Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Hərbi-hava qüvvələri gələcək müharibənin baş verəcəyi yeri açıqlayıb

ABŞ Hərbi-hava qüvvələrinin qərargah rəisi general Çarlz Braun gələcəkdə baş verməsi ehtimal olunan və ölkəsinin də qarışacağı qlobal müharibənin yerini açıqlayıb.

Bu barədə “Defence News” saytı məlumat yayıb.

ABŞ-ın hərbi-hava qüvvələri tarixində ilk qaradərili general sayılan Çarlz Braunun fikrincə, gələcək savaş son iyirmi ildə baş verən qanlı münaqişələrdən çox fərqlənəcək. “Üstəlik bu müharibə bizim sahillərimizdən uzaq məsafədə olmayacaq”,-deyə o, qeyd edib.

Amerikalı hərbçi Birləşmiş Ştatların qoşulacağı bu savaşdakı döyük itkilərin və risklərin İkinci dünya müharibəsi ilə müqayisə oluna biləcəyini söyləyib.

“Defence News” portalı Hərbi-hava qüvvələrində Çarlz Braunun rəhbərliyi altında həyata keçirilən modernizasiya işləri ilə bağlı məsrəflərin, əsasən, “Northrop Grumman” şirkətinə ayrıldığına diqqət çəkir. Sözügedən firma ABŞ-da müasir tipli “B-21 Raider” strateji bombardmançıların, habelə, “Ground Based Strategic Deterrent” qitələrarası raketlərin hazırlanmasına cavabdehdir.

Onu da qeyd edək ki, bu ilin sentyabr ayında “Defence News” saytının əməkdaşı Valeri İnsinna ABŞ Hərbi aviasiyasının “Endryu” Birləşmiş bazasında yerləşən “Döyüş əməliyyatlarının idarə mərkəzi”ni ziyarət etmiş və burada inqilabi xarakterli sistemlərin sınaqdan keçirildiyini yazmışdı.(Musavat.com)

pia.az


Etiket: Çarlz Braun


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

Ukrayna XİN Rusiyanın Zelenskini axtarışa verməsinə münasibət bildirib

Ən çox oxunanalar