Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da tarixi İsrail-Ərəb sazişləri imzalandı

Ağ Evdə İsrail, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn arasında tarixi normallaşma prosesi ilə bağlı ilkin imzalanma mərasimi baş tutub.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, mərasimdə İsrail Baş naziri Binyamin Netanyahu, BƏƏ Xarici İşlər naziri Abdullah bin Zayed və Bəhreyn XİN rəhbəri Əbdüllətif əl Zayani iştirak ediblər.

İmzalanma mərasimindən öncə Oval Ofisdə jurnalistlər qarşısına çıxan Netanyahu, ABŞ Prezidenti Donald Tramp və ərəb nazirlər İsrailin daha 5-6 ölkə ilə bu kimi razılaşmalar əldə edəcəyini bildiriblər.

Trampın sözlərinə görə, Bəhreyn, BƏƏ-nin və İsrailin razılaşmaları Yaxın Şərqdə "hərtərəfli sülh üçün əsas" olacaq.

Qeyd edək ki, İsraillə ərəb ölkələrinin sözügedən anlaşmasına 3 səmavi dində adı hallanan İbrahim Peyğəmbərə ithafən “İbrahim anlaşmaları” da deyilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar