Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın 12 ştatı Baydenə qarşı məhkəmə iddiası qaldırdı

Missuri ştatının və ABŞ-ın digər 11 ştatının rəhbərliyi əhalinin sağlamlığının və ətraf mühitin qorunması haqqında fərman imzaladığına görə ölkə Prezidenti Cozef Bayden və administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb. İddiaçılar federal tənzimləyici orqanların səlahiyyətlərinin genişləndirilməsinin ciddi iqtisadi ziyana səbəb ola biləcəyini düşünürlər. Missuri ştatının baş prokuroru Erik Şmitt tərəfindən irəli sürülən iddiaya Arkanzas, Arizona, İndiana, Kanzas, Montana, Nebraska, Ohayo, Oklahoma, Cənubi Karolina, Tennesi və Yuta ştatlarından olan həmkarları qoşulublar. Vəsatətdə qeyd olunur ki, federal səlahiyyətlilər istixana qazlarının ictimai xərcləri üçün rəqəmləri təsdiqləyə bilər və bu, sonradan federal tənzimləyicilərin müddəaları dəyişdirməsinə və yenilərini tətbiq etməsinə əsas olacaq, təbii ki, bu da ölkənin adi sakinləri üzərində əlavə maliyyə yükü yaradacaq. İddiaçıların fikrincə, fərman hakimiyyət bölgüsü prinsipini pozur.

Vəsatətdə göstərilən Baudenin işçi qrupunun aralıq hesablamalarına görə, bu cür ictimai xərclərin ümumi məbləği 9,5 trilyon ABŞ dollarıdır.

Xatırladaq ki, Bayden vəzifəsinin icrasına başladığı ilk gündə ölkəsinin istixana qazlarının həcmində köklü azalmanı nəzərdə tutan Paris İqlim Sazişi çərçivəsində götürdüyü öhdəliklərə qayıtması ilə bağlı fərman imzalayıb. Halbuki 2018-ci ildə o zaman Ağ Evin sahibi olan Donald Tramp Amerika iqtisadiyyatının inkişafını ləngitdiyini düşündüyünə görə razılaşmadan çəkilməyə qərar vermişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar