Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın hərbi gəmiləri Rusiya istiqamətinə yön alır

İki ölkə arasında yeni gərginlik başlayır...

ABŞ-ın hərbi gəmiləri Rusiya istiqamətinə yön alır - İki ölkə arasında yeni gərginlik başlayır

Dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir zamanda ABŞ Rusiya ilə münasibətləri gərginləşirən növbəti addım atıb.

Reyting.az xarici mediaya istinadla bildirir ki, ABŞ “Soyuq müharibə” illərindən bu yana ilk dəfə Barens dənizinə 4 ədəd hərbi döyüş gəmisi göndərir. Bu gəmilər “dəniz təhlükəsizliyi əməliyyatlarını” həyata keçirəcək.

Barens dənizinə gəmilərin göndəriləcəyini ABŞ Dəniz Donanması həftənin birinci günü elan edib. İngiltərə “HMS Kent” dəstək gəmisinin də ABŞ donanmasına qatılacağını açıqlayıb. Qeyd edək ki, ABŞ Dəniz Donanması 1980-ci ildən bu yana Barens dənizində fəaliyyət göstərməyib.

ABŞ Donanması Barens dənizində həyata keçirəcəyi xidməti haqqında Rusiya Müdafiə Nazirliyinə “səhv anlamaqdan qaçmaq, riski azaltmaq və gərginliyi artırmamaq” məqsədilə xəbərdarlıq edib.

Rusiyanın Şimal donanmasının baş verənləri müşahidə etdiyi bildirilir.

Xatırladaq ki, Barens dənizi Rusiya üçün xüsusi əhəmiyyətə malikdir və amerikanların bu dənizdə “fırlanması” Kremli tərəfindən həzm edilməyəcək.

Barens dənizində Rusiyanın böyük hidrokarbon rezervləri, Şimal dənizinə daşınma marşrutu var, habelə bu ölkə üçün geopolitik və təhlükəsizlik baxımından həyatı əhəmiyyətə malikdir. Bura, eyni zamanda Şimal buzlu okenanın Rusiya, Finlandiya və Norveçin şimalına düşən hissədir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar