Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da kütləvi qətllərə görə ölüm cəzası tətbiq edilə bilər

Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib

ABŞ-da kütləvi qətllər törədən şəxslərə qarşı ölüm cəzası tətbiq edilə bilər.

D. Tramp ölkənin Ədliyyə Nazirliyinə kütləvi qətllərə görə ölüm cəzasının tətbiq edilməsi ilə bağlı tədbirlərin görülməsinə dair təlimat verib.

“Bu gün mən Ədliyyə Nazirliyinə müraciət etdim ki, nifrət zəminində cinayət və kütləvi atışmalar törədən şəxslər ölüm cəzasına məhkum edilsin. Bu cəza tez və ləngimədən həyata keçirilsin”, - ABŞ Prezidenti bildirib.

Qeyd edək ki, avqustun 3-də 21 yaşlı şəxs ABŞ-ın Texas ştatının El Paso şəhərində supermarketdə insanlara atəş açıb. Nəticədə 20 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Avqustun 4-də isə 24 yaşlı şəxs Ohayo ştatının Deyton şəhərində gecə klubunda atışma törədib. Nəticədə 10 nəfər həyatını itirib. Deyton şəhərindəki atışma ABŞ-da bu il ərzində baş verən 251-ci kütləvi atışma olub.(APA)

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar