətin maraqlarına hər hansı bir təhdidin qarşısını almaqdır. Azərbaycan Sərhəd Xidməti sərhədlərin mühafizəsini həm dənizdə, həm də quruda həyata keçirir. Radarlar və sərhədi pozanların aşkar edilməsinin başqa sistemləri yaxşı işləyirlər”,-deyə Ramaldanov bildirib.

İrana gəldikdə, ekspert xatırladıb ki, Bakı Tehranla dostluq münasibətləri saxlayır və ümumiyyətlə bütün Xəzəryanı ölkələrlə mehriban qonşuluq siyasəti aparır.

Azərbaycanın Xəzərdə konkret qarşıdurma obyekti yoxdur və Milli Ordu dövlətin təhlükəsizliyini təmin etmək üçün istənilən vəzifəni həll etməyə hazırdır. ABŞ-ın Azərbaycanın hərbi sahəsinə artan marağı isə ilk növbədə ölkənin və onun Silahlı Qüvvələrinin geosiyasi əhəmiyyətindən xəbər verir. Yeri gəlmişkən, Fransa və digər ölkələr də eyni marağı göstərirlər. Ümumilikdə isə ABŞ ilə hərbi-texniki əməkdaşlığın inkişafı Azərbaycanın nə qədər etibarlı tərəfdaş olduğunun göstəricisidir. ABŞ və digər ölkələrlə birlikdə biz Yaxın Şərqdə və Əfqanıstanda beynəlxalq terrorizmlə mübarizə məsələlərini həll etmişik və bundan sonra da həll edəcəyik”,-deyə ekspert əminliklə vurğulayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar