Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-dan Qarabağla bağlı təklif - Pomeo növbəti danışıqların Vaşinqtonda olmasını istəyir

ABŞ tərəfi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələri davam etdirmək üçün növbəti görüşü Vaşinqtonda keçirməyi təklif edib

Bu barədə məlumatı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ötən gün Varşavada keçirdiyi brifinqdə açıqlayıb.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara münasibət bildirən nazir aprelin 15-də Moskvada keçirilmiş görüşü xatırladıb.

"Bizə danışıqlarda irəliləyiş lazımdır. Deyə bilərəm ki, bu baxımdan elə də nikbin deyiləm, amma real danışsaq, səyləri ikiqat artırmaq lazımdır. Rusiya bunu edir, son görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak etdi. Dünən isə ABŞ-dan təklif aldıq. ABŞ dövlət katibi (Mayk Pompeo – red.) də danışıqlarda irəliləyişə nail olunmasına töhfə vermək niyyətindədir", - E.Məmmədyarov deyib.

Azərbaycan XİN rəhbərinin bəyanatına İrəvanın cavabı özünü çox gözlətmədi. Hazırda Parisdə səfərdə olan Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan AzərbaycanErmənistanın xarici işlər nazirlərinin Vaşinqtonda görüşünün birtərəfli elanına görə, Azərbaycan XİN başçısını tənqid edib, amma dəvət faktını təkzib etməyib.

Hazırda Parisdə olan Ermənistan Xarici İşlər Nazirliyinin başçısı Zoqrab Mnatsakanyan isə “Fiqaro” nəşrinə müsahibəsində bildirib ki, nizama salınma yalnız siyasi ola bilər və danışıqların tək formatı ATƏT-in Minsk Qrupudur.


Ermənistan XİN başçısını açıqlamasını şərh edən “Lragir” qəzeti hesab edir ki, başqa sözlə, “Lavrov plan”, “Bolton planı” və başqaları hər üç həmsədrin onlarla razılaşacağı halda müzakirə edilə bilər.

“Pompeonun dəvəti, əlbəttə, balansı saxlamaq və Qarabağ münaqişəsinin nizama salınmasında Moskvaya müstəsna hüquq verməmək niyyəti ilə ola bilər. Digər tərəfdən, ABŞ bir matris üzrə müxtəlif münaqişələrin nizama salınmasının fasilitasiyasını öz üzərinə götürməyə çalışır və bu planda konseptual bəyanatlar hazırlanır. ABŞ dünyada münaqişələrin həlli üçün hansısa universal sxemləri tapmağa çalışır və öz variantlarını təklif edir. Məsələn, Kosovo və Krımla bağlı məsələdə “ikiqat suverenlik” variantı təklif edilir”, - nəşr yazıb.

Bu variantın Dağlıq Qarabağ münaqişəsinin “güzəştli” həlli üçün də təklif edilə biləcəyi də istisna edilmir.

“Lragir” hesab edir ki, amma bu strateji perspektivdir və ABŞ taktiki rejimdə AzərbaycanErmənistana təmas xəttində insidentlərin araşdırılması mexanizmlərinin tətbiq edilməsini təklif edə bilər. Nəşr xatırladır ki, Vaşinqtonda bu haqda hələ 2016-cı ilin yanvarında danışırdılar.(publika.az)

pia.az


Etiket: ABŞ Qarabağ Pompeo

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar