ABŞ-ın “United States Marine İnc.” şirkəti Pentaqondan 7,572 milyon dollarlıq sifariş alıb.
PİA.az xəbər verir ki, xarici ölkələrə hərbi yardım göstərən Foreign Military Sales (FMS) proqramı çərçivəsində gerçəkləşən sifariş Azərbaycana 15 ədəd uzunluğu 9 metr olacaq Explosive Ordnance Dispoasl (EOD) katerləri sifariş edib.
Modern.az-ın yazdığına görə, müqavilə 2022-ci ilin aprelinə qədər icra olunacaq. Katerlərin Azərbaycana ABŞ-ın hərbi yardımı çərçivəsində verilməsi gözlənilir.
pia.az