Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın qaçqın qəbulu limiti rekord həddə azaldılıb – 18 min nəfər

Amerika Birləşmiş Ştatları (ABŞ) sığınacaq verəcəyi qaçqınların sayını təxminən yarıbayarı azaldacağını bəyan edib...

ABŞ Dövlət Departamenti növbəti 12 ay ərzində hökumətin qaçqın proqramı çərçivəsində 18 min insanın qəbul ediləcəyini bildirib – bu, rekord həddə azaldılma hesab olunur.

Qaçqınları qəbul edərkən, əsasən, ABŞ ordusuna kömək edən iraqlılara və təqib olunan dini azlıqlara üstünlük veriləcək.

İnsan hüquq müdafiəçiləri bu addımı pisləyiblər.

Prezident Donald Tramp əyalət və yerli hökumətlərə öz icmalarında qaçqınların köçürülməsindən imtina etməyə imkan verən bir sərəncam imzalayıb.

Qərar “qaçqınların Amerika cəmiyyətinə və işçi qüvvəsinə uğurlu inteqrasiyasını dəstəkləmək üçün həvəsli və təchiz edilmiş icmalara yerləşdirilməsini təmin edəcək”, – Tramp deyib.

Tramp immiqrasiyanın azaldılmasını öz administrasiyasının əsas məqsədinə çevirib.

2017-ci ildə Donald Tramp ABŞ-ın Qaçqınların Qəbulu Proqramı çərçivəsində qaçqınlar üçün həddi 50 min səviyyəsində təyin edib, 2018-ci ildə 45 minə, 2019-cu il üçünsə bu rəqəmi 30 minə endirib.

Bundan əvvəl ən aşağı qəbul rəqəmi 2002-ci ildə 11 sentyabr hücumlarından sonra olub, o zaman təxminən 27 min qaçqın ABŞ-a buraxılıb.

Açıqlamada dövlət rəsmiləri Meksika ilə cənub sərhədini keçib sığınacaq axtaranların sayının “fövqəladə ağırlıq” gətirdiyini bildiriblər.

ABŞ immiqrasiya sistemindəki mövcud yüklər, çox sayda qaçqının köçürülməsi ehtimalından öncə yüngülləşdirilməlidir”, – Dövlət Departamenti bildirib.

Həmçinin, ABŞ ordusunda xidmət etmiş iraqlılar, 5 min dini azlıqların üzvləri, 1500 Qvatemala, Honduras və El-Salvadordan, yəni Şimali Üçbucaq dövlətlərindən olan qaçqınlara yer veriləcək.

Beynəlxalq yardım təşkilatları xəbərdarlığı çox tez tənqid ediblər.

“Bu, Amerika üçün kədərli gündür”, – Beynəlxalq Xilasetmə Komitəsi adlı qeyri hökumət təşkilatının rəhbəri David Miliband deyib.

“Bu qərar Amerikanın bütün dünyadakı zəifləri qorumaqda liderliyinə gələcək zərbədir. Onun heç bir məntiqi açıqlaması yoxdur və ya buna ehtiyac yoxdur. Amerikanın maraqlarına zərər vurur və və dəyərlərini pozur”.

Amerikanın Vətəndaş Azadlıqları Birliyinin Qaçqınların Hüquqları Layihəsinin direktoru Omar Jadvat deyib ki, “hökumətin təhlükəsizlik istəyən insanları təqiblərdən, işgəncələrdən və soyqırımdan qorumaq üçün birtərəfli olaraq milli öhdəliyimizdən imtina etməyə can atması bezdiricidir”.

HIAS yəhudilərin qeyri hökumət qaçqınlara yardım təşkilatının rəhbəri Mark Hetfild, Trampın icra sərəncamının “qubernatorlara və bələdiyyə başçılarına, dövlət tərəfindən qəsəbə və qəsəbə tərəfindən öz qaçqın qadağanını təqlid etməsinə icazə vermə” cəhdi olduğunu söyləyib.

Lakin o, Trampın köçürüldükdən sonra qaçqınların hərəkətinə mane ola bilməyəcəyini deyib.

ABŞ Qaçqınların Qəbulu Proqramı 1980-ci ildə Konqres Qaçqınlar Qanununu qəbul edərkən hazırlanıb. (BBC azeri)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar