Çərşənbə axşamı, 23 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

ABŞ-ın İrana qarşı həmlələrinin arxaslndakı hədəflər: Çin və Avropa Birliyi

ABŞ-ın İranı mühasirəyə alması Çindən AB-yə çatan yolu kəsməklə bağlıdır...

Mehmet Əli Güllər,
“Cumhuriyet” qəzeti, Türkiyə, 13 may 2019-cu il

ABŞ-ın İranı mühasirədə saxlamasının səbəbi bu ölkəni hədəf alması deyil. ABŞ İranı mühasirəyə alarkən Çinlə və Avropa Birliyi ilə də toqquşur.

ABŞ-ın həmlələrini bir-bir nəzərdən keçirək:

1) ABŞ Obamanın dövründə İranla imzalanmış nüvə sazişindən geri çəkildi;

2) İrana iqtisadi embarqo və sanksiya tətbiq etməyə başlayıb;

3) Qüdsü İsrailin paytaxtı elan edib;

4) İsrailin işğal etdiyi, Suriya ərazisi olan Qolan təpələrini İsrail torpağı kimi tanıyıb;

5) İran İnqilab Keşikçilərini terror siyahısına daxil edib;

6) İrandan neft alan ölkələr üçün gedilən güzəştləri ləğv edib;

7) İraq-Suriya sərhəddində istifadə etmək üçün PYD-ni təhkim edib;

8) Regiona təyyarə gəmiləri, ağır bombardman təyyarələri və Patriot baterayaları göndərib.

1-ci hədəf İran

ABŞ bu həmlələrlə ilk öncə İranı blokadaya almaq istəyir. PYD-dən İraq-Suriya sərhəddində istifadə edərək İran-Suriya əlaqələrini kəsmək istəyir. Qolan təpələri ilə Suriya-Livan əlaqələrini, dolayısı ilə İran-Livan əlaqələrini məhv etmək istəyir. Regiona təyyarə gəmisi göndərərək Hörmüz boğazının nəzarətində bir tərkib yaratmağa çalışır. İrana qarşı İsrail-Körfəz ittifaqı yaradır.

ABŞ bu həmlələrlə, eyni zamanda, İranı neft gəlirlərindən məhrum etməyə çalışır. Beləliklə, İranın ciddi iqtisadi böhrana düşəcəyini, bunun da rəhbərliyə qarşı çevriliş doğuracağına ümid edir.

2-ci hədəf Çin

ABŞ-ın bu mühasirədə İrandan sonra ən önəmli hədəfi Çindir.

Çünki Çin İran neftinin ən böyük müştərisidir...

Daha əvvəl də burada nəzərdən keçirmişdik: ABŞ Malakka boğazını zəbt edərək Ərəb/Fars körfəzindən Çinin şərq limanlarına qədər çatan önəmli bir ticarət yolunu kəsə bilər.

Çin ABŞ-ın bu gücünü zəiflədən bir həmlə etmişdi: Hazırda Çin-Pakistan İqtisadiyyat Dəhlizini yaratdı. Pakistanın Ərəbistan dənizindəki Qvadr limanını alan Pekin rəhbərliyi bu limanı Pakistanın quru yolu ilə Çinin qərbinə bağlayır.

Beləliklə, İrandan neft alıb Hörmüz boğazından çıxan bir tanker ABŞ nəzarətindəki Malakka boğazına girməmiş Ərəbistam dənizindəki Qvadra nefti boşaldır və neft qurudan boru kəməri vasitəsilə Çinə çatdırılır. Çin-Pakistan İqtisadiyyat Dəhlizinin Çin hissəsi Qaşqar əyalətidir, yəni dəhliz Sintszyan-Uyğur Muxtar rayonunun qərb qonşusudur...

Bölgədə mərkəzi ABŞ olan qızışdırıcı qüvvələrin səbəbi, əlbəttə ki, ABŞ-ın Uyğur sevgisi deyil. Elə bunun özü strateji bir xətdir...

İndi dəhlizin cənubunda terror hücumları başlayıb. Bəlucistan Azadlıq Ordusu Qvadrda Çinin idarə etdiyi “Pearl Continental” otelinə hücum planı həyata keçirilib. Eyni təşkilat keçən ay da Qvadra gedən 14 pakistanlı təhlükəsizlik işçisini öldürmüşdü.

3-cü hədəf Avropa Birliyi

Tramp İranla nüvə sazişini ləğv etdikdə bu sazişin bir tərəfi olan Avropa Birliyi razılaşmanı davam etdirməyə qərar verib. Üstəlik, AB ABŞ-ın sanksiya qərarlarını ləğv edərək İranla ticarəti davam etdirə bilmək üçün “ortaq ödəmə mexanizmi (Instex)” belə yaradıb.

ABŞ-ın İran İnqlabı Keşikçilərini terror təşkiları siyahısına salması AB-ni sıxıştıran bir həmlədir. Çünki İnqilab Keşikçiləri təkcə ordu deyil, həm də onlarca şirkəti olan iqtisadi bir quruluşdur. ABŞ bu şirkətlərlə ticarət etməyi terrora dəstək hesab edərək AB-ni sıxışdırmağı planlayır.

Digər tərəfdən, ABŞ-ın İrandan neft alan ölkələrə verdiyi güzəşti ləğv etməsi AB-yə də təsir edir. Çünki güzəşt olunan 8 ölkə içində İtaliya və Yunanıstan da var. Üstəlik, AB ölkələri ümumən Çin və Hindistandan sonra İranın 3-cü böyük neft müştərisi idi. Tehran isə AB-nin ABŞ-a təzyiq göstərməsi üçün əks həmlə edib və nüvə sazişinin bəzi maddələrini tətbiq etməkdən imtina etdiyini bildirib.

İpək Yolu toqquşması

Bütün bu strategiyanın bitdiyi yer isə Çinin “Bir kəmər, bir yol” adlanan modern İpək Yolu layihəsidir. Çünki bu layihə əsas olaraq AB-ni Çinə, Çini AB-yə bağlayan strateji bir layihədir.

ABŞ-ın İranı mühasirəyə alması Çindən AB-yə çatan yolu kəsməklə bağlıdır.

Bu, mümkündürmü? Görünür, hegemonluğu zəifləyən ABŞ etdiyi bu cəhdlərlə istədiyi nəticəni ala bilməyəcək.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az


loading...