Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Çini özünə əsas düşmən elan etdi... - “Böyük ticarət savaşı” dünya iqtisadiyyatına nə vəd edir?

Entoni Blinken: “Çin ABŞ-ın əsas problemidir və bu ölkəyə güc mövqeyindən yanaşmaq lazımdır. Çin sabit, açıq beynəlxalq sistemə ciddi şəkildə meydan oxumağa qadir olan yeganə ölkədir”...

İqtisadçı-ekspert: “Görünən odur ki, Çin ABŞ-ın tələbinə əməl etməyəcək, ABŞ da bu tələblərdən vaz keçməyəcək. Buna görə də bu tək pandemiya və yaxud da postpandemiya dövrünə aid olan məsələ deyil. Biz uzun illər, onilliklər boyu davam edən bir qarşıdurmanın şahidi olacağıq”.

ABŞ Çini özünə əsas düşmən və rəqib elan etdi. Əvvəl ABŞ-ın rəqibinin Rusiya olduğu düşünülürdü və bunun haqqında danışılırdı. Amma artıq Rusiya ikinci, arxa plana keçdi”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli ABŞ-ın Çini özünə əsas rəqib elən etməsini və bundan sonra olacaq hadisələri PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib ki, Rusiya, İran və Şimali Koreya onlar üçün müəyyən problemlər yaradırlar. Lakin ABŞ-ın əsil düşməni və rəqibi Çindir. Blinken qeyd edib ki, Çin sabit, açıq beynəlxalq sistemə ciddi şəkildə meydan oxumağa qadir olan yeganə ölkədir və ABŞ-ın əsas problemi olan bu ölkəyə güc mövqeyindən yanaşmaq lazımdır:

“Amerika Birləşmiş Ştatları Çin Xalq Respublikasına düşmən və rəqib kimi yanaşacaq, lazım gəldikdə, mümkün hallarda əməkdaşlıq edəcək. Rusiya, İran və Koreya Xalq Demokratik Respublikası (KXDR) da daxil olmaqla bir neçə ölkə bizim qarşımızda ciddi çağırışlar yaradır. Lakin Çinin çağırışı fərqlidir. Çin ABŞ-ın əsas problemidir və bu ölkəyə güc mövqeyindən yanaşmaq lazımdır. Çin sabit, açıq beynəlxalq sistemə ciddi şəkildə meydan oxumağa qadir olan yeganə ölkədir”, deyə Entoni Blinken vurğulayıb.

Hələ ABŞ-da seçki prossesi gedərkən Demokratların Çinə qarşı bu qədər radikal yanaşmaları hiss olunmurdu və Bayden Adminstrasiyasının Çinə qarşı Trampdan daha loyal davranacağı gözlənilirdi. Lakin Dövlət Katibinin bəyanatından görünür ki, Bayden Adminstrasiyası Çinə qarşı ticarət savaşını daha da sərtləşdirəcək. Həmçinin iki ölkə arasımda siyasi gərginlik də son həddə çata bilər.

Yeni ABŞ-Çin ticarət savaşı pandemiyadan yaraları sağalmayan dünya iqtisadiyyatına nə vəd edir? Həmçinin yüksək riskli ABŞ-Çin qarşıdurması neft bazarına necə təsir edə bilər?

ABŞ-Çin qarşıdurmasının dünya iqtisadiyyatınatəsirlərini PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “ABŞ və Çinin qarşılıqlı ticarət dövriyyəsi 1.2 trilyon dollardır. Yəni Çin və ABŞ-ın bir-birlərindən ticarət tərəfdaşı kimi vaz keçmələri mümkün deyil”.

Çin iqtisadiyyatının srətlə ABŞ iqtisadiyyatına çatmaq üzrə olduğunu vurğulayan ekspert PİA.az-a bildirib ki, hətta müxtəlif ssenarilərə görə 2025-ci ildən sonra Çin iqtisadiyyatı ABŞ-ı ötərək dünyada birinci olacaq:

“Əslində bu açıqlamada düşmən anlayışı yox idi. ABŞ 21-ci əsrdə özünün ən böyük rəqibinin Çinin olacağını rəsmi dillə bəyan etdi. Belə bir bəyanatın verilməsi təəccüb də doğurmamalıdı. Çünki Çin iqtisadiyyatı çox böyük sürətlə inkişaf edir və ABŞ iqtisadiyyatına çatmaq üzrədir. Hətta müxtəlif ssenarilərə görə 2025-ci ildən sonra Çin iqtisadiyyatı ABŞ-ı keçərək dünyada birinci olacaq. Yəni Çin iqtisadiyyatı həcm olaraq ABŞ iqtisadiyyatını keçəcək.

ABŞ bir müddətdir ki, əsasən də Tramp dönəmində, Çinə qarşı ticarət və valyuta savaşları aparır. ABŞ iddia edirdi ki, Çin öz yuanını bilərəkdən ucuzlaşdıraraq ixracatı stimullaşdırır. Bu da dünyada rəqabətli mühitə ziyan vurur. Amma gördüyümüz kimi ABŞ-ın Çinə qarşı apardığı ticarət müharibəsi istənilən nəticəni vermir və Çin iqtisadiyyatı böyüməkdə davam edir.Buna görə də Bayden Admintrasiyasının Çinə qarşı daha sərt mövqe sərgiləyəcəyi gözlənilən idi.

ABŞ-ın Çinə qarşı irəli sürdüyü tələbləri arasında elə məsələlər var ki, Çin onları yerinə yetirməyəcək və yerinə yetirə də bilməz. Məsələn bu günə qədər Çin hansısa ölkədən lisenziya olmadan texnologiya alıb və onu çoxaldıblarsa, ABŞ buna görə kompensasiya istəyir. Söhbət yüz milyard dollardan gedir. Təbii ki, Çin buna getməyəcək.

Natiq Cəfərli: “ABŞ üçün Çini əvəz edə biləcək başqa ölkə də yoxdur. Hazırda ABŞ-a Çini əvəz edəcək alternativ ölkə tapmaq çox çətin məsələdir”.

Bundan başqa ABŞ-ın Çindən siyasi tələbləri də var. İnsan haqları, uyğurların Çində olan yaşam tərzləri, onlara olan basqılarla bağlı ABŞ-ın tələbi var. Görünən odur ki, Çin ABŞ-ın tələbinə əməl etməyəcək, ABŞ da bu tələblərdən vaz keçməyəcək. Buna görə də bu tək pandemiya və yaxud da postpandemiya dövrünə aid olan məsələ deyil. Biz uzun illər, onilliklər boyudavam edən bir qarşıdurmanın şahidi olacağıq.

Burada önəmli məqam odur ki, Çin və ABŞ iqtisadi cəhətdən bir-birindən asılı olan ölkələrdir. Onların qarşılıqlı ticarət dövriyyəsi 1.2 trilyon dollardır. Yəni Çin və ABŞ-ın bir-birlərindən ticarət tərəfdaşı kimi vaz keçmələri mümkün deyil. ABŞ üçün Çini əvəz edə biləcək başqa ölkə də yoxdur. Hazırda ABŞ-a Çini əvəz edəcək alternativ ölkə tapmaq çox çətin məsələdir.

Təbii ki, yaxın illərdə ABŞ-Çin rəqabəti kəskinləşəcək. Amma bir günün, ya da bir ayın içində münasibətlərin daha da kəskinləşəcəyini demək olmaz. Zaman-zaman, addım-addım Çinin iqtisadi yüksəlişinin qarşısını almaq üçün, Çindən gələ biləcək problemləri önləmək üçün ABŞ illərlə, onilliklərlə müxtəlif addımlar atacaq. Görünən odur ki, ABŞ Çini özünə əsas rəqib elan etdi. Əvvəl ABŞ-ın rəqibinin Rusiya olduğu düşünülürdü və bunun haqqında danışılırdı. Amma Rusiya ikinci, arxa plana keçdi.

Natiq Cəfərli: “OPEC bu günkü yüksək qiymətlərin bazara adekvat olmadığını açıqladı. Bu onu göstərir ki, neft qiymətinin uzun illər suni yollarla qaldırıb saxlamağın mümkün olmayacağını OPEC də anlayır”.

Bu rəqabətin neft bazarına təsirinə gəlincə, neft bazarının özəl ritmi var. Neft bazarı indi əsasən OPEC+ ölkələrinin atdığı addımlarla tənzimlənir. Dünən OPEC-in çox maraqlı açıqlaması oldu. OPEC bu günkü yüksək qiymətlərin bazara adekvat olmadığını açıqladı. Bu onu göstərir ki, neftin qiymətini uzun illər suni yollarla qaldırıb saxlamağın mümkün olmayacağını OPEC də anlayır.

ABŞ-Çin qarşıdurmasının ən az təsir edəcəyi sahə neft bazarıdır. Çünki Çinin ən çox neft aldığı ölkə Rusiyadır. Buna görə də qarşıdurmanın neft sahəsinə güclü təsirləri olacağını düşünmürəm. Ola bilər ki, postpandemiya dövründə ticarət daha da zəifləyə bilər. Bu da dünyada neft bazarında təlabatı azaldar və neft qiymətlərini daha da aşağı sala bilər. Bu zaman ABŞ-Çin qarşıdurmasının neft bazarına təsirlərinin ola biləcəyini demək olar”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar