Cümə, 13 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

ABŞ-da "Əsrin müqaviləsi"nin 25 illiyinə həsr olunmuş forum keçirilib

Vaşinqtonda "Xəzər Siyasət Mərkəzi" və Amerika Ticarət Palatasının təşkilatçılığı ilə "Əsrin müqaviləsi: Uğurun 25 ilinə dayanmaq" mövzusunda forum keçirilib...

APA-nın xəbərinə görə, forumun açılış mərasimində çıxış edən "Xəzər Siyasət Mərkəzi"nin direktoru Əfqan Niftiyev bildirib ki, 1994-cü ilin 20 sentyabr tarixində imzalanan "Əsrin müqaviləsi" Xəzər dənizinin neft ehtiyatlarını dünya üçün açıb.

"Exxon Mobil" şirkətinin rəsmisi Steven Mann deyib ki, "Azəri-Çıraq-Günəşli" istənilən bir layihədən daha artıqdır və uğurludur.

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov vurğulayıb ki, ölkəmizdə əsas vəzifə neft kapitalını insan kapitalına çevirməkdir.

ABŞ dövlət katibinin Enerji məsələləri üzrə müavini Fransisk Fannon qeyd edib ki, enerji ABŞ-ın xarici siyasətinin çox vacib komponentidir.

ABŞ-ın Enerji nazirinin müavini Mark Menezes bildirib ki, onların məqsədi müstəqilliyi təşviq etmək üçün ölkələrə öz tədarükçülərini diversifikasiya etməkdə dəstək vermək və kömək etməkdir.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri, "Xəzər Siyasət Mərkəzi"nin idarə heyətinin üzvü Robert Sekuta deyib ki, Azərbaycan və beynəlxalq neft şirkətləri arasında "Əsrin müqaviləsi"nin imzalanması digər əsas neft və qaz kontraktlarının imzalanması üçün yol açıb.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qeyd edib ki, "Əsrin müqaviləsi"ndən sonra Azərbaycan Xəzər regionu üçün keçid qapısı rolunu oynamağa başlayıb.

Forumda "Əsrin müqaviləsi"nin 25 illiyi ilə bağlı mükafat ABŞ dövlət katibinin enerji məsələləri üzrə müavini Fransisk Fannona təqdim olunub.

Forum çərçivəsində müzakirə panelləri də təşkil olunub.
Panellərdə ABŞ-ın Türkmənistandakı sabiq səfiri Allan Mustard, BP-nin Beynəlxalq Məsələlər üzrə rəhbəri Bob Sçer, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Morninqstar, Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç, digər diplomatlar və ekspertlər iştirak ediblər.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar