Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da silahlı qiyam qorxusu - FTB xəbərdarlıq etdi, Milli Qvardiya hərəkətə gətirilir

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-da Co Baydenin yanvarın 20-də andiçmə mərasimi öncəsi silahlı etirazlarla bağlı xəbərdarlıq edib. Qurum yanvarın 11-də ABŞ mediasının əldə etdiyi bülleteni yayıb, 50 ştatın hamısında və Kapitoli binasında silahlı etirazların planlaşdırıla biləcəyini bildirib.

Qeyd edək ki, Vaşinqton DC-ni çıxmaqla, ştatların çoxunda silah gəzdirmək qanunidir. Ötən həftə Kapitoliyə basqından sonra Vaşinqtonda və ştatların qanunverici orqanlarında təhlükəsizlik gücləndirilib. Yanvarın 6-da Prezident Donald Tramp tərəfdarlarının Kapitoliyə basqını zamanı 5 nəfər ölüb. Həmin vaxt Konqres Baydeninin qələbəsinin təsdiqlənməsinə baxırdı.

FTB-nin əldə etdiyi başqa bir informasiyada bir qrup digərlərini, Tramp vəzifə müddəti bitməzdən öncə prezidentlikdən kənarlaşdırılarsa, ştat, yerli və federal məhkəmə və administrativ binalarına basqına səsləyir.

Vitse-prezident Mayk Pens və kabinet konstitusion səlahiyyətindən istifadə edərək prezidenti vəzifədən kənarlaşdırmasa, Nümayəndələr Palatasındakı demokratlar bu həftə Trampı impiçment edə bilərlər.

Bayden yanvarın 11-də deyib ki, bayırda, Kapitoli binasının pilləkənlərində and içməkdən qorxmur. Andiçməənənəvi olaraq orada keçirilir. Pandemiyaya görə builki andiçmə onsuz da məhdud şəkildə keçiriləcək.Tramp mərasimə qatılmayacağını, Pens isə gedəcəyini deyib.

Prezident yanvarın 11-də paytaxtda fövqəladə vəziyyət elan edib. Bu, yanvarın 24-cən qüvvədə olacaq. Bu arada Daxili Təhlükəsizlik katibi vəzifəsini icra edən Çad Vulf gözlənilmədən istefa verib. O, 20 yanvar tədbirinin təhlükəsizliyinə cavabdeh quruma başçılıq edirdi.

Vulf Federal Fövqəladə Halların İdarəçiliyi Agentliyinin administrator Pit Qeynoru öz yerinə təyin edib. O, istefası zamanı Kapitoliyə basqından danışmayıb.

İnauqurasiya vaxtı təhlükəsizliyin gücləndirilməsindən ötrü Milli Qvardiyaya Vaşinqtona əlavə 15 min əsgər göndərmək səlahiyyəti verilib. Prezident Trampla Vitse-prezident Pens yanvarın 11-də axşam görüşüb. Bu, prezidenti kənarlaşdırmaq üçün təzyiqin artmasına baxmayaraq, onun vəzifədə müddətini tamamlayacağı anlamına gəlir.

Məlumatlara görə, Pens Trampın seçkidə saxtakarlıqla bağlı əsassız iddialarından dolayı ona qəzəbliydi. Prezident də Pensi açıq tənqid edərək onun seçkinin nəticələrinin ləğvindən imtina etməyə cəsarəti çatmadığını deyib. Ötən həftəki basqından sonra ilk dəfəydi Pens ilə Tramp bir araya gəlirdi. Administrasiyanın aparıcı rəsmisinin müxtəlif media qurumlarına deməsinə görə, tərəflər çox yaxşı söhbət ediblər.

Rəsminin bildirməsinə görə, Pensin demokratların tələbinə boyun əyərək Konstitusiyaya 25-ci düzəlişi işə salmaq, Trampı vəzifəsinə yararsız olduğunu deyərək vəzifədən kənarlaşdırmaq fikri yoxdur.

Trampın özünün də yanvarın 20-cən vəzifəsindən istefa vermək niyyəti yoxdur. 6 yanvar zorakılığından sonra Tramp əsasən sakit davranıb. "Twitter" və digər sosial media platformaları onun hesablarını bağlayıb.

Yanvarın 11-də Nümayəndələr Palatasındakı demokratlar Trampa qarşı bir impiçment maddəsi irəli sürüblər. Prezident basqındakı rolundan dolayı qiyamın qızışdırılmasında suçlanır.Daha öncə isə demokratlar qətnamə irəli sürərək Pensi 25-ci düzəlişi tətbiq edərək Trampı Ağ evdən uzaqlaşdırmağa çağırıblar. Pens 24 saat ərzində cavab verməsə, impiçment prosesi başlanacaq. (azadliq.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar