Bazar, 19 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

ABŞ-dan Azərbaycana təzyiqlər artır: Vaşinqtonun son addımları effektli ola bilər?..

ABŞ regionda gedən prosseslərə müdaxilə etmək məqsədi ilə sanksiya silahından istifadə edə bilərmi?..

Politoloq: “Azərbaycanı küsdürmək, Azərbaycanı özündən uzaqlaşdırmaq ABŞ-a heç nə qazandırmayacaq. Əksinə Azərbaycanı ABŞ bütövlükdə Qərbdən uzaqlaşdıracaq”.

“Sadəcə qısamüddətli belə addımlarla Azərbaycanı geri çəkdirmək və ATƏT-in Minsk qrupunu diriltmək istəyirlər. Amma bunların hamısı əbəs addımlardır”.

Bu sözləri politoloq Natiq Miri son günlər Azərbaycana qarşı ABŞ-dan olan təzyiqlərin artma səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Son günlər Azərbaycana qarşı ABŞ-dan olan təzyiqlər artmaqdadır. Buna misal olaraq ABŞ Konqresinin Nümayəndələr Palatasında ölkənin xarici yardımları nəzərdə tutan qanununa konqresmen Frenk Pallone və onun Konqresdəki Erməni kokusu (qrupu) üzrə həmkarlarının düzəlişi qəbul olunmasını, Konqressmen Adam Şiffin Dövlət Katibi Toni Blinkenə müraciətini, Blinkenin AzərbaycanErmənistanı ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlara başlaması haqda bəyanatlarını misal gətirmək olar.

ABŞ-ın Azərbaycana qarşı bu tip təzyiqləri nə qədər effektli ola bilər? ABŞ regionda gedən prosseslərə müdaxilə etmək məqsədi ilə sanksiya silahından istifadə edə bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Bu gün Ermənistanın maraqları naminə nə ABŞ, nə də Fransa əsgəri Azərbaycan sərhəddində ölməyə hazır deyil”.

Bütün təzyiqlərin qısamüddətli geosiyasi nəticələr əldə etmək üçün edildiyini vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, bütün bunlar artıq mövcud olmayan Qarabağ problemini yenidən canladırmağa, Azərbaycan-Ermənista­n münasibətlərini yenidən ATƏT-in Minsk qrupu çərçivəsinə gətirməyə xidmət edir:

“Düşünmürəm ki, ABŞ iqtisadi yöndə Azərbaycana qarşı hansısa sanksiyalar tətbiq etsin. Çünki bunun üçün əsas yoxdur. Ayrıca əgər ABŞ-ın Cənubi Qafqazda geosiyasi maraqları varsa, bu maraqları zəif, darmadağın olmuş məğlub Ermənistanla həyata keçirmək imkanı yoxdur. Bunu həm ABŞ, həm də Ermənistanın digər havadar ölkələri birmənalı olaraq anlamalıdırlar. Zəif Ermənistanla bu regionda hansısa uzağa gedən nəticələr doğan geosiyasi planlar, layihələr həyata keçirmək mümkün deyil və bu yöndə düşünməyin özü belə absurddur.

Buna görə də Azərbaycanı küsdürmək, Azərbaycanı özündən uzaqlaşdırmaq ABŞ-a heç nə qazandırmayacaq. Əksinə Azərbaycanı ABŞ bütövlükdə Qərbdən uzaqlaşdıracaq. Bu da Cənubi Qafqaz kimi strateji regionun, həmçinin Qərb-Şərq kəsişməsinin yeni kommunikasiya dəhlizinin düz göbəyində yerləşən bir ölkənin ABŞ-ın maraqları çərçivəsindən kənara çıxmasına gətirib çıxaracaq. Bu ABŞ-ın xarici siyasətinə nə qədər uyğundur?

Düşünürəm ki, bütün bunlar qısamüddətli geosiyasi nəticələr əldə etmək üçün edilir. Vaşinqtonun bu addımları artıq mövcud olmayan Qarabağ problemini yenidən canladırmağa, Azərbaycan-Ermənista­n münasibətlərini yenidən ATƏT-in Minsk qrupu çərçivəsinə gətirməyə xidmət edir. Amma hesab edirəm ki, bunların hamısı əbəsdir. Çünki 28-ildə bu üçlüyün yürütdüyü siyasət, ortaya qoyduqları fəaliyyət onu sübut etdi ki, vasitəçi olmağa layiq deyillər, Çünki bütün bu müddət ərzində Minsk qrupunun həmsədr ölkələri tərəfsizliklərini pozaraq birmənalı olaraq Ermənistandan yana münasib ortaya qoyublar, belə siyasət sərgiləyiblər. Buna görə də Ermənistanın havadarı olan üçlüyün yenidən gedən prosesə müdaxiləsinə imkan vermək olmaz. Düşünürəm ki, buna nə Azərbaycan, nə də Türkiyə razı olmaz.

Natiq Miri: “Ortada imzalanmış 10 noyabr, 11 yanvar sənədləri var. Sadəcə bu sənədlərin icra mexanizmləri yaradılmalı və Ermənistana təzyiq olunmalıdır ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin”.

Sadəcə qısamüddətli belə addımlarla Azərbaycanı geri çəkdirmək və ATƏT-in Minsk qrupunu diriltmək istəyirlər. Amma bir daha qeyd edirəm ki, bunların hamısı əbəs addımlardır. Çünki bu gün Qarabağ problemi ilə məşğul olacaq konkret üçlük var. Bu üçlüyə bilavasitə qardaş Türkiyə də dördüncü tərəf olaraq daxildir. Ortada imzalanmış 10 noyabr, 11 yanvar sənədləri var. Sadəcə bu sənədlərin icra mexanizmləri yaradılmalı və Ermənistana təzyiq olunmalıdır ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Məsələ bundan ibarətdir.

ABŞ, nə də Fransa Cənubi Qafqazın regional ölkələri deyillər. Bu gün Ermənistanın maraqları üçün nə ABŞ, nə də Fransa əsgəri gəlib Azərbaycan sərhəddində ölməyə hazır deyil. Bunu Azərbaycan da, Rusiya da, Türkiyə də çox gözəl anlayır.

Bir daha qeyd edim ki, bunlar qısamüddətli hiylələrdir. Bunlar Azərbaycana təzyiq mexanizmi olaraq düşünülüb. Amma düşünürəm ki, hamısı əbəsdir. Bu təzyiqlər yalnız Azərbaycanı Qərbdən uzaqlaşdırmağa xidmət edə bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sabiq rəisin evindən 1,4 milyon aparmaq istədilər - Planı arvadı qurub?

Orda oturmaq üçün zalım olmağın dozası nə qədərdir?..

Ceyran Rəhimova sükutu pozdu: “Hazırda efir kriteriyaları mənə uyğun deyil” 

“Vaksinlər 3 qulaqlı, 5 gözlü məxluqların doğulmasına səbəb olacaq” - Partiya sədri

Sabiq nazir müavini kimdən nə qədər rüşvət alıb? – Məbləğlər

Nəriman Abbasovun Həbib Nurməhəmmədova müraciətinin səbəbi bilindi - Video

Azərbaycanda iki polis narkotikə görə həbs edilib? - Açıqlama

İdarə rəisinin evindən 1.4 milyon manat necə oğurlanıb?

“Lotu Quli”nin qəbri üstündə qətl - İstintaqa elə ifadə verdi ki...

Boğazı üzülən şəxs həyata qaytarıldı: Bakıda unikal əməliyyat - Video

Ən çox oxunanalar