Cümə axşamı, 20 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib

ABŞ Ticarət Nazirliyi Ermənistan da daxil olmaqla bir neçə ölkənin özəl qurumlarına sanksiya tətbiq edib

Ermənistanda fəaliyyət göstərən “Markel” QSC və “Yerevan Telekommunikasiya Tədqiqat İnstitutu” QSC də sanksiya siyahısına daxil edilib.

Yerevan Telekommunikasiya Tədqiqat İnstitutu” QSC Ticarət Nəzarət Siyahısına daxil olan maddələri ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Departamentinin lisenziyası olmadan əldə edərək ixrac edib. Eyni anda həm “Yerevan Telekommunikasiya Tədqiqat İnstitutu” QSC-nin icraçı direktoru, həm də “Markel” QSC-nin prezidenti olan şəxs sanksiyalar siyahısında olan İran təşkilatı ilə işgüzar münasibətlər qurub”, – deyə sənəddə qeyd olunur.

Ümumilikdə, ABŞ Ticarət Nazirliyi “milli təhlükəsizliyə və ya xarici siyasət maraqlarına zidd hərəkət edən” 17 müəssisəyə sanksiya tətbiq edib.

Bu müəssisələr Ermənistan, Belçika, Kanada, Çin, Gürcüstan, Honkonq, Malayziya, Niderland, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniyada yerləşir. (APA)

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar