Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ İmamoğlunu seçdi – Vaşinqtondan Türkiyəyə etiraz...

Dövlət Departamenti: “Biz də Türkiyənin digər dostları kimi bu qeyri-adi qərarı diqqətə alırıq”

“Aydınlık” qəzeti, Türkiyə, 10 may 2019-cu il

ABŞ MSK-nın İstanbulla bağlı verdiyi qərardan sonra öz mövqeyini ortaya qoyaraq İmamoğlunun qalib gəldiyi seçki nəticələrinin qəbul edilməsini tələb edib. Xarici İşlər Sözçüsü Hami Ağsoy isə ABŞ-a “qərara hörmətlə yanaşın” çağırışını edib.

ABŞ Dövlət Departamenti İstanbul Böyük Şəhər Bələdiyyə seçkilərinin ləğv edilməsi ilə bağlı açıqlama verib. Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus tərəfindən verilən açıqlamada bildirilir: “Azad və ədalətli seçkilərin keçirilməsi və seçki nəticələrinin qəbul edilməsi hər bir demokratik ölkə üçün vacib şərtdir”.

Həmçinin Dövlət Departamentinin sözçüsü əlavə edib ki, Türkiyə MSK-nın qərarı qeyri adidır. “Mərkəzi Seçki Komissiyası (YSK) 31 mart seçkilərinin nəticələrini təsdiq etdikdən sonra seçkiləri yenidən keçirməyə qərar verib. Biz də Türkiyənin digər dostları kimi bu qeyri-adi qərarı diqqətə alırıq”, deyə açıqlamada vurğulanır.

Türkiyənin “uzun və şərəfli bir demokratiya ənənəsindən” gəldiyini xatırladan ABŞ Xarici İşlər Nazirliyi Türkiyənin məsul şəxslərinə xəbərdarlıq edilib ki, yeni seçki qanun çərçivəsində, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT), NATO müttəfiqliyinə və Avropa Birliyinə üzv olmaq istəyinə uyğun şəkildə həyata keçirsinlər.

“Hörmətlə yanaşın”

Türkiyə Xarici İşlər Nazirliyi sözçüsü Hami Ağsoy ABŞ-ın açıqlamasına yazılı cavab verib. Ağsoy azad və demokratik səsvermənin Türkiyə dövlətçiliyinin əvəzedilməz bir hissəsi olduğunu vurğulayıb: “Hər səsvermədə səsvermədə iştirak edənlərin sayca artmasını xalqımızım demokratiyaya olan bağlılığını və seçki sisteminə olan inamını sübut edir”.

Ağsoy xatırladıb ki, İstanbul seçkilərinin yenidən keçirilməsinə qərar verilərkən 31 mart 2019-cu il tarixində keçirilmiş seçkilərdə qanunsuzluq təsbit edildiyi önə sürülüb. Bu qərarın seçki nəticələrindən asılı olmadığını bildirən Xarici İşlər Nazirliyi sözçüsü həmçinin, aşağıdakıları bildirib:

“Seçkiləri idarə etmək və qanunauyğunluğunu yoxlamaq vəzifəsini Konstitusiya tərəfindən verilən və üzvləri Ali Məhkəmə orqanlarının əməkdaşları arasından seçilən MSK-nın verdiyi bu qərara hər kəs hörmətlə yanaşmalıdır. Buna bənzər xəbərlərin daha əvvəl ABŞ-da və başqa ölkələrdə də yaşandığını, bunların demokratik qaydalar çərçivəsində həll edildiyini yadda saxlamaq lazımdır. Türk xalqının iradəsinin seçki qutusunda ən doğru şəkildə əks etdirilməsi həm qanunlarımız, həm də beynəlxalq vəzifələrimiz baxımından önəmlidir. Bunun yerinə yetirilməsi keçən dəfəki seçkilərdə olduğu kimi, 23 iyunda keçiriləcək seçkilərdə də ölkəmiz üçün böyük əhəmiyyət daşıyacaq”.

Tərcümə PİA.az-ındır

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar