Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ dünyada liderlik statusunu itirir?

Politoloq: “ Dünyada soyuq müharibədən sonra yeni dünya düzəni formalaşır. ABŞ-da bu prosesdə aktiv rol oynayır”

“Trampın hazırkı dünya nizamını təhdid edən açıqlamaları, siyasəti BMT-nin və dünyanın dəyərləri sisteminin pozulmasına aparılır”.

Bu sözləri Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə Münhen Təhlükəsizlik Konfransının hazırkı beynəlxalq münasibətlərlə bağlı 2019-cu il üçün hesabatını PİA.az-a şərh edərkən qeyd edib.

Münhen Təhlükəsizlik Konfransı hazırkı beynəlxalq münasibətlərlə bağlı 2019-cu il üçün hesabat yayıb. Bu nüfuzlu təhlükəsizlik konfransının ekspertləri hesab edirlər ki, Trampın sərgilədiyi siyasət ABŞ-ın azad dünyanın lideri statusunu təhlükə altına altır. Xüsusən Trampın Tvitterdə yazdıqları, həmçinin beynəlxalq təşkilatlara qarşı, o cümlədən NATO-ya qarşı sərgilədiyi aqressiv münasibət ABŞ-ı azad dünya idealarına qarşı qoyur.

ABŞ-ın hazırda azad dünyanın lideri kimi faəliyyəti barədə nə demək olar? Doğurdanmı ABŞ-ın bu statusunu itirmək təhlükəsi var?

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə PİA.az-ın əməkdaşının suallarını cavablandırıb.

Məhəmməd Əsədullazadə: “Rusiya, Çin ABŞ-ın beynəlxalq müstəvidə roluna qarşı mübarizəni gücləndirməklə, bir növ müttəfiq oxu yaratamaqla, Vaşinqtonun rolunu zəiflətsə də, bir müddətdən sonra ABŞ yenidən dünayada öz hegemoniyasını bərpa edəcək”.

Dünyada yeni siyasi nizam formalaşdığını vurğulayan politoloq əlavə edib ki, məhz 2011-ci ildən başlayan “Ərəb baharı” bununla bağlı idi. “Ərəb baharı” məqsədinə çata bilmədiyi üçün proseslər tam başqa bir istiqamətdə cərəyan etməyə başalayıb:

“Dünyada yeni siyasi nizam formalaşır. Məhz 2011-ci ildən başlayan “Ərəb baharı” bununla bağlı idi. “Ərəb baharı” Yaxın Şərqdə sərhədlərin dəyişməsi və müəyyən kiçik dövlətlərin yaranmasını özündə ehtiva edirdi. “Ərəb baharı” məqsədinə çata bilmədiyi üçün proseslər tam başqa bir istiqamətdə cərəyan etməyə başalayıb.

ABŞ prezidenti Trampın apardığı siyasət yalnız ABŞ -ın mövqeyinin güclənməsinə hesablansa da, biz bu siyasətin proseslərdə Vaşinqtonun beynəlxalq mövqeyinin daha da zəifləməsinə gətirib çıxardığını görürük. Suriyadan Trampın ordunu çıxarması, Talibanla danışıqlar, Əfqanıstanda analoji addım atılması ABŞ-ın həqiqətən də beynəlxalq gərginliyə səbəb olacaq addımların atılmasına gətirir.

Münhen konfransı məhz dünayada təhlükəsizliyin təmini, yeni dünya düzənində ciddi təhlükəsizlik probleminin həllinə yönəlir. Həqiqətən Trampın tvitterdə paylaşımları ciddi problemlərə yol açır. Trampın NATOAvropa İttifaqını təhdid etməsi beynəlxalq sistemi təhdid edir.

Məhəmməd Əsədullazadə: “Trampdan sonra ABŞ öz nüfuzunu bərpa edəcək”.

Hesab edirəm ki, Trampın hazırkı dünya nizamını təhdid edən açıqlamaları, siyasəti BMT-nin və dünyanın dəyərləri sisteminin pozulmasına aparılır.

Qeyd edim ki, dünyada soyuq müharibədən sonra yeni dünya düzəni formalaşır. ABŞ-da bu prosesdə aktiv rol oynayır. Şərqi Avropada Rusiyaya qarşı reveransları və Çinlə iqtisadi müharibəsi ABŞ-ın daxili iqtisadi gücünü artırsa da, beynəlxalq səviyyədə dünya jandarmı rolu zəifləyir.

Rusiya, Çin ABŞ-ın beynəlxalq müstəvidə roluna qarşı mübarizəni gücləndirməklə, bir növ müttəfiq oxu yaratamaqla, Vaşinqtonun rolunu zəiflətsə də, bir müddətdən sonra ABŞ yenidən dünayada öz hegemoniyasını bərpa edəcək. Tramp beynəlxalq qanunları çeynədiyinə görə belə bir vəziyyət yaranıb.

Hesab edirəm ki, Trampdan sonra ABŞ öz nüfuzunu bərpa edəcək”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar