Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ “Dərin dövləti”nin adamı Qraham Fuler: “Türkiyənin Qərbin sadiq müttəfiqi olduğu günlər artıq geridə qalıb”...

Yaxın Şərqlə bağlı qurduğu strategiyalarla tanınan keçmiş MKİ rəhbərlərindən Qraham Fuler son yazısında Türkiyənin xarici siyasəti ilə bağlı fikirlərini bölüşüb...

The Independent” qəzeti, 7 dekabr 2020-ci il

Türkiyənin son dönəmdə yaratdığı yeni əlaqələr Qərbi narahat etsə də, keçmiş MKİ rəhbərlərindən Qraham Fuler bu narahatlığın yersiz olduğunu deyir. Çünki Füllerə görə, artıq Qərbin nəzarətində qalan bir Türkiyə olmayacaq və buna öyrəşmək daha faydalı olar.

Qraham Fuler Türkiyənin tanıdığı bir simadır. 1961-1987-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsində nüfuzlu vəzifələrdə çalışdıqdan sonra Fuler 30 il “kölgə MKİ” kimi tanınan RAND Korporasiyasının baş analitiklərdən biri olaraq çalışıb. Həmin vaxtlarda ABŞ və Türkiyənin Yaxın Şərq siyasətinin təyin və tətbiq edilməsində iştirak edən şəxslərdən biri olan Fuler bu dövrün siyasi ədəbiyyatlarına “mülayim İslam” terminini əlavə edənlərdən olub. Bir müddət “Müsəlman Qardaşları”nı, bir müddət də öz sözü ilə desək, “Gülən hərəkatını” mülayim İslam modeli çərçivəsində dəstəklənməli olan cərəyanlar sırasında görüb. Fətullah Gülənin ABŞ-a yerləşməsi üçün bir tövsiyə məktubu yazan keçmiş dövlət rəsmisi Fulerin 15 İyul çevriliş cəhdinin arxasında duran şəxslərdən biri olduğu və onun üçün Türkiyədə həbs qərarı çıxarıldığı iddia edilir. Bu yaxınlarda Kanadaya köçən və Saymon Freyzer Universitetində dərs deyən Fuler, xüsusilə İslam coğrafiyası ilə bağlı kitab və məqalələr yazmağa davam edir.

Fikirləri olduqca önəmli olan Fuler sonuncu dəfə “Türkiyə nəzarətdən çıxdı mı?” başlıqlı bir məqalə yazaraq Türkiyənin İslam dünyasındakı rolunu qiymətləndirib. 2 dekabr tarixində Qraham Fulerin öz saytında yayımlanan, müxtəlif media orqanlarında çıxan və müzakirə edilən məqalənin tam tərcüməsini ABŞ dövləti daxilindəki müəyyən tendensiyaları anlamaq baxımından oxuculara təqdim edirik.

Türkiyə nəzarətdən çıxdımı?

Qraham E. Fuler

Türkiyə nəzarətdən çıxdımı? Hazırda ABŞ-da və bəzi Avropa siyasi dairələrində gəzən bir çox analiz bununla razılaşır.

Ancaq qısaca cavab versək: xeyr, Türkiyə nəzarətdən çıxmayıb. Yenə də ABŞ-ın “qlobal liderlik” statusuna görə öz dar və eqoist vəsvəsəsi ilə buna inanması başadüşüləndir.

Türkiyəyə “nəzarət etmək” baxımından NATO, AB, Rusiya və hətta Çin də məyus ola bilər. Çünki gedişat onu göstərir ki, dünyanın ən qarışıq bölgəsində özünün təyin etdiyi yeni və inkişaf etməkdə olan kimliyini və özünə inamını kəşf edən yeni bir Türkiyə var.

Bunu anlamaq üçün də Türkiyənin Qərbdə nə olacağına deyil, Türkiyənin özünü dünyanın harasında görmək istədiyinə baxmaq lazımdır. Bəs hazırda Ankaranı hərəkətə gətirən əsas amillər nələrdir?

Türk İmperatorluğu ənənəsi

Osmanlı İmparatorluğu 7 əsrə yaxın digər müsəlman imperiyalardan daha böyük bir coğrafi bölgənin hakim oldu. Türk hökmdarlarının tarixi yaddaşında geniş geosiyasi terminlərlə düşünmək xüsusi yer tutur (bax: “Netflix”də İmperiyaların Yüksəlişi: Osmanlı). Osmanlı İmperiyası Hindistan və İndoneziyada belə nüfuz sahibi idi. Həqiqətən də, müasir Türk dövlətinin qurucusu Mustafa Kamal Atatürkün rəhbərliyi altında dar bir şəkildə müəyyən edilmiş müasir türk milli dövlətinin bir nümunəsi var idi. Ancaq bu cür türk geosiyasi düşüncəsi artıq köhnəlib. O zaman deyə bilərik mi ki, bütün bunlar sadəcə neo-Osmanlıçılıqdır? Xeyr, bundan daha çoxudur.

Türkiyənin çağdaş geosiyasi baxışı

Bu gün etibarlı sayılan böyük geosiyasi baxışın sahibi olaraq keçmiş xarici işlər naziri Əhməd Davudoğlunu nümunə göstərə bilərik. Bu baxış isə Türkiyənin bir Avropa gücü, bir Balkan, Aralıq dənizi, Yaxın Şərq, Şimali Afrika və hətta məhdud şəkildə də olsa Afrika gücü, Qafqaz, Mərkəzi Asiya və Avrasiya gücü və xüsusilə də müsəlman bir güc olaraq qəbul edilməsi mənasına gələ bilər. Bütün bu iddialı tələblər üçün kifayət qədər tarixi bir əsaslar var. Həmçinin, bu dərin köklü tarixi baxış mənimsənildikdən sonra hər hansı bir türk lider tərəfindən yox sayılması ehtimalı da qalmır.

Türkiyə və İslam

Bu gün Yaxın Şərqdəki iki böyük müsəlman rəqib, mütəxəssislərin düşündüyü kimi, heç də İranSəudiyyə Ərəbistanı deyil, Türkiyə və Səudiyyə Ərəbistanıdır. Türkiyə Riyadın əzici gücünə qarşı geosiyasi bir rəqibdir. Çünki Türkiyə mülayim sünni İslamı təmsil edir və İslam mistikasına (təsəvvüf) rəğbət bəsləyir. Halbuki bunlar Riyadın nifrət etdiyi xüsusiyyətlərdir. Ərdoğan 2013-cü ildən bəri daxili müxaliflərə qarşı getdikcə daha sərt davransa da, ölkə texniki cəhətdən yenə də demokratikdir və həmçinin, Ərdoğan mühüm yerli seçkilərdə məğlub olub. Ancaq Səudiyyə Ərəbistanı rəhbərləri və əksər ərəb dövlətlərinin avtokratları istənilən halda demokratik düşüncə qarşısında titrəyirlər. Həqiqətən də, populyar demokratik islamçılıq Riyadın ən böyük kabusudur. Demokratik qurumları qəbul edən, seçkilərə qatılan, nisbətən mülayim olan və on illərdir Fələstin xaricində heç bir yerdə terrora qarışmayan Müsəlman Qardaşlardan qorxmalarının səbəbi də budur. Buna görə də, Müsəlman Qardaşlarının bölgədə bir çoxları tərəfindən “terror təşkilatı” kimi təsvir edilməsi gülüncdür, baxmayaraq ki, sadəlövh Amerika siyasətçiləri bu Misir-Səudiyyə-İsrail əsaslı tərifi dəstəkləməyi məqsədəuyğun hesab edirlər. Səudiyyələr və misirlilər Müsəlman Qardaşların hərbi çevrilişlə devrilənə qədər (Müsəlman Qardaşlar 2012-ci ildə Misir seçkilərində qalib gəldi) demokratik prosesləri qəbul edərək bu proslərdə iştirak edəcəklərindən qorxurlar.

Yeri gəlmişkən, nə Pentaqon, nə də ABŞ Dövlət Departamenti Müsəlman Qardaşların “terror təşkilatı” meyarlarına cavab verdiyinə inanır. Qətər də belə düşünmür və bu da Səudiyyənin Qətər rejimini devirməyə çalışmasının əsas səbəblərindən biridir. Körfəz hökmdarlarının hamısı bu gün ərəb dünyasında ifadə azadlığına ən yaxın olan Qətər mərkəzli “Əl-Cəzirə” peyk televiziyasına da nifrət edir. Qətər də Ankara kimi bir müddətdir bəzi müsəlman ölkələrində siyasi gələcəyi qanuna uyğun olaraq davam edə biləcək, modern və mülayim İslamçı təşkilatla əlaqələrini kəsmək istəmir. Qətər Türkiyədə böyük bir sərmayəçi və maddi dəstək mənbəyi olarkən, Türkiyənin də Qətərə hərbi dəstək verməsi heç təsadüf deyil.

Müsəlman dünyasının liderliyi

Türkiyə bu gün dünyada açar rol oynamağa və yaxud da ən azından müsəlmanların səsi olaraq önəmli bir rol oynamağa çalışır. Bu iddialı hədəf digər rəqib müsəlman dövlətlər tərəfindən hər zaman xoş qarşılanmır. Ancaq burada soruşmalıyıq ki, başqa kim bu müsəlman dövlətlərinin sözçüsü olmağı iddia edə bilər? Riyad? Səudiyyə Ərəbistanı yalnız müsəlmanların Məkkə və Mədinədəki Müqəddəs yerlərinə sahib olan, yoxsul müsəlman ölkələri arasında vəhhabiliyinin dözülməz formasını təbliğ edən və neftin gücünə güvənən geosiyasi bir zarafatdır. Bunun xaricində, Səudiyyə Ərəbistanında tarixi dərinlik yoxdur (Hz. Məhəmmədin doğduğu yer olması və sürətlə şimala doğru irəliləyən ilk kiçik müsəlman dövləti olması xaricində). Səudiyyə Ərəbistanında ciddi bir yerli mədəniyyət, dərin intellektual ənənə, elm, texnologiya və ya kəşf yoxdur. Bunun əvəzinə, dondurulmuş dini zehnlərin mənfi təsirləri altında neftdən başqa bir iqtisadiyyatı olmayan və hələ də böyük ölçüdə xaricilər tərəfindən idarə olunan bir ölkədir. Səudiyyə Ərəbistanının İslamçı baxışı, əsasən İslamda haram sayılan hər şeyin toplanmasına və müsəlmanları qanuni müsəlman hesab etməyən fanatik meyarların təbliğinə əsaslanan, korlanmış və çökmüş kral ailəsi tərəfindən zəiflədilib. Üstəlik, daha demokratik prosesləri xatırladan hər şeyə qarşı xəstə bir qorxusu var.

Misir isə təxminən yarım əsr əvvəl Yaxın Şərqdə mühüm geosiyasi rol oynamışdı, lakin Kemp David müqaviləsi ilə təsirsiz hala gətirilib və bu gün sərt diktatorluq altında yoxsul vəziyyət qalıb. Bəs müsəlman dünyasında başqa hansı dövlət söz sahibi ola bilər? Bir mənada əgər İran düşünülməmiş sanksiyalardan xilas olunsa, o zaman öz tarixi və mədəni dərinliyi, özünə yetən iqtisadiyyatı və intellektual gücü ilə yaxşı xidmət edən bir dövlətə çevrilə bilər. İndoneziya da böyük bir iddiaçı ola bilər, ancaq bu da gələcəkdə mümkündür.

Bir sözlə, müsəlman dünyasının mənfəətlərində söz sahibi olmaq baxımından Türkiyənin olduqca az rəqib var. 1960-cı illərdə Misirin pan-ərəbist lideri olan General Camal Əbdülnasirdən niyə pan-ərəbizmi mənimsədiyini soruşmuşdular. O da: “Misir açıq şəkildə aktyor olmaq axtarışı ilə bir rol mənimsədi”, deyə cavab vermişdi. Bir sözlə, Əbdülnasir çox yaxşı başa düşdüyü dövrün ruhuna uyğun cavab verirdi. Eyni şeyi bu gün Türkiyədə Ərdoğan üçün də deyə bilərik: dərin xaosa düşmüş müsəlman dünyasında bir növ liderliyə və baxışa duyulan ehtiyac.

İsrailin Körfəz rəhbərləri tərəfindən tələsik olaraq tanınmasında Türkiyənin fələstinliləri tərk etməməsinin əsas səbəbi müsəlmanlara edilən zülmün ən müasir nümunələrindən biri haqqında qanuni şəkildə danışa bilməsidir. Əksər müsəlmanlar da bu fikirlə razılaşacaqlar.

Türkiyə və İran

Misir xaricində bu iki dövlət, çox güman ki, Yaxın Şərqin iki üstün dövlətini təmsil edir. İranın rolu ancaq daha da yaxşılaşa bilər. Ankara və Tehran bir neçə əsr əvvəl ciddi sünni-şiə rəqibləri idilər, lakin böyük sərhədlərinə baxmayaraq, bir əsrdən çoxdur ki, aralarında müharibə olmayıb. İran İslam Respublikası bölgədəki məzlum şiələrin hüquqlarını müdafiə edir, lakin bu baxımdan özünü “şiə gücü” yox, müsəlman gücü kimi görür. İran Müsəlman Qardaşlar da daxil olmaqla, bir çox sünni qruplarla yaxşı əlaqələr qurmağa çalışır. İran indi Qərbə qarşı düşmən mövqedədir. Bu, hər iki tərəfin eyni dərəcədə günah və paranoyanı bölüşdüyü bir vəziyyətdir.

Lakin Qərblə olan bu çıxılmaz vəziyyət əbədi qalmayacaq. Ancaq Türkiyə kimi İranın da Yaxın Şərqin anti-terror və anti-Qərb ənənəsində böyük payı var. İstəsək də, istəməsək də, bu ənənələr Mərakeşdən Çinə, Afrika və Latın Amerikaya qədər hələ də mövcuddur. Türkiyə və İran, geosiyasi rəqabət səbəbiylə problemli qonşular olsalar da, bu rəqabətin nəzarətdən çıxması ehtimalı azdır. Həmçinin, İran Türkiyədən daha çox Avrasiya gücüdür. Bu səbəbdən, Rusiya Çin və Pekinin hədəfləri, bəlkə də, gələcək onilliklər ərzində dünya geosiyasətinin ən vacib hissəsi olacaq “Bir Kəmər Bir Yol” böyük əhəmiyyət daşıyır.

Bir Avropa gücü olaraq Türkiyə

Türkiyənin NATO üzvlüyü ona Avropanın geosiyasi düşüncəsində birinci sıranı verir. Ankaranın qaçqın məsələsini manipulyasiya etməsi Avropanı da narahat edir. Türkiyə hazırda təxminən 4 milyon insanı ölkəyə qəbul edib. Bu da dünyadakı qaçqınların, demək olar ki, 64%-dir. Bu gün Almaniyada yaşayan 7 milyona yaxın türk olmasına baxmayaraq, Avropa müsəlmanlara qarşı mədəni qərəzlər ucbatından Türkiyəni AB-yə qəbul etməkdən çəkinir. Türkiyənin Rusiya istehsalı olan zenit S-400 sistemini satın alması NATO üçün olduqca üzücüdür. Ancaq NATO və AB çətin vəziyyətdədir. Türkiyə texniki baxımdan Avropanın bir hissəsidir və NATO Ankaranın Qərbin strategiya masasındakı biletidir. Türkiyə, mütləq ki, bu yeri tutmaq istəyəcək. Nəticədə, Avropa qəzəbli və müstəqil Türkiyəni çölə ataraq gələcək nüfuzunu itirmək əvəzinə, onu Avropa Şurası daxilində saxlamağa üstünlük verər.

Türkiyə Avrasiya gücü kimi

Avrasiya gücü olan Türkiyə etnik olaraq Asiyadandır və min il əvvəl Baykal gölündən qərbə köçmüşdür. Türk dili dil quruluşu baxımından fars və ya ərəb dilindən daha çox, yapon dilinə bənzəyir (yapon dili ilə əlaqəli olmasa da). Min ildən bəri müxtəlif türk tayfaları qərbə köç etdi və nəhayət, Osmanlılar Anadoluya çatdı. Bununla birlikdə, digər türk xalqları hələ də Avrasiyaya səpələniblər: uyğurlar, özbəklər, tatarlar, qazaxlar, qırğızlar, türkmənlar və azərilər nisbətən yaxın dillərə sahibdirlər. Bu səbəbdən, Mərkəzi Asiya Türkiyənin tarixi yaddaşında hələ də əhəmiyyətli bir yer tutur və Türkiyə onlarla daha yaxın əlaqələr axtarır.

Rusiyanın baxışları

Rusiya tarixən həmişə pantürkizmdən qorxub və bunu əsrlər boyu Çindəki uyğurlar istisna olmaqla, bütün bu türk xalqlarını əhatə edən çox etnikli Rusiya İmperiyası üçün mümkün bir təhlükə kimi görüb. Rusiya Türkiyənin Mərkəzi Asiyadakı əlaqələrindən və maraqlarından hələ də narahatdır. Bununla birlikdə, dünyada önəmli bir orta güc olan Türkiyə Rusiyanın gözardı edə bilməyəcəyi qədər vacibdir. Elə buna görədir ki, Moskvada gərginliyə baxmayaraq, Türkiyə ilə yaxşı əlaqələrin qorunması üçün əlindən gələni etməyə çalışır. Bu, Avropanın Türkiyəyə olan baxışını xatırladır: önəmli bir güc olduğu üçün əlaqəsini kəsmir və beləliklə, Türkiyənin Avropanın da problemi olmasından hər zaman məmnun qalan Moskva bunlara səbr göstərir.

Türkiyə və Çin

Çinin Avrasiyadakı dövlətləri Avropa ilə birləşdirən iddialı bir yol layihəsi “Bir Kəmər Bir Yol” bu əsrin ən uzaqgörən layihələrindən biridir və qlobal nizamı yenidən dəyişdirməyi vəd edir. Türkiyə bunun bir hissəsi olmaq istəyir və Pekin də buna razı olub. Türkiyə Çinin Mərkəzi Asiyadakı rəqibi də ola bilər, vasitəçisi də. Burada isə, xüsusilə uyğur məsələsini əhatə edən potensial müsəlman həmrəyliyi problemləri ortaya çıxır. Çin Mərkəzi Asiyada İslamla işləməli olacaq və bunda ona Türkiyə kömək edə bilər. Türkiyənin Çinlə əlaqələrində zaman zaman gərginlik və bir az rəqabət olacaq, ancaq iki ölkənin əlaqələri vacib olduğu üçün münasibətləri də uzunmüddətli olacaq. Rusiya məsələsində olduğu kimi, Yeni İpək Yolu layihəsi irəliləyərkən Çinlə Türkiyənin bir-birinə ehtiyacı olacaq.

Türkiyə, xüsusən də iqtisadiyyatı zəifləyərkən bütün bu iddiaları eyni vaxtda öz üzərinə yükləyib. Ancaq Türkiyənin “Qərbin sadiq müttəfiqi” olduğu günlər artıq geridə qalıb. Qarşıdakı illərdə türk iddialarının əsasını və əhatəsini anlamaq Türkiyə ilə əlaqələri idarə etmək baxımından önəmlidir. Çünki ABŞ beynəlxalq siyasətdəki dominant rolunu itirməyə davam edir və yeni regional gücləri qəbul etmək məcburiyyətində qalır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar