Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ gizlinləri – Prezident İlham Əliyevə qarşı siyasi sui-qəsd planı - Video

Dünya bank sisteminin faktiki qurucuları və idarəediciləri kimi tanıdılan Rotşildlər və Rokfellerlər kimi mason oliqarxlar dünya düzəmində qırğınların, qətllərin, müharibələrin və onların maraqlarına xidmət etməyən ölkələrdə ixtişaşların tərədilməsinə bilavasitə günahkarlardan hesab edilirlər


Məhz birinci Dünya müharibəsi ərəfəsində – 1913-cü ildə ABŞ-da oliqarxların təsis etdiyi və dolların çapına nəzarəti həyata keçirməklə “dövlət içində dövlət” statusuna malik Federal Ehtiyat Sistemi meydana çıxdıqdan sonra ABŞ dolları dünyada hakim valyutaya çevrildi. 

Rokfeller, Rotşild və Morqanların bankları ikinci Dünya müharibəsində isə faşistlərə və komunistlərə pul ödəməklə, bəşəriyyətin ən böyük insan qırğınına səbəb olan qətliamı törətməklə dünyada sürətlə artan əhalinin sayını azaltmaq, dünya siyasi xəritəsini öz dini, milli maraqlarına uyğun dəyişmək və silah alverindən milyardlara sahib olmaq idi.

Hazırda Dünyada yeni lokal müharibələr hansı məqsədlərlə törədilir?

Hazırda Dünya varidatının 80 faizini öz əllərində cəmləmiş qlobal güclərin maliyyə və informasiya rıçaqları vasitəsi ilə də digər dövlət və millətləri idarə etmək imkanı var. Yəni, xüsusən inkişaf etməkdə olan ölkələrin vəzifəli və varlılarının başını daha çox varlanmaq və şöhrətlənmək yarışına qatmaq, yoxsulların beyninə isə “bir qarın çörəkpulu qazanmaq” düşüncəsini hakim etməklə də milyardlarla insan kütləsini yönləndirmık mümkündür. Belə olan halda artıq üçüncü Dünya müharibəsinə ehtiyac duyulmadığı halda, bir çox ölkələrdə lokal müharibələr başladı. Bu müharibələrdə ABŞ-ın silah satışına nəzarət edən Rokfellerllər terror təçkilatlarına silah-sursat satmaqla kapitallarını daha artırırlar. Bununla yanaşı Rokfellerlər dünya neft sənayesini özlərinin tam inhisarına almaq üçün eyni zaman həmin terror təşkilatlarında istifadə edirlər.Suriya, İrak, Livan buna əyani subutu ola bilər. 2011-ci ildə Suriyada vətəndaş qarşıdurması başlayandan bu yana isə Türkiyənin müəyyən qüvvələr tərəfindən müxtəlif yollarla müharibəyə cəlb edilməsinə cəhdlər göstərilirdi. Eyni zamanda Qərb mediası Türkiyənin İŞİD-ə dəstək verməsi barədə təbliğat materialları yayımlayaraq, ölkəni terror təşkilatı ilə əlaqədə ittiham edirdi. Paralel olaraq isə PKK ilə əldə olunan sülh razılaşması və ölkədə yaranmış stabilliyi pozmaq, kürd-türk problemini dərinləşdirmək üçün bütün mümkün vasitələrdən istifadə özünü göstərməkdə idi. Əslində digər dövlətləri öz maraqları çərçivəsində qarışdırması və zəiflətməsi həmişə müzakirə mövzusu olması barədə dəfələrlə Rokfellerlər bunu etiraf ediblər.

Jurnalistlərin qətllərində Rokfellerlər izi

Şərqdə belə bir məsəl var: “Nəsə bir dəfə baş verirsə, bu, hadisədir, iki dəfə baş verirsə – təsadüf, üçüncü dəfə baş verirsə – artıq qanunauyğunluqdur”.

Bəs, bir neçə sutka ərzində bir-birinin ardınca baş verən 4 kədərli hadisəni bir-birilə nə bağlayır? Bir müddət əvvəl “Investmentwatch” portalı qəribə bir təsadüf haqda yazıb. Fevralda 2 gün ərzində (ayın 12-si və 13-ü) birdən-birə 3 amerikalı jurnalist dünyasını dəyişib – Ned Kolt, Bob Saymon və Devid Karr. Bob Heyger adlı jurnalist isə ölümdən qurtulub.


 
Ned Kolt “NBC”nin jurnalisti idi. O, İraq müharibəsini işıqlandırmaqla tanınmışdı və hətta orada bir müddət əsirlikdə də olmuşdu. İraq müharibəsində Rokfellerlərin rolu olduğunu bildirmişdi. Kol beyninə qan sızmasından vəfat edib.

Tanınmış tədqiqatçı, “CBS”in jurnalisti Bob Saymon da eyni gündə avtomobil qəzasına düşərək dünyasını dəyişib. O da vaxtilə İraqda yaraqlılar tərəfindən əsir götürülmüş, sonradan azad olunmuşdu. Son günlərə kimi Rokfellerlərin İrakla bağlı geniş planları barədə müzakirələr aparırdı.

“Nyu-York tayms”ın əməkdaşı Devid Karr isə Edvard Snoudendən müsahibə götürdükdən dərhal sonra qəflətən dünyasını dəyişib. Onun ölümünün səbəbi hələ də məlum deyil. Maraqlı məsələ ondan ibarətdir ki, Devid Karr dünyasın dəyişməmişdən əvvəl Rokfellerlər ailəsinin nümayəndəsi ilə görüşüb.

“24 saat ərzində 4 jurnalist ölümü. Və bu, hər hansı döyüş meydanında yox, burada, ABŞ-da baş verir. Bəlkə, onlar bizə məlum olmayan hansısa məlumatlardan xəbərdar idilər? Kim hansı həqiqəti dəfn etməyə çalışır?” – deyə “Investment Watch”dan olan tədqiqatçılar sual edirlər.

ABŞ-da səs-küyə səbəb olmuş “Boz dövlət” filmi

2015-ci il yanvarın 17-də ABŞ-da səs-küyə səbəb olmuş “Boz dövlət” filminin rejissoru və prodüseri Devid Kroulinin meyiti tapılır. Onun yanında həyat yoldaşı və 5 yaşlı qızı da aşkar edilir. Onların üçü də güllələnərək qətlə yetiriliblər. Hadisə yerindən tapılmış dəlillərə əsasən, İraq və Əfqanıstan müharibələri veteranı olan Kroulinin guya xanımını və qızını güllələdiyi, sonda isə intihar etdiyi qənaətinə gəlinir. Dakotun dairə şerifi idarəsindən bildirirlər ki, ölüm hadisəsi “şübhəlidir” və istintaq davam etdiriləcək. İntihar versiyasına şübhə edən isə yalnız polis olmur. Əksər mütəxəssislər Kroulinin və ailəsinin ölümünü onun yaradıcılığı ilə əlaqələndirir və qisas sayır.



David Krouli son illər ərzində rejissoru olduğu “Gray State” (“Boz dövlət”) filminin ideyaları üzərində işləyib. Filmin mövzusu sərt, korrupsiyalaşan və polis dövlətinə çevrilmiş ABŞ haqqındadır. Filmin müəlliflərinin fikrincə, “Boz dövlət”in əsas tezisləri onların yaşadıqları reallıqları əks etdirir. “Boz dövlət” müşahidə aparır, hər bir vətəndaşını izləyir, istənilən anda mövcud rejimə qarşı şübhələri olan adi amerikalının evinə soxula bilən hərbi dəstələrə malikdir. Tənqidçilər filmi “korporativ totalitarizmə və transmilli şirkətlərin diktaturasına” fədakar və cəsarətli şəkildə meydan oxunulması kimi qiymətləndiriblər. Filmin yaradıcıları düşmənlərini məhz bu cür adlandırıblar. Krouli ölümündən əvvəl filmin çəkilişlərinə başlanılması üçün tələb olunan məbləği toplamışdı. Bu işdə ona ayrı-ayrı fərdi şəxslər kömək etmişdilər. Filmin treyleri isə artıq milyonlarla amerikalının diqqətini çəkmişdi.

Bir neçə il əvvəl “Boz dövlət” filminin konsepsiyasının təqdimatı olmuşdu və təqdimatda Amerika ictimaiyyətinin bir çox tanınmış simaları da iştirak etmişdilər.

Mühafizəkar Konstitusiya Partiyasından prezidentliyə namizəd Çak Bolduin deyir: “Filmin möhtəşəm konsepsiyası var. Vətəndaşlarımızın əksəriyyəti üzləşdiyimiz boz reallıqlarla barışmaq istəmir. Bu film, əslində, nəyə sahib olduğumuzu, bizi hansı nəticələrin gözlədiyini anlamağımıza kömək edəcək”.

“Boz dövlət” layihəsini dəstəkləyənlər arasında ssenarist Gilyermo Cimenez, Styuart Rodos və Oathkeeper.org portalının təsisçisi Stiv Homan da var. Qeyd edək ki, Oathkeeper.org portalı Əfqanıstan və İraq müharibəsinin hərbi əməliyyatlara, hökumətin antikonstitusion addımlarına qarşı çıxan veteranlarının mövqeyini dərc etməklə məşğuldur.

Onların fikrincə, NDAA – “National Defence Autorization Law” (Milli müdafiə haqqında qanun) – ABŞ hökumətinin öz vətəndaşlarına qarşı müharibənin elan olunmasından başqa bir şey deyil. Prezident Obama tərəfindən 2011-ci ildə imzalanmış bu qanun polisə və hərbi dəstələrə terrorçuluq fəaliyyətilə bağlı cüzi şübhələr yaradan amerikalıları və əcnəbi vətəndaşları istintaq və məhkəmə qərarı olmadan həbsxanaya atmağa və ya öldürməyə icazə verir. Artıq bu motivlərlə yüzlərlə ABŞ vətəndaşı həbsə atılıb.

Krouli özü isə filmini “yaxınlaşmaqda olan reallıq” adlandırırdı. O hesab edirdi ki, film əsl vətənpərvərlərlə rejimin tərəfdarları arasındakı uçurumu nümayiş etdirməlidir.

Yeri gəlmişkən, filmin təqdimatı kifayət qədər səs-küyə səbəb olmuşdu. Bu, onun geniş ekrana çıxmasının hansı rezonansa səbəb olacağını göstərirdi. Bu perspektiv Amerika dövlətindəki bəzi dairələri narahat etməyə bilməzdi.

Kroulinin silahdaşları hesab edirlər ki, rejissorun ölümünə görə məsuliyyəti məhz hökumət daşıyır və onun öldürülməsində məqsəd filmin çəkilişlərinin əngəllənməsidir. “Facebook”da Justice for David Crowley of Gray State xatirə səhifəsi də yaradılıb. Məşhur “Anonymous” xaker qrupunun üzvləri isə “Twitter”də Kroulinin qətlə yetirildiyinə əminliklərini ifadə ediblər.

Rejissorun intiharı ilə bağlı rəsmi versiyanı onun dostları, həmkarları və yaxın qohumları da rədd edirlər. Onlar bildirir ki, Krouli ətrafı tərəfindən ciddi dəstəyə malik idi, ailəsini çox sevirdi. Vətənpərvər olan Krouli İraq və Əfqanıstan müharibələrində iştirak etmişdi.

Bəs, Krouli son dərəcə qəribə şəkildə dünyasını dəyişmiş yeganə araşdırmaçı jurnalistdirmi? Əlbəttə ki, yox. Həyatdan qəflətən getmiş cəsarətli amerikalıların siyahısı kifayət qədər böyükdür.

Aaron Russo “Amerika: azadlıqdan faşizmə” sənədli filminin müəllifi idi. Filmdə ABŞ-ın vergi sistemi və Federal Ehtiyat Sistemi tənqid olunur. Qeyd edək ki, sonuncu Mərkəzi Bankın funksiyalarını yerinə yetirmək, ABŞ-ın kommersiya bankları sisteminə mərkəzləşdirilmiş nəzarəti həyata keçirmək üçün yaradılmış qurumdur. Filmdə artıq Yeni dünya düzəninin gəldiyi bildirilir. Milyarder Rokfellerlər sülaləsinin Azərbaycandan tutmuş Yaxın Şərqə qədər neft yataqlarının ələ keçirilməsindən söhbət açılır. Əks halda o ölkələrin liderlərinə qarşı siyasi sui-qəsdlərin olunacağından da bəhs edilir. Bu düzənin başında dünya bankları və transmilli şirkətlər durur. Aaron Russonun məşhur aparıcı Aleks Counsa ifşaedici müsahibəsini də unutmaq olmaz. Russo, Rokfellerlər ailəsini 2001-ci ilin 11 sentyabr terrorunun təşkilində ittiham edirdi.

“Mən Rokfellerlə bir xanım vəkil vasitəsilə tanış olmuşdum”, – deyə o zaman Russo bildirirdi: “Günlərin birində həmin qadın mənə zəng vurdu və dedi: “Rokfellerlərdən biri sizinlə görüşmək istəyir”. Mən “Mad as hell” (“Cəhənnəmdəki kimi qəzəblənmiş”) adlı video hazırlamışdım. O videonu gördükdən sonra mənimlə görüşmək istəmişdi. Bilirdi ki, mən Nevada ştatının qubernatoru postunu tutmaq üçün mübarizəyə qoşulmuşam. Əlbəttə ki, görüşə məmnuniyyətlə hazır olduğumu bildirdim. Görüşdük və o, mənim xoşuma gəldi. O, həddindən artıq ağıllı adam idi. Biz söhbətləşdik, ideyalarımızı, fikirlərimizi bölüşdük. O, 11 sentyabr hadisələrindən doqquz ay əvvəl mənə “bir hadisənin baş verəcəyini”, lakin söhbətin hansı hadisədən getdiyini açıqlamayan şəxs idi. Deyirdi ki, elə hadisə baş verəcək ki, onun nəticəsində biz neft yataqlarını ələ keçirmək üçün Əfqanıstana, İraqa girəcəyik. Bildirirdi ki, bütün bunları Yaxın Şərqdə baza yaratmaq, onları yeni dünya düzəninin bir hissəsinə çevirmək üçün edəcəyik. Deyirdi ki, Venesuelada Çavesin ovuna da çıxacağıq. Həqiqətən də, bir müddət sonra 11 sentyabr hadisəsi baş verdi. Yadımdadır ki, o mənə Əfqanıstanda və Pakistanda, bütün bu yerlərdə mağaralarda insanları axtaran əsgərləri görəcəyimizi söyləyirdi. Bildirirdi ki, “terrora qarşı müharibə” başlayacaq və bu müharibədə real düşmən olmayacaq, bütün bu işlər nəhəng yalan olacaq, lakin Amerika xalqının şüurunun hökumət tərəfindən istila edilməsi üçün bu, lazımdır”.

2007-ci ildə jurnalist və kinematoqrafçı xərçəng xəstəliyindən dünyasını dəyişib. Sosial şəbəkələrdə aparılan geniş müzakirələrdə onun məqsədli şəkildə zəhərləndiyinə dair versiyalar var. İddialara görə o, hansısa kimyəvi birləşmə vasitəsilə zəhərlənib. Bunların rəsmi təsdiqi olmasa da, opponentlər bu versiyalara rəsmi etirazını bildirməyiblər.

Müstəqil tədqiqatçının tragikomik ölümü

Əgər əvvəlki ölüm hadisəsinin kənar təsirlə baş verdiyinə şübhələr varsa, jurnalist və müstəqil tədqiqatçı Harri Uebbin “intiharı” sadəcə tragikomik təsir bağışlayır.

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Nikaraquadan olan “kontraslarla” əlaqələrindən, onların maliyyələşdirilməsindən, qaçaqmalçılığın təşkili və ABŞ-ın cənub ştatlarında kokain satışından bəhs edən “Məxfi ittifaq” reportajının müəllifi özünü başına 2 güllə vurmaqla öldürüb. Üstəlik, solaxay olan Uebb “intihar zamanı silahı sağ əlində tutubmuş”.

Corc Buşu ifşa etmək istəyən Filipp Marşalın müəmmalı ölümü

Daha bir tədqiqatçı, MKİ-nin mülki təyyarələrinin keçmiş pilotu Filipp Marşal “Saxta bayraq altında əməliyyat: Buş, Çeyni və Səudiyyə Ərəbistanının 11 sentyabrdan sonra yeni dünya düzənini necə qurduqları haqqında” adlı bestsellerin müəllifi idi. Marşal son kitabının üzərində 10 il işləyib. “Böyük 2001-ci il 11 sentyabr yalanı və terrorla mübarizə” adlı kitabda o, oğul Corc Buşun Səudiyyə Ərəbistanı kəşfiyyatı ilə əlaqələrini sübuta yetirir. Marşal deyirdi: “Bu haqda düşünün. Hansısa kabusun (Üsamə ben Laden) dünyanın digər ucunda yerləşən hansısa mağarada oturmaqla ABŞ ərazisindəki hərbi qurumlarına qalib gəldiyinə dair rəsmi versiya tamamilə cəfəngiyyatdır”.

Marşal ölümündən az əvvəl hökumət üzvlərinə qarşı kompromatlara malik olduğunu söyləyib. Rəsmi versiyaya görə, 2013-cü ilin fevralında o, yeniyetmə uşaqlarını, daha sonra itini öldürüb, sonda isə özünü güllələyib.

Barak Obamanın siyasi karyerasını məhv etmək istəyən məşhur amerikalı jurnalistin qəfil ölümü

Məşhur amerikalı jurnalist, www.breitbart.com internet portalının müəllifi Endryu Breybart ölümündən əvvəl olduğu kimi, dünyasını dəyişdikdən sonra da populyardır. Onun ölümünün rəsmi səbəbi ürək tutmasıdır. Amma yaxınları Endryunun çox sağlam şəxs kimi xatırlayırlar. Daha bir maraqlı məqam ondan ibarətdir ki, Breybartın ölüm səbəbini açıqlamalı olan kaliforniyalı patoloqoanatom Maykl Kormye məlumatı verəcəyi gün arsen vasitəsilə zəhərlənib.

Breybart Mark Ebnerlə birlikdə yazdığı “Hollivud, çəkildi: Babildəki ağlasığmaz cah-cəlal – məşhurlara qarşı iş” kitabında Hollivuddakı atmosferdən və onun sakinlərindən istehza ilə bəhs edir. Kitabda məşhurların şıltaqlıqları, əxlaqsızlığı, həmçinin bir çox məşhurun üzvü olduğu şeytani sektalar tənqid olunur. Breybart müəmmalı ölümündən bir gün əvvəl dostlarına prezident Barak Obamanın siyasi karyerasını məhv edə biləcək hansısa materiallar haqqında danışıb.

Ən dəhşətlisi odur ki, bu məqalədə adları çəkilənlərin hər biri məşhur insanlardır. İstənilən halda, ABŞ-da arzuolunmaz, müxalif düşüncəli, fərqli mövqeyə malik şəxslərin “sıradan çıxarılması” təcrübəsi çoxdan mövcuddur. Mütəxəssislərin fikrincə, bu ölkədə müstəqil jurnalistlərin erası artıq arxada qalıb. Onu korporativ diktatura əvəzləyib. Mövqeyi transmilli şirkətlərin rəsmi xəttilə üst-üstə düşməyən müxbirlər və jurnalistləri asanlıqla işdən çıxarda, təqib edə, öldürə bilirlər. Yaxud onları son dönəmlərdə dəbdə olduğu kimi, uğursuzun biri elan etmək olar. Buna kifayət qədər sübut və misal gətirmək olar. Bu cür təzyiqlərdən ən xarakterik olanlarından biri nəzərinizə çatdıraq. ABŞ Xarici siyasət idarəsinin sabiq rəhbəri Kondoliza Rays prezident Corc Buşun dövründə milli təhlükəsizlik məsələləri üzrə məsləhətçi işlədiyi vaxt “Nyu-York Tayms” qəzetinin redaktorunu Ağ Evə çağırdığını etiraf edib. Raysın sözlərinə görə, o, redaktora MKİ-nin İranın nüvə proqramının qarşısının alınması işində iflasa uğradığına dair məqalənin dərc edilməməsi göstərişini verib.

İndi özünü “demokratiyanın beşiyi” adlandıran ölkədə bənzər “israrlı xahişlər”lə qarşılaşmaq istəməyən bir çox azad düşüncəli jurnalist internetə üz tutur, fəaliyyətini davam etdirmək üçün sayt və ya portal yaradır. Bəs, onlar öz fikirlərini nə dərəcədə açıq ifadə edə bilirlər? ABŞ hökuməti indi internet məkanına da senzura tətbiq etməyə hazırlaşır. Bir müddət əvvəl Respublikaçılar Partiyasının nümayəndəsi, Federal Seçki Komissiyasının rəhbəri Li Qudman ölkə parlamentində “Hökumət müşahidə şurası”nın yaradılması məsələsinə baxılacağını bəyan etmişdi. Onun sözlərinə görə, bu qurum “YouTube” portalına yerləşdirilən videoçarxları nəzarətdə saxlayacaq. O zaman “Fox News” xəbər verirdi ki, Qudman rəhbərlik etdiyi komissiyanın internetdəki nəşrlərə dövlət nəzarətinin tətbiqi məsələsini də ciddi şəkildə nəzərdən keçirib. Bəs, transmilli şirkətləri bu qədər qorxudan nədir? Onlar niyə azad sözün son məkanını da nəzarətə almaq istəyirlər? İnternet bir əldə cəmləşdirilməsi mümkün olan ənənəvi media deyil. Xatırladaq ki, əgər 1993-cü ildə ABŞ-ın media məkanının 90%-i 50 şirkətin əlində cəmləşmişdisə, indi bu nəzarəti cəmi 6 korporasiya həyata keçirir (“General Electric”, “News Corporation”, “Walt Disney”, “Viacom”, “Time Warner” və “CBS”).

Bütün bu sadalananlar “Boz dövlət”dəki real vəziyyəti özündə əks etdirən aysberqin yalnız görünən hissəsidir. O isə bütün bunlara rəğmən, dünyaya azad sözə, digər “demokratik dəyərlər”ə hörmət etməyi öyrədir. Təəssüf ki, digər ölkələrin tədqiqatçıları və jurnalistləri solaxay olmalarına rəğmən, sağ əllərilə öz alınlarına ard-arda iki güllə vurmağı öyrənmirlər.

Babək Əliyev(AzToday.az)

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar