Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Hindistana hava hücumundan müdafiə sistemi satır

ABŞ Hindistana ümumi dəyəri təxminən 2 milyard dollar olan IADWS (İnteqrasiya edilmiş Hava Hücumundan Müdafiə Silah Sistemi) hava hücumundan müdafiə sistemi tədarük etməyi planlaşdırır...

 

“TASS” agentliyi xəbər verir ki, bunu ABŞ Müdafiə Əməkdaşlığı və Təhlükəsizliyi Agentliyinin mətbuat xidməti açıqlayıb.

ABŞ Dövlət Departamenti Hindistanın 1,87 milyard dollar dəyərində IADWS hava hücumundan müdafiə sistemi ilə təchizatını təsdiqləyib. Departament fevralın 7-də ola biləcək razılaşma barədə Konqresə məlumat verdi”, - açıqlamada belə deyilir.

Müqavilə baş tutacağı halda Hindistanın beş AN/MPQ-64Fl Sentinel radiolokasiya stansiyası, 118 AMRAAM AIM-120C-7/C-8 idarəolunan raketləri və 132 FIM-92L Stinger idarəedici raketləri, 32 ədəd 5,56 mm M4A1 karabini, habelə bir sıra digər hərbi avadanlıqlarla təchizatı planlaşdırılır.

“Təklif olunan razılaşma Cənubi Asiya bölgəsində sabitliyin, sülhün və iqtisadi tərəqqinin qorunmasında, müdafiə sahəsində ABŞ-ın əsas tərəfdaşlarından birinin təhlükəsizliyini artıracaq”, - deyə agentlik əlavə edib.

Qeyd edilir ki, bu açıqlama müvafiq müqavilənin imzalanmasını təsdiqləmir/APA.

pia.az


Etiket: ABŞ Hindistan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar