Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da Qarabağda erməni vandalizmini əks etdirən sərgi açılıb

ABŞ-da Qarabağda erməni vandalizminin izlərini əks etdirən sərgi açılıb.

“Report”un yerli bürosu xəbər verir ki, Nyu-Yorkun qabaqcıl sərgi salonlarından birində baş tutan sərgidə italyalı fotoqraf Fabrizio Kontinin lentə aldığı, uzun müddət davam edən erməni işğalı nəticəsində Qarabağın maddi-mədəni irsinə dəyən zərərin əks olunduğu fotoşəkillər nümayiş etdirilib.

Sərginin açılışında Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev, diplomatlar, ziyalılar, ABŞ-da fəaliyyət göstərən Azərbaycan icmasının aktivləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən fotoqraf F.Konti Qarbağda ermənilərin törətdiyi cinayəti dünyaya tanıtmaq üçün reallaşdırdığı layihədən danışıb.

F.Konti ikinci Qarabağ müharibəsindən sonra könüllü olaraq Ağdama getdiyini deyib və 1 il ərzində orada lentə aldığı fotoların hekayəsindən bəhs edib. Fotoqraf “Ruhlar şəhəri” adlandırdığı Ağdamda gördüklərindən dəhşətə gəldiyini və Qarabağda ermənilərin imsanlığa sığmayan tarixi cinayət törətdiyini deyib. O, viran qalmış yaşayış məntəqələrində və minalanmış torpaqlarda qarşılaşdığı çətin anlardan bəhs edib.

Müəllif bildirib ki, o, latın dilində qədim Roma imperiyasında düşmənlə sonuna qədər mübarizə aparmaq mənasına gələn məşhur “Delenda Est” ifadəsini istifadə edərək sərgini “Ağdam Delenda Est” adlandırıb.

Təqdimat mərasimində A.Kərimov və Y. Əliyev çıxış edib. Natiqlər Azərbaycan reallıqlarını və ermənilərin uzun illər ərzində ölkəmizin tarixi torpaqlarında törətdiyi cinayəti dünya ictimayyətinə tanıtdığı üçün fotoqrafa təşəkkür ediblər.

Maraqla qarşılanan sərgidə nümayiş etdirilən 25 fotoşəkil NFT platformasında satışa çıxarılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar