Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ hökuməti İŞİD üzərində qələbəni elan etməyə hazırlaşır

Vaşinqton qüvvələri Bağdadini mühasirəyə alıb, məqsəd Suriya kampaniyasının başa çatmasını rəsmiləşdirməkdir

ABŞ xüsusi təyinatlı qüvvələrinin İŞİD lideri Əbubəkr əl-Bağdadini Suriya ərazisində mühasirəyə alması haqda məlumat vermişdik. Məlumatda qeyd olunur ki, İraqın “Əl-Arabi əl-Cədid” qəzeti yerli rəsmilərə istinadla İraq ərazisindən Suriyaya daxil olan xüsusi təyinatlı qüvvələrin “Suriya Demokratik Qüvvələri” ilə birlikdə Suriyanın Deyr əz-Zor vilayətinin Bahoz, Meraşde və Əlbukamal məntəqələri arasında 10 kilometrlik ərazidə Bağdadini mühasirəyə aldığını yazır.

Əməliyyatı 2011-ci ildə əl-Qaidə lideri Usamə bin Ladenin Pakistanın Abbotabat şəhərində xüsusi əməliyyatla məhv edən xüsusi təyinatlı qrupu həyata keçirir. ABŞ qüvvələri Bağdadini sağ olaraq ələ keçirməyə çalışdığı qeyd olunur. Bu səbəbdən də ərazidə hava bombardmanları keçirilmir. Yerli mənbələr isə İŞİD liderinin mühasirədə döyüşə hazırlaşdığını, hətta sağ ələ keçməmək üçün intihar edə biləcəyini bildirir.

Bu arada Rusiyanın RT telekanalı isə İraq ordusu və “Həşd Şabi” Qüvvələrinin ölkənin Suriya ilə sərhəddə döyüş vəziyyətinə gətirilib. Bu barədə telekanala İraq ordusunun “Ada” əməliyyatları komandanı general Qasım Məhəmməd məlumat verib. General deyib ki, hazırlığın səbəbi Suriyanın Deyr əz-Zor vilayətində SDQ ilə İŞİD arasında baş verən toqquşmalardır. Bundan başqa məlumatda qeyd olunur ki, “Həşd Şabi” Anbar əyalətinin Suriya ilə sərhəd məntəqələrində toplanıb və Suriya ərazilərinə daxil olmaq üçün hazırlıq həyata keçirir. General bildirib ki, hazırlanan əməliyyat Suriya hökuməti ilə koordinasiyalı şəkildə aparılır və əsas məqsəd İraqın sərhədə yaxın məntəqələrinin təhlükəsizliyidir. Qeyd edək ki, “Həşd Şabi” qüvvələrinin Suriya ərazisinə daxil olmaq üçün bir aydır sərhədə ordu topladığı haqda daha əvvəl məlumat vermişdik.

Son iki günün xəbərlərindən belə məlum olur ki, koalisiya qüvvələri, eləcə də İraq ordusu İŞİD liderini sərhədə yaxın ərazidə sıxışdırıb. Hətta bir neçə gün əvvəl mətbuatda İraq-Suriya sərhədini keçməyə çalışan “Həşd Şabi” qüvvələrinin ABŞ aviasiyası tərəfindən atəşə tutulduğu haqda xəbərlər getdi. İraq tərəfi Suriya hökuməti ilə razılaşdırıldığını və Suriyaya daxil olaraq İŞİD mövqelərini məhv etmək, bununla da həm də İraq üçün İŞİD təhlükəsini aradan qaldırmaq istədiyini bildirir. Lakin Qərb mətbuatında “Həşd Şabi”nin İranın “Qüds” briqadasının komandiri general Qasim Süleymaninin əmri ilə Suriyaya daxil olduğunu yazıb. Toqquşmaların da məhz bu səbəblə baş verdiyi güman edilir.

Son hadisələr isə ABŞ-ın məhz Bağdadiyə görə “Həşd Şabi”nin qarşısını kəsdiyi ilə bağlı şübhələr yaradır. Lakin bir çox müşahidəçilər isə ABŞ hökumətinin İŞİD liderini diri ələ keçirəcəyinə şübhə ilə yanaşır. Çünki daha əvvəl mediada İŞİD-in ABŞ-ın dəstəkləməsi ilə bağlı iddialar yer alıb. Lakin bu iddiaların ciddi əsasları yoxdur. Yaxın Şərq müharibələri dönəmində terror təşkilatları demək olar ki, bütün ölkələrlə əlaqələndirilib.

ABŞ ordusunun Bağdadiyə qarşı əməliyyatı ilk növbədə hazırkı administrasiya üçün lazımdır. İŞİD lideri çox sirlər bilir və indi onun sağ ələ keçirilməsi ABŞ-ın maraqlarına cavab verir. O da bildirilir ki, ABŞ prezidenti bu əməliyyata xüsusi maraq göstərir və bununla daxil ictimai rəydə nüfuzunun yüksələcəyini düşünür. Çünki Trampın ordunu Suriyadan çıxarması qərarı Vaşinqtonda sərt etiraz doğurmuşdu və bu prosesin İŞİD-in əl-qolunu açacağı iddia edilirdi. Lakin əgər ABŞ ordusu qoyulmuş tapşırığa əsasən Bağdadini ələ keçirərsə, o zaman Trampa yönəlmiş ittihamlar da qüvvədən düşər. Yeri gəlmişkən, 2011-ci ildə ABŞ ordusu əl-Qaidə liderini Pakistanda öldürdükdən sonra o zamankı ABŞ prezidenti ordunu Əfqanıstandan çıxarılması. Yəni böyük terror müharibəsinin başa çatdığını elan etdi.

Maraqlıdır ki, ötən gün Türkiyə və İraq mediası ABŞ ordusunun Suriyaya 600 hərbçi göndərdiyi haqda xəbər yayıb. Hərbçilər ABŞ-ın Suriyadakı 18 hərbi bazasına yerləşəcək. Artıq amerikalıların Fəratın şərq sahilindəki bazaya çatdığı deyilir. Ehtimal ki, əlavə dəstək qüvvələri İŞİD əməliyyatı üçündür.

Xatırladaq ki, ABŞ prezidenti ötən ilin 19 dekabrında ordunun Suriyadan çıxarılacağını elan edib. ancaq ABŞ ordusu Suriyadan tədricən, 3 ay və daha uzun müddətə çıxarıla bilər. İŞİD-ə qarşı əməliyyatlar isə davam edəcək.

ABŞ ordusunun mühasirəyə aldığı İŞİD lideri haqqında isə buna qədər azı 5 dəfə “öldü” xəbəri yayılıb. 1971-ci ildə İraqda doğulmuş Əbu Bəkr əl-Bağdadinin əsl adı İbrahim Avad əl-Bədri əs-Samirrayi olub. İlahiyyat təhsili alıb və Bağdad universitetində doktorluq müdafiə edib, dərs deyib. 2010-cu ildə İŞİD-in əsası hesab olunan əl-Qaidənin İraq qolu və ya İraq İslam Dövləti adlı qruplaşmaya rəhbərlik etməyə başlayıb. Ancaq Suriyada hadisələr başladıqdan sonra Bağdadi əl-Qaidə ilə yollarını ayırır.

2013-cü ilin sonlarında “əl-Qaidə” lideri Əyman Əz-Zəvahiri audio müraciət yayaraq cihadçıları “Ən-Nusra” cəbhəsinə birləşməyə çağırır və onları bu bölgədə bu qruplaşmanın təmsil etdiyini bəyan edir. Bununla da ilk dəfə olaraq İraq-Şam İslam Dövləti adlı qruplaşmanın adı tez-tez səslənməyə başlayır. 2014-cü ilin əvvəlində Suriyanın şimalında İŞİD və “Ən-Nusra” arasında savaş başlayır və digər qruplaşmaları məğlub edən İŞİD Raqqa şəhəri də daxil olmaqla, Suriyanın şimalında neftli torpaqlarla birlikdə böyük bir ərazini nəzarətə götürür. İyun ayında isə ardıcıl olaraq hücumlar edən İŞİD, nəhayət, Mosul şəhərini, o cümlədən Səddam Hüseynin vətəni Tikrit, Fəlluca kimi əyalətləri işğal edir. Bununla da İraqın və Suriyanın 30 faizdən çox əraziləri İŞİD-in nəzarəti altına düşdü. Bu ərazilərdə Dəclə və Fərat çayları, böyük su anbarları, neft yataqları və İraqın ikinci böyük və qədim şəhəri Mosul da vardı.

Mosula daxil olan İŞİD tezliklə özünü “İslam xilafəti” elan etdi, qruplaşmanın lideri Əbu Bəkr əl-Bağdadi və ya əsl adı İbrahim Avad əl-Bədri əs-Samirrayi olan şəxs özünü xəlifə elan etdi. Yeni “xilafətin” pul vahidi (dinar), polisi, kəşfiyyat xidməti və digər strukturları quruldu.

Ancaq 2017-ci ildə İraq ordusu Mosulu, ardınca isə Suriyada SDQ və ABŞ qüvvələri İŞİD-in bu ölkədəki mərkəzi Raqqanı ələ keçirdi. Bu dövrdə bir neçə dəfə Bağdadinin öldü xəbərləri yayılsa da, sonradan təkzib olunub. Bir qədər əvvəl isə Bağdadinin sadiq tərəfdarları ilə birlikdə İraqın Anbar əyalətində gizləndiyi bildirilirdi. Onun zaman-zaman İraqSuriya ərazilərinə keçdiyi, yer dəyişdiyi bildirilirdi. Əgər Bağdadi ələ keçərsə İŞİD-ə qarşı 5 ildir davam edən böyük müharibə rəsmən başa çatmış elan ediləcək və bu qələbə Trampın adı ilə bağlı olacaq.(“Yeni Müsavat”)

pia.az


Etiket: ABŞ İŞİD

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar