Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın dövlət katibi: "Rusiyanın G8-ə qayıtması planı üzərində işləyəcəyik"

ABŞ Administrasiyası prezident Donald Trampın istəyi əsasında Rusiyanın G8-ə (“Böyük səkkizlik”) qayıtması planı üzərində işləyəcək

Bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

"Prezident hesab edir ki, biz bunu etməliyik. Mən prezidentin tapşırıqlarını yerinə yetirirəm və biz əlbəttə ki, bu plan üzərində işləyəcəyik", - deyə ABŞ rəsmisi qeyd edib.

Xatırladaq ki, Donald Tramp bu günlərdə Fransada keçirilən G7 sammitində Rusiyanın qrup ölkələrinin tərkibinə qayıtmasının mümkünlüyünü qeyd edib. ABŞ Prezidenti açıq şəkildə bildirib ki, Vladimir Putin olmadan masa arxasında əyləşməyin heç bir mənası yoxdur. Lakin sonra Fransa Prezidenti Emmanuel Makron iştirakçı ölkələrin liderlərinin bu məsələdə ümumi razılığa gələ bilmədiyini deyib.

Məlumat üçün qeyd edək ki, G7-yə Böyük Britaniya, ABŞ, Almaniya, İtaliya, Kanada, Fransa və Yaponiya daxildir. Rusiya qoşulandan sonra qrup G8 formatında olub. Ancaq Ukrayna hadisələrindən sonra iştirakçılar G7 formatına qayıdıblar.(azərtac)

pia.az


Etiket: Mayk Pompeo

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Ən çox oxunanalar