Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın geosiyasi maraqlarında Yaxın Şərq və “soyqırım” məsələsi...

Ermənilərin 24 aprel gözləntiləri - Həvəsləri yenə qursaqlarında qalacaq...

Politoloq: “Bütün “qızıl açarlar” Türkiyənin əlindədir. Türkiyə Ukrayna məsələsində çox vacib ölkədir və bunu həm Moskvada, həm də Vaşinqtonda çox yaxşı bilirlər”.

“Hazırkı dövrədə ABŞ-ın Türkiyəyə ehtiyacı bir mənbəli deyil və bu ehtiyac çox şaxəlidir. Buna görə də mən Baydenin qondarma “soyqırım” məsələsini tanımasına qətiyyətlə inanmıram”.

Bu sözləri politoloq Nəzakət Məmmədova ABŞ-ın geosiyasi maraqlarında Yaxın Şərqin arxa plana keçməsinin regiona və Türkiyənin regiondakı strateji mövqeyinə təsirlərini PİA.az-a şərh edərkən qeyd edib.

24 aprel tarixi yaxınlaşdıqca “dünya erməniçiliyi” yenidən “erməni soyqırımı” qondarma iddiası ətrafında kampaniyalara start verməyə başlayıb.
Ermənistanda hesab edirlər ki, ABŞ-ın əsas geosiyasi maraqları Sakit okean hövzəsinə keçdiyinə görə artıq Türkiyəyə elə də strareji ehtiyacı qalmayıb. Buna görə də ermənilər hesab edirlər ki, aprelin 24-də prezident Bayden qondarma “erməni soyqırımı”nı tanıyacaq.

Qeyd edək ki, son günlər ABŞ-dakı erməni diasporası çox aktivləşiblər. Onlar istər Konqresə, istərsə də Ağ Evə təzyiqlərini artırıblar. Əsas məqsəd ABŞ prezidentinin ənənvi 24 aprel müraciətində Baydenin “soyqırım” kəlməsini işlətməsidir. 44 günlük müharibədə acınacaqlı məğlubiyyətdən sonra bu erməni diasporası üçün böyük uğur hesab olunur. Ermənilərin fəallığına qarşı Ankara da sakit oturmayıb və diplomatik kanallarla qondarma “erməni soyqırımın” ABŞ tərəfindən tanınılmasınının qarşısını almaq üçün cəhdlər edilir.

Xatırladaq ki, Bayden vəzifəsinə başladıqdan sonra ABŞ-ın Türkiyə ilə münasibətləri heç də yaxşı səviyyədə deyil. Hətta demək olar ki, bu münasibətlər tarixin ən pis münasibət səviyyəsi kimi dəyərləndirilir. Analitiklər hesab edirlər ki, Türkiyənin Rusiya ilə yaxınlaşması Vaşinqtonda açıq qısqanclıqla qarşılanır və demək olar ki, ABŞ-Türkiyə münasibətləri qırılma nöqtəsinə gəlib.

ABŞ-ın geosiyasi maraqlarında Yaxın Şərqin arxa plana keçməsi regiona və Türkiyənin regiondakı strateji mövqeyinə necə təsir edə bilər? Eyni zamanda ABŞ-ın qondarma “erməni soyqırımı”nı tanıması hansısa hüquqi və siyasi nəticələr doğura bilərmi? Ümumiyyətlə ermənilərin uzun illərdir buna xan atması nəyə, hansı siyasi hədəflərə hesablanıb?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “ABŞ-Türkiyə münasibətlərinin normallaşdırılması Baydenin xarici siyasətində prioritet olacaq”.

Ermənilərin məqsədi Türkiyədən kompensasiya almaq, Türkiyənin “soyqırım” törətmiş ölkə kimi dünyada nüfuzunu zəiflətməkdən ibarət olduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, bütün cəhdlərinə baxmayaraq, onlar buna nail olmayacaqlar:

“Ola bilər ki, ABŞ-ın planları indiki məqamda diqqətləri Yaxın Şərqdən Uzaq Şərqə Fokuslanır. Bu təbiidir. Çünki Çin hazırda ABŞ-ən əsas rəqibidir və bizi sahələrdə Pekin artıq Vaşinqtonun üstələməkdədir. Artıq ABŞ rəsmiləri də açıq şəkildə deyirlər ki, onlar üçün əsas təhlükə məhz Sakit okean hövzəsində Çinin durmadan artan qüdrətidir. Amma bu o demək deyil ki, Baydenin hakimiyyətdə olduğu bütün dövr ərzində ABŞ ancaq Uzaq Şərq, Sakit Okean hövzəsi ilə məşğul olacaq, Yaxın Şərq, Türkiyə və s. arxa plana keçəcək. Bu mümkün deyil. Çünki Avropa və Asiyanı birləşdirən Yaxın Şərq bütün böyük dövlətlər üçün həyati əhəmiyyət daşıyır.

Bu üzdən də istər Yaxın Şərqdə, istərsə də Uzaq Şərqdə ABŞ-ın siyasəti paralel xətt üzərində yürüdüləcək. Ona görə də Türkiyə kimi bir müttəfiqlə münasibətlərin normal saxlanılması ABŞ üçün də vacibdir. Biz bunu son zamanlar Ankaraya qarşı yeni adminstarsiyanın siyasətində, həmçinin Türkiyənin ABŞ-a qarşı gündəlik addımlarında da görürük.

Nəzakət Məmmədova: “Soyqırımları beynəlxalq məhkəmələr tanıyır, ölkələrin parlamentləri deyil. Hətta bütün dünya ölkələrinin parlamentləri soyqırımı tanısa, bu Türkiyə üçün heç bir hüquqi nəticə vermir”.

Düşünürəm ki, ABŞ-Türkiyə münasibətləri Baydenin xarici siyasətində prioritet olacaq. Bunun ən bariz nümunələrindən biri odur ki, Ukrayna məsələsinə görə Qara dəniz və boğazlar məsələsinin önəmi çox artıb. 1936-cı il “Montre razılaşması”na görə boğazlar Türkiyəyə məxsusdur. Buna görə də regionda nələrin baş verməsindən asılı olmayaraq ABŞ-ın Türkiyəyə ehtiyacı var.

Türkiyə ABŞ-ın planlarında heç zaman arxa plana keçəcək ölkə deyil və olmayacaq. Türkiyə hər zaman ABŞ üçün çox qiymətli və dəyərli müttəfiq olaraq qalacaq.

Türkiyənin Yaxın Şərqdə, Qara dənizdə, Cənubi Qafqazda mövqeləri var. Buna görə də Türkiyə ABŞ üçün qiymətli müttəfiqdir. İndi ABŞ-ın planları müvəqqəti olaraq Uzaq Şərqə yönəlibsə, bu ABŞ-ın nəzərində Türkiyənin mövqelərinin zəifləyəcəyi anlamına gəlməz. Çünki ABŞ-ın maraqları bütün dünyanı əhatə edir və bu maraqların içində hazırda Yaxın Şərq və Qara dəniz çox önəmli yer tutur.

ABŞ Rusiya və Ukrayna üzərində münasibətlərinin kəskinləşməsi zamanı Türkiyəyə ehtiyac duyur. Çünki Qara dəniz hövzəsinə daxil olmayan ölkələrinin hərbi gəmilərinin boğazlardan keçməsi bilavasitə Türkiyənin icazəsi ilə mümkündür. Buna görə də Ukrayna prezidenti Zelenski dərhal gedib Ərdoğanla görüşdü və bu məsələləri müzakirə etdilər. Bütün “qızıl açarlar” Türkiyənin əlindədir. Türkiyə Ukrayna məsələsində çox vacib ölkədir və bunu həm Moskvada, həm də Vaşinqtonda çox yaxşı bilirlər.

Nəzakət Məmmədova: “ABŞ Rusiya və Ukrayna üzərində münasibətlərinin kəskinləşməsi zamanı Türkiyəyə ehtiyac duyur. Çünki Qara dəniz hövzəsinə daxil olmayan ölkələrinin hərbi gəmilərinin boğazlardan keçməsi bilavasitə Türkiyənin icazəsi ilə mümkündür”.

Eyni zamanda Türkiyə Cənubi Qafqazda da vacib ölkədir. Nəzərə alsaq ki, Rusiya sülhməramlı adı altında buraya hərbi kontingentini yerləşdirib, təbii ki, burada da Rusiyanı neytrallaşdırmaq, onun bölgədə təsirini azaltmaq üçün Türkiyənin təsirindən istifadə etmək lazımdır. Yenə də ABŞ Türkiyəyə ehtiyac duyur. Eləcə də ABŞ-ın hakimiyyətə gətirdiyi Paşinyanın Ermənistanı Rusiyanın təsirində çıxarması üçün də Türkiyəyə ehtiyacı var. Əbəs yerə deyil ki, Paşinyan Türkiyə ilə münasiblərin yaxşılaşması tərəfdarı kimi çıxış edir. Paşinyan bu addımı onu hakimiyyətə gətirən qüvvələrlə məsləhətləşərək atır.

Yəni hazırkı dövrədə ABŞ-ın Türkiyəyə ehtiyacı bir mənbəli deyil və bu ehtiyac çox şaxəlidir. Buna görə də mən Baydenin qondarma “soyqırım” məsələsini tanımasına qətiyyətlə inanmıram. Əgər Bayden hansısa ABŞ ermənilərinə görə bu etmiş olsa, böyük ağılsızlıq edəcək və rügional geosuyasətdə böyük uğursuzluğa düçar olacaq. Onu da qeyd edim ki, Baydenin soyqırım ifadəsini işlətməsi ABŞ-ın “erməni soyqırımı”nı tanıması deyil. Bu uzun prosedurdur.

Nəzakət Məmmədova: ““Soyqırımı” tanımaq ABŞ xarici siyasətinin çox böyük səhvi olar. Baydenin bu səhvi edəcəyinə inanmıram”.

Hazırda ABŞ-ın ən böyük problemlərindən biri Rusiyanın və Çinin Yaxın Şəqrdə güclənmələridir. Bu proses Vaşinqtonu hər şeydən çox narahat edir və ABŞ-ın həyati maraqları üçün təhlükə yaradır. Son illər Yaxın Şərqdə İranRusiyanın, hətta Çinin təsirləri hiss ediləcək qədər artmağa başlayıb. Belə məqamda ABŞ hər yerdən öz maraqlarının üzərindən xətt çəkib sadəcə Uzaq Şərqə yönələ bilməz.

ABŞ qlobal xarici siyasət yeridən ölkədir. Belə ölkələr heç zaman öz maraqlarını bir nöqtədə cəmləşdirmir. ABŞ çalışır ki, onun üçün əhəmiyyət kəsb edən regionlar üzərində öz maraqlarını həyata keçirsin və həmin bölgələri siyasi, iqtisadi və hərbi nəzarətdə saxlasın. Buna görə də ABŞ prezidenti uydurma “soyqırımı” tanımayacaq. “Soyqırımı”tanımaq ABŞ xarici siyasətinin çox böyük səhvi olar. Baydenin bu səhvi edəcəyinə də mən inanmıram.

Ermənilərin məqsədi təbii ki, Türkiyədən kompensasiya almaq, Türkiyənin “soyqırım” törətmiş ölkə kimi dünyada nüfuzunu zəiflətməkdir. Amma onlar buna nail olmayacaqlar.

Onu da qeyd edim ki, soyqırımları beynəlxalq məhkəmələr tanıyır, ölkələrin parlamentləri deyil. Hətta bütün dünya ölkələrinin parlamentləri soyqırımı tanısa, bu Türkiyə üçün heç bir hüquqi nəticə vermir”.

Nərminə UMUDLU

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar