Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ “F-35″ləri ilə bağlı daha bir qalmaqallı iddia

“İnformasiyalar artıq rusların əlinə keçib″

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 16 aprel 2019-cu il

Bu günədək Türkiyə ilə keçirilən görüşlərdə ABŞ hakimiyyətinin davranışı heç dəyişməyib, həmişə eyni sözlərlə ortaya qoyulub:

– F-35-lər də, S-400-lər də, əslində, son dərəcə inkişaf etdirilmiş kompüter sistemləridir;

– bu iki sistemin bir-birinə yaxın bir bölgədə birlikdə olması nəticədə həssas informasiyaların bir sistemdən digərinə ötürülməsinə yol açar;

S-400 raket sistemləri, təməl olaraq, ruslar tərəfindən F-35-lərin müdafiə sistemlərini “dəlmək” və ona qarşı təsirli şəkildə istifadə etmək üçün hazırlanıb;

– biz buna görə Türkiyənin S-400 almasına qarşıyıq, onlar F-35-lərlə eyni anda ölkənizdə olarsa, bu durum F-35-ləri tamamilə müdafiəsiz buraxacaq və informasiyaların rusların əlinə keçməsinə yol açacaq;

– əgər Türkiyə, dediyi kimi, S-400 raketlərini alarsa, bu üzdən ABŞ-ın ona F-35-ləri verməsinə qətiyyən imkan yoxdur.

Bax, elə böyük yalanları budur

Bəli, bugünədək bizə təkrar-təkrar bunları deyib durublar.

Lap çoxdan tanıdığım təqaüdçü bir hərbçi ilə uzun və detallı məlumatlarla dolu söhbətdən sonra ABŞ tərəfinin bizə davamlı yalan söylədiyinə qəti inandım.

Təqaüdçü hərbçi “Amerikalıların informasiyaların rusların əlinə keçə biləcəyi ilə bağlı arqument irəli sürməsi tamamilə yalnışdır, çünki bu informasiyalar onsuz da rusların əlində vardır. Yeni bir şey olması qətiyyən mümkün deyildir” dedi.

Mən də sual verdim: “Nə oldu, ruslar bir casusluq fəaliyyətilə informasiyaları oğurladılarmı?”

Hərbçi qaynağım “Buna heç ehtiyac olmadı, informasiyalar, demək olar ki, öz-özünə ruslara getdi” deyərək, cavab verdi.

Suriyadakı rus hərbi bazaları

Bugünkü iqtidara yaxın hərbçilərdən fərqli olaraq, dürüst olan xəbər qaynağım önündəki qeyd dəftərinə bir böyük dairə cızaraq sözlərinə davam etdi və dedi ki, bu dairənin radiusunu 250 km olaraq düşün, sonra da bu böyük dairənin mərkəzini bölgənizdəki hər hansı bir nöqtəyə yerləşdir. Hesab et ki, o nöqtəyə S-400 raketləri yerləşdirilib. O nöqtə mərkəz olmaqla, radiusu 250 km olan böyük bir sahədə yalnız bir F-35 təyyarəsi uçsa belə, raket sistemi onu görər və informasiyalarını avtomatik olaraq toplayar.

ABŞ-ın da çox yaxşı bildiyi kimi, rusların Suriyadakı Hmeymim və Tartus hərbi bazalarında S-400 raketdən müdafiə sistemləri mövcuddur.

Yenə hər kəsin bildiyi kimi, İsrailin əlində F-35 hərbi təyyarələri mövcuddur və onlar Suriyada tez-tez uçuşlar həyata keçirməkdədirlər. Bu uçuşların çoxunda, bəlkə də hamısında, həmin təyyarələr Suriyadakı rus hərbi bazalarında olan S-400 raket sistemlərinin mənzilinə girdilər. Bunun qeydləri də Pentaqonun əlində mövcuddur.

Rusiya bu İsrail təyyarələrinə qarşı raketləri işə salmadı, lakin HHM sistemləri həmin təyyarələrdəki informasiyaları tamamilə aldı.

Yəni, qısası, ABŞ-ın F-35-ləri Türkiyəyə verməmək üçün önə sürdüyü arqument çoxdan ortadan qalxmışdır, heç bir keçərliliyi yoxdur.

Nə üçün yalan danışılır

Yaxşı, bəs ABŞ bu həqiqəti çox yaxşı bildiyi halda, nə üçün Türkiyəyə eyni yalanı təkrar söyləyib durur?

Çünki həqiqi məqsədləri Türkiyənin öz müdafiə sistemlərini gücləndirməsinə mane olmaqdır.

Öz xəyalınızda radiusu 250 km olan bir dairənin mərkəzi nöqtəsini ölkəmizin cənub sahillərində hər hansı bir yerə yerləşdirin, o zaman bu sistemin nə qədər böyük bir sahəni təhlükəsiz hala gətirəcəyini görər və nə demək istədiyimi daha dəqiq anlayarsınız.

Amerikan “Patriot” sistemi də bunu edir, ancaq illərdir ABŞ bunu Türkiyəyə vermir, istədiyimiz şərtləri heç cür qəbul etmir. Və sonda Türkiyə bu halda hər bir ölkənin edə biləcəyini edərək, onun alternativini ruslardan məcburi olaraq alınca da, Vaşinqtondan bir-birinin ardınca təhdidlər gəlməyə başlayıb.

Türkiyəyə qarşı ən təsirli vasitə olacağını düşünərək, “ABŞ-ın düşmənlərilə sanksiyalar yolu ilə mübarizə qanunu” (CAATSA) kartını da işə salıblar və “Bunu etsəniz sizə qarşı sanksiyalar tətbiq edəcəyik” təhdidini səsləndirirlər.

Elə danışırlar ki, sanki bu halda qlobal siyasi-iqtisadi tarazlığın necə sarsılacağı da veclərinə deyil. Lakin pərdə arxasında çox narahat olduqlarından əmin ola bilərsiniz.(Tərcümə Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar