Şənbə, 26 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

ABŞ-ın daha bir ştatı Azərbaycanla bağlı bəyannamə imzaladı 

ABŞ-ın Nyu Meksiko ştatının Albukerke şəhəri 28 may 2019-cu il tarixini “Azərbaycan Milli Günü” elan edib

Bununla bağlı şəhər meri Timoti M. Keller (Timothy M. Keller) tərəfindən müvafiq bəyannamə imzalanıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Sənəddə, həmçinin ABŞ və Albukerke şəhəri də daxil olmaqla, bütün dünyada yaşayan azərbaycanlıların 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram edərək, öz ata-babalarının Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı və Azərbaycan Respublikasının azad və müstəqil dövlət kimi önəmli uğurlarını qeyd etdiyi bildirilir.

Bəyannamənin sonunda 28 may tarixi Albukerke şəhərində “Azərbaycan Milli Günü” elan edilir.(Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ramiz Mehdiyev AMEA-nın mühafizəsini məşhur “generala” tapşırdı - Fotofakt

İlham Məmmədovun övladlarının avtomobil kolleksiyası üzə çıxdı: “Mercedes”, “Range Rover” - 300 - 800

“Sədərək Yusif”-in yolu dəmir barmaqlıqlardan keçə bilər: Üç maddə ilə cinayət işi açıldı

BDU-nun keçmiş “qara kassa”sı Məzahir Sultanov və bir gecəyə milyarder olan qudasının biznes şəbəkələri

Sahil Babayev Siyavuş Novruzovun qardaşını vəzifəsindən azad etdi

Novxanıdakı milyonluq sarayın sahibi tapıldı - Video

Bura 1-2 milyon xərcləmişəm nə puldur ki? - Dəbdəbəli sarayın sahibi

Varlı ailədə qətl: Rəna Sofiyeva ərini necə öldürüb? - Təfərrüatlar (Yenilənib)

"Qoymayın bu ölkədə dürüst adam qalsın, ləkələyin…" - İlqar Məmmədov

loading...

Ən çox oxunanalar