ABŞ Əfqanıstandakı hərbçilərini 8 600 nəfərədək ixtisar etməyi iyunun əvvəlinədək başa çatdırmaq niyyətindədir...
Reuters xəbər verir ki, Kabildəki ABŞ və NATO mənbələri tezləşdirmənin koronavirus pandemiyası ilə bağlı olduğunu bildirib.
Xatırladaq ki, fevral ayının 29-da ABŞ hökuməti ilə “Taliban” hərəkatı nümayəndələri arasında Dohada imzalanmış sülh sazişinə görə ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələri 4,5 ay ərzində 12-13 min nəfərdən 8 600 nəfərədək, daha sonra isə konkret vəziyyətə görə 2021-ci ilin may ayına qədər sıfıradək ixtisar olunmalıdır.
Əfqanıstanda olan ABŞ hərbçilərinin artıq 8 600-ə yaxın olduğu bildirilir. İlk növbədə yardımçı heyətin, habelə koronavirusla bağlı risk qrupundan olanlar vətənə göndərilir.
Ötən gün prezident Donald Tramp Əfqanıstandakı hərbçiləri “məntiqi müddət ərzində” vətənə qaytaracağını bildirmişdi. (Report)
pia.az