ABŞ-da anomal istilər 6 nəfərin həyatına son qoyub
TASS xəbər verir ki, bu barədə CBS məlumat yayıb.
Qeyd edilir ki, ölkə ərazisinin əksər hissəsində havanın hərarəti 32dərəcədən 37,8 dərəcəyə çatır. Yüksək temperatur Merilend ştatında 4 nəfərin həyatına son qoyub. Bununla yanaşı, Arizona və Arkanzasştatlarının hər birində daha 2 nəfər anomal istilərin qurbanı olub.
Nyu-York şəhərində də termometrlərin göstəriciləri 30 dərəcədən yüksək olub. Bu səbəbdən ekstremal istilərlə bağlı "fövqəladə vəziyyət" elan edilib.
pia.az