Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ hərbi pilotu Ukraynada öldü

ABŞ hərbiyyəsi NATO hava qüvvələrinin Ukraynada keçirdiyi birgə manevrdə amerikalı təyyarəçinin iki nəfərlik qırıcıda həlak olmasını təsdiq edib

Oktyabrın 17-də qəzaya uğramış Su-27 təyyarəsində Ukrayna təyyarəçisi də həlak olub. Ukrayna və ABŞ hərbi rəsmilərinin verdiyi məlumata görə qəza Kiyevin 180 kilometrliyindəki Xmelnitski rayonunda baş verib.

“Aydın səma 2018” (Clear Sky 2018) kod adlı manevrlərin rəhbəri general-mayor Clay Garrison deyib ki, bu, Birləşmiş Ştatlar və Ukrayna üçün kədərli bir gündür. Hərbi hakimiyyət orqanları bildirirlər ki, həlak olmuş təyyarəçilərin cəsədləri aşkar olunub. Bundan əvvəl ailəsinin xəbərdar edilməsi məqsədilə amerikalı pilotun kimliyi 24 ərzində gizli saxlanırdı. Kiyev ukraynalı pilotun polkovnik Ivan Petrenko olduğunu bildirib.

Avropa və Afrikadakı ABŞ hərbi hava qüvvələri bildirir ki, ABŞ təyyarəçisi təyyarə ilə tanışlıq uçuşunu həyata keçirirdi. Bu qəzada başqa bir təyyarənin olmadığı bildirilib və qeyd olunub ki, hər iki ölkənin hərbiyyələri qəzanın mümkün səbəblərini birgə araşdırır.

Ukraynanın hərbi rəsmiləri xəbər verirlər ki, həlak olmuş təyyarəçilərin xatirəsi yaxınlıqdakı hərbi aeroportda keçirilən mərasimdə yad edilib. “Aydın səma 2018” manevrlərində Ukrayna, Belçika, Danimarka, Estoniya, Hollandiya, Polşa, Britaniya və Birləşmiş Ştatlardan olan 950 hərbçi iştirak edir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar