Çərşənbə axşamı, 07 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

ABŞ hərbi bazasına hücum: PUA-lar, yoxsa MiQ-29 qırıcıları vurdu?

ABŞ-ın və qərb koalisiyasının Suriyanın Ət-Tanf şəhərində yerləşən bazasına ötən gecə raket hücumları olub.

Livanın “Al Mayadeen” kanalının şahidlərə istinadən yaydığı xəbərə görə, Suriya, İraq və İordaniyanın sərhədlərinin kəsişməsində yerləşən bazanın ərazisində bir neçə güclü partlayış müşahidə edilib. Hərbçilərin yaşadıqları binalar və kazarmaların hədəf alındığı bildirilir. Hərbçilər arasında itkilər və maddi ziyan barədə heçnə deyilmir, ABŞ hərbi komandanlığı hələlik hadisə ilə bağlı açıqlama verməyib. Bildirilir ki, zərbələr beş pilotsuz uçan təyyarələrdən endirilib.

Suriyanın “AlBadia 24” informasiya agentliyi isə bildirir ki, raket zərbələri dörd qırıcı təyyarədən endirilib. Əvvəlcə pilotsuz təyyarə hərbi bazanın yerləşdiyi rayonda kəşfiyyat aparıb, ardınca qırıcılar bazaya raket zərbələri endirib. Bildirilir ki, raket zərbələrindən əvvəl hərbi bazanın yerləşdiyi rayonda bütün peyk və mobil rabitə əlaqəsi kəsilib. Bu da güclü radioelektron mübarizə sisteminin işə düşməsindən xəbər verir.

“Naməlum pilotsuz aparat zərbələrdən bilavasitə əvvəl beynəlxalq koalisiyanın nəzarətində olan zonadan 55 kilometr məsafədə yerləşən Ət-Tanf bazasının yaxınlığında görünüb, ardınca 4 döyüş təyyarəsi zərbələr endirib”, - məlumatda deyilir.

Lakin agentlik qırıcıların tipini və hansı ölkəyə malik olmasını dəqiqləşdirmir. Bəzi mənbələr ehtimal edir ki, söhbət Suriya Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcılarından gedə bilər.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub

Deputat Ülvi Quliyev “SSRİ gözəli” müsabiqəsinə nə qədər pul xərcləyib? - Fotofakt

Elman Rüstəmovun kürəkəni milyonları Avropaya belə daşıyır – Foto

Yeni nazir müavini təyinatından danışdı - Foto

Azərbaycanın ən gözəl qızı və ən yaraşıqlı oğlanı seçildi

Kəmaləddin Heydərov Astara sakinlərinə 18 villa tikir? 

Rusiya 175 minlik qoşunla Ukraynaya hücum etməyə hazırlaşır... - İddia

Azərbaycanda dizelin qiyməti kəskin qalxacağı deyilir... - Hökümət daxili bazarda qiymətləri hansı səviyəyə çatdırmaq istəyir?

Novella Cəfəroğlu: "Gedib deyirik ki, Tofiq Yaqublunu yaxşı edib döyümüsünüz?!"

İşsizlərin nəzərinə! - Bu sənədləri təqdim edin və... - Video

Rüşvət alan Dövlət Xidmətinin vəzifəli şəxslərinə hökm oxudu

İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib - Yenilənib

Ən çox oxunanalar