Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ dövlət katibinin Əliyev və Paşinyana zəngi... - Vaşinqton Cənubi Qafqazda niyə fəallaşıb?

Vaşinqtonun Cənubi Qafqaza bu qədər maraq göstərməsinin arxasında hansı səbəblər dayanır? ABŞ bölgədə daha ciddi mövqeyə sahib olmaq üçün nüfuz savaşınamı başlayıb?..

Politoloq: “ABŞ Dövlət Departamenti öz fəaliyyətini daha çox Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin razılaşdırılmasına yönəltməlidir və bu fəaliyyət Mink qrupu çərçivəsində olmamalıdır”.

“Entoni Blinken il başlayandan dəfələrlə həm Bakıya, həm də İrəvana zəng edib. Bu da onu göstərir ki, Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanmasında Blinken rusiyalı həmkarı Sergey Lavrov qədər fəal olmağa çalışır. Görünür ki, Vaşinqton regiona davamlı sülhün gətirilməsində daha çox paya sahib olmağa çalışır”.

Bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ-ın Dövlət katibi Entoni Blinkenin dünən axşam saatlarında Azərbaycan prexodenti İlham əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana zəngini PİA.az-a şərh edərkən deyib.

ABŞ dövlət katibi Entoni Blinken dünən axşam həm Azərbaycan prezidenti İlham Əliyevə, həm də Ermənistanın baş naziri Nikol Paşinyana zəng edib. Blinken İlham Əliyev və Nikol Paşinyanla telefon söhbətində kommunikasiya xətlərinin açılmasını və sülh danışıqlarını müzakirə edib.

Eyni zamanda Blinken Paşinyanla ayrıca, Ermənistan-Türkiyə dialoqu barədə fikir mübadiləsi aparıb. Blinken Vaşinqtonun Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dəstək verməyə hazır olduğunu bildirib. Ancaq bu dəstəyin konkret nədən ibarət olacağı bəlli deyil.

Qeyd edək ki, son zamanlar Vaşinqtonun Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanmasında aktivlik müşahidə olunur. İstər ilin əvvəlindən Blinkenin AzərbaycanErmənistan liderlərinə bir neçə dəfə telefon açması, istərsə də Dövlət Departamentinin məsul rəsmilərinin bölgəyə səfərləri onu deməyə əsas verir ki, Vaşinqton Cənubi Qafqazda mövqelərini möhkəmləndirməyə çalışır.

Bəs Vaşinqtonun Cənubi Qafqaza bu qədər maraq göstərməsinin arxasında hansı səbəblər dayanır? ABŞ bölgədə daha ciddi mövqeyə sahib olmaq üçün nüfuz savaşınamı başlayıb?

Mövzunu PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Vaşinqtonun “Minsk Qrupu” israrı ABŞ-Azərbaycan münasibətlərinə müsbət heç nə vəd etmir, bu isə Rusiyanın maraqlarına cavab verir”.

Entoni Blinkenin Paşinyanla söhbətdə “ABŞ Minsk Qrupunun həmsədri olaraq fəaliyyətini davam etdirməyə hazırdır”, ifadəsini işlətdiyini vurğulayan politoloq PİA.az-a açıqlamasında bildirib ki, Vaşinqton Minsk Qrupu vasitəsi ilə bölgəyə nüfuz etməyə çalışır ki, bu da Azərbaycan tərəfindən heç də yaxşı qarşılanmır. Çünki ABŞ-ın “Minsk Qrupu” israrı daha çox Yeravanın maraqlarına xidmət edir:

“Göründüyü kimi Türkiyə və Ermənistan vasitəçiyə ehtiyac olmadan dialoq aparırlar və bu dialoqda davam edir. Bu da öz-özlüyündə regionda sülhün təmin olunmasına öz töhvəsini verir və onu göstərir ki, Azərbaycanda vasitəçilər olmadan bir-biri ilə dialoq qurub anlaşa bilərlər və bu daha çox kənar maraqların regiona heç də xeyirli olmayan təsirinin qarşısını ala bilər. Yəni Ermənistan-Türkiyə dialoqunda üçüncü ölkəyə ehtiyac yoxdur. İki ölkə arasında hansısa vasitəçinin olmasına heç Türkiyə də razı olmaz.

Xatırladım ki, Entoni Blinken il başlayandan dəfələrlə həm Bakıya, həm də İrəvana zəng edib. Bu da onu göstərir ki, Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanmasında Blinken rusiyalı həmkarı Sergey Lavrov qədər fəal olmağa çalışır. Görünür ki, Vaşinqton həm də regiona davamlı sülhün gətirilməsində daha çox paya sahib olmağa çalışır. Rusiyanın xarici işlər naziri bir neçə dəfə Bakıya və İrəvana səfər edib, Blinken isə hələ bölgəyə gəlməyib. Yalnız müşavirlərinin köməkçilərini göndərib. Buna baxmayaraq Vaşinqtonun Cənubi Qafqazda fəallaşdığını görmək mümükndür.

Digər tərəfdən Entoni Blinken Paşinyanla söhbətdə “ABŞ Minsk Qrupunun həmsədri olaraq fəaliyyətini davam etdirməyə hazırdır” ifadəsini işlədib. Vaşinqton Minsk Qrupundan əl çəkmək istəmir və ABŞ Minsk Qrupu vasitəsi ilə bölgəyə nüfuz etməyə çalışır ki, bu da Azərbaycan tərəfindən heç də yaxşı qarşılanmır. Çünki ABŞ-ın “Minsk Qrupu” israrı daha çox Yeravanın maraqlarına xidmət edir.

Reallıq isə ondan ibarətdir ki, 30 il müddətində regiona sülh gətirə bilməyən ATƏT-in Minsk qrupu faktiki olaraq öx mandatına uyğun fəliyyət göstərə bilməyib və 44 günlük müharibə ilə öz torpaqlarını azad edən Azərbaycan üçün artıq belə bir qrup yoxdur və rəsmi Bakı üçün mövcud olmayan qrupun məşğul olmaq istədiyi mövzu da gündəmdə deyil. Vaşinqtonun “Minsk Qrupu” israrı ABŞ-Azərbaycan münasibətlərinə müsbət heç nə vəd etmir, bu isə Rusiyanın maraqlarına cavab verir.

Hesab edirəm ki, ABŞ-ın xarici siyasəti bu reallığı görməli və bu reallıqdan çıxış etməlidir. Ona görə də ABŞ Dövlət Departamenti öz fəaliyyətini daha çox Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin razılaşdırılmasına yönəltməlidir və bu fəaliyyət Mink qrupu çərçivəsində olmamalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar