Bazar, 05 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

ABŞ-da gərginlik böyüyür: Trampın ikinci şansı olacaq?

Politoloq: “Cəmiyyətdə bir qütbləşmə və qarşıdurma olması təbii ki, Trampın və onun administrasiyasının xeyrinə olan siyasi amil deyil”.. 

“Tramp daha çox ağaların tərəfdarı kimi çıxış edir. Bu da təbii ki, digər etnik qrupların, yəni qaradərili insanların hüquqlarının tapdanması üçün zəmin yaradır”.

Bu sözləri politoloq Natiq Miri ABŞ-da rasizmə qarşı keçirilən etirazların prezident seçkilərinə təsirlərini PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan kütləvi nümayişlər altıncı gündür davam edir.

CNN etirazçıların Vaşinqtonda Ağ Evin önündə qurulmuş barrikadanı yandırdıqlarını bildirib. Məlumatda olayların baş verdiyi vaxt Ağ Evdə olan Prezident Donald Trampın xüsusi sığınacağa aparıldığı qeyd edilib. Trampın xanımı Melaniya Tramp və oğlu Barronla birlikdə 1 saata yaxın sığınacaqda qaldığı deyilib. Prezidentin özü isə Tvitterdə paylaşdığı açıqlamada bunu təkzib edib. Digər yandan, polis qüvvələri Ağ Evin önündə gedən etirazlara müdaxilə edib. Etirazçılara səs bombaları və gözyaşardıcı qaz tətbiq olunub.

Vaşinqton, Atlanta, Çikaqo, Denver, Los-Anceles, Sittl və San-Fransisko da daxil olmaqla, ən azı 40 şəhərdə küçəyə çıxma qadağası elan edilib. Kaliforniyanın Lonq Biç və San Xose şəhərlərindəki etirazlardan istifadə edərək dükanları taladıqları halda, İndianapolisdəki mitinqlərdə baş verən qarşdurmada iki nəfərin həyatını itirdiyi açıqlanıb. Nyu-Yorkun ayrı-ayrı bölgələrində də polis və etirazçılar arasında toqquşmalar gedir. Nyu-Yorkdakı toqquşmalardan birində polis avtomobilini yandırıblar.

Manhattanda da vəziyyət gərgindir. Etirazçılar tarix St. Patrik Katedralının divarına "Nəfəs ala bilmirəm" şüarları yazıblar. Bu şəhərdə iri ticarət mərkəzləri və dükanların talanması geniş vüsət alıb.

Bu etirazların prezident seçkilərinə və Trampın kampaniyasına təsirləri ilə bağlı nə demək mümkündür? Pandemiya və rasizmə qarşı etirazlar fonunda Trampın ikinci şansını necə dəyərləndirmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Prezidentin seçkilərində Tramp üçün acınacaqlı durumun yaranacağını qətiyyətlə demək olar”.

Bu hadisələrin baş verməsinin prezident seçkilərində Trampın xeyrinə işləyəcək siyasi amillər olmadığını düşünən politoloq fikrini bununla əsaslandırıb ki, qaradərili insanlar içərisində qismən də olsa, Trampa müəyyən rəğbət bəsləyənlər ola bilərdi. Amma son hadisələr bütün bunların hamısının tamamilə heçə endirdi:

“Bildiyimiz kimi Tramp bir biznesmen, fərd, şəxsiyyət olaraq əslində irqçiliyin önündə gedən şəxslərdəndir. Yəni Tramp daha çox ağaların tərəfdarı kimi çıxış edir. Bu da təbii ki, digər etnik qrupların, yəni qaradərili insanların hüquqlarının tapdanması üçün zəmin yaradır. Bu təkcə polis səviyyədə olan bir şey deyil. Qarşıdurma ağlarla qaralar arasında cəmiyyətdə olan qarşıdurma kimi də dəyərləndirilməlidir.

Təbii ki, bu hadisələrin baş verməsi prezident seçkilərində Trampın xeyrinə işləyəcək siyasi amillər deyil. Çünki qaradərili insanlar içərisində qismən də olsa, Trampa müəyyən rəğbət bəsləyənlər ola bilərdi. Yəni bir növ iqtisadiyyatı qaldırmaq və daha çox yeni iş yerlərinin açılması yönündə Tramp qismən də olsa, müəyyən rəğbət qazana bilərdi. Amma son hadisələr bütün bunların hamısının tamamilə heçə endirdi.

Ayrıca cəmiyyətdə bir qütbləşmə və qarşıdurma olması təbii ki, Trampın və onun administrasiyasının xeyrinə olan siyasi amil deyil. Bunun üstünə koronavirusla mübarizədə Tramp administrasiyasının aciz durumda qalmasını gəlsək, düşünürəm ki, prezidentin seçkilərində Tramp üçün acınacaqlı durumun yaranacağını qətiyyətlə demək olar”.

Nərminə UMUDLU
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Bu şəxslərə işsiz statusu verilmir — Nazirlik açıqladı

Sabiq deputat: “Özləri villalarında kef məclisi qurursa, xalq onlara niyə inansın?!”

Həkim: “Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm” – Video

İcra başçısı: “Bağıra-bağıra ölürlər...” - Video

Ramiz Mehdiyev Prezident olmaq istəyib? - Deputatdan şok iddia

8103 SMS icazə sistemində yeni qaydalar - İcazələr belə alınacaq...

Şərqi Aralıq dənizində Türkiyəyə qarşı böyük ittifaq: Çəkişmə davam edir...

Koronavirusla bağlı məhdudiyyətlərə görə daha bir qorxulu xəstəlik yayılır

Fərhad Əhmədov Kürdəki ekoloji böhrandan çıxış yollarını göstərdi

“Nə iynə vurdularsa, ayılmadı” - Etibar Babayevin bacısı

Sobsan boya zavodundakı yanğın söndürülüb  - Yenilənib

loading...

Ən çox oxunanalar