Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan XİN başçılarının Tbilisi görüşünü alqışlayır

ABŞ Cənubi Qafqazda münasibətlərin normallaşması istiqamətində fəal rol oynayır.

PİA.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

Dövlət Departamentinin sözçüsü qeyd edib ki, ABŞ ardıcıl olaraq ikitərəfli və eyni mövqeli tərəfdaşlarla birgə , o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflərə uzunmüddətli, hərtərəfli sülhün əldə edilməsində köməklik göstərməyə hazır olduğunu bəyan edib.

"Dövlət katibi Blinkenin son həftələrdə xarici işlər nazirləri ilə təmas saxlamaq imkanı olub və həmçinin Dövlət katibinin köməkçisi Donfrid və Dövlət Departamentinin digər rəsmiləri də erməni və azərbaycanlı həmkarları ilə yüksək səviyyədə ünsiyyət qurmaq imkanı əldə ediblər.

Biz XİN başçıları arasındakı görüşü alqışlayırıq. Biz dialoqun Cənubi Qafqaz regionunda dinc, demokratik və firavan gələcəyə nail olmaq üçün ən yaxşı vasitə olduğuna inanmağa davam edirik və bunu bacardığımız qədər dəstəkləməyə davam edəcəyik", - Ned Prays vurğulayıb . (apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar