Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın məşhur radiosunda Ermənistanın təcavüz faktları açıqlanıb

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bu ölkənin nüfuzlu radiosunda Ermənistanın Azərbaycana təcavüzündən danışıb... 

“Report”un ABŞ-dakı xüsusi müxbiri xəbər verir ki, Birləşmiş Ştatlarda yayımlanan, geniş izləyici auditoriyası və nüfuza malik “Con Batçelor Şou” radio proqramında səfir Elin Süleymanov və Corctaun Universitetinin professoru Brenda Şefferlə qonaq olub.

Jurnalist C.Batçelor Ermənistan Azərbaycan münaqişəsi barədə məlumat verərək, ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu qeyd edib. C.Batçelor Azərbaycana səfəri zamanı cəbhə bölgəsinə səfər etdiyini bildirib və Prezident İlham Əliyevdən sitat gətirərək, Ermənistanın tərəfinin son dövrlərdə artıq neçənci dəfədir, təxribata əl atmasından, Azərbaycanın hərbi qulluqçularının və mülki əhalisinin həlak olmasından danışıb. O, artan gərginliyin münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarına neçə təsir edəcəyini gündəmə gətirib.

Jurnalistin suallarını cavablandıran səfir səfir həlak olan şəhidlərimizin ailələrinə başsağlığı verərək, yaralıların tezliklə sağalmağını diləyib. O, münaqişənin regionda sülhə təhlükə olduğunu qeyd edərək, son gərginliyin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında, Dağlıq Qarabağ və ətraf ərazilərdə olan təmas xəttində deyil, Azərbaycanın Ermənistan ilə beynəlxalq sərhədində baş verməsinə diqqət çəkib.

E.Süleymanov bildirib ki, Ermənistanın təxribata əl ataraq, Azərbaycanın Silahlı Qüvvələrinə və mülki əhalisinə hücum edir. Səfir Ermənistan tərəfinin münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarına zərbə vurduğunu, öz əməlləri ilə sülh prosesində maraqlı olmadığını sübut etdiyini bildirib.

Ermənistan tərəfinin əslində daha çox itkilər verdiyini bildirən səfir ölkə rəhbərliyinin bu faktları gizlətməyə çalışmasını qeyri ciddi addım adlandırıb.

Tovuz istiqamətində təxribat törədən Ermənistanın, həmçinin bu ölkə ilə sərhəddə yerləşən Naxçıvan Muxtar Respublikasının mövqelərini atəşə tutmasına diqqət çəkən professor Şeffer, iki ölkənin beynəlxalq sərhəddində baş verən silahlı toqquşmanın regionda gərginliyin artmasının göstəricisi olduğunu bildirib.

pia.az 


Etiket: ABŞ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü

Ən çox oxunanalar